Bu gün ləğv olunan bankların arxasında hansı məmurlar dayanıb? – Maraqlı DOSYE
Sosial
Oxunub: 354
12 may 2020 | 21:00
Bu gün ləğv olunan bankların arxasında hansı məmurlar dayanıb? – Maraqlı DOSYE


Xəbər verdiyimiz kimi, bu gün Mərkəzi Bankın İdarə heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən daha 2 bankın - “AGBank” ASC və “NBCBank” ASC -nin lisenziyaları ləğv edilib.
Yeniavaz.com xəbər verir ki, adları qeyd olunan banklara bir müddət əvvəl müvəqqəti inzibatçı təyin olunub.
Məlumat üçün bildirək ki, AGBank” Azəriqazbank Açıq Səhmdar Cəmiyyəti kimi 1992-ci ildə təsis olunub. “AGBank” Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsi proqramı üzrə Beynəlxalq Maliyyə Korporasiyasının yeganə bank-agentidir.
Mərkəzi Bankın İdarə heyətinin 27 aprel 2020-ci il tarixli qərarı ilə “AGBank”a müvəqqəti inzibatçılar təyin olunub. Bankın idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn, bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib. Son keçirilən yoxlamalara əsasən "AGBank"ın kapitalı mənfi 145 milyon manat təşkil edib və bankın likvidliklər bağlı ciddi problemləri olduğu müəyyən edilib. Bankda problemli kreditlərin xüsusi çəkisi 54% təşkil edib. Nəticədə Mərkəzi Bank bu gün bankın lisenziyasını ləğv edib.
Qeyd edək ki, “AGBank” ASC-nin əsas səhmdarı Çingiz Əsədullayev hesab olunur. Milli Məclisin sabiq deputatı olan Çingiz Əsədullayev bankda 33,57% paya sahibdir. Çingiz Əsədullayevdən başqa bankın səhmdarları bunlar olub:
Beynəlxalq Maliyyə Korporasiyası - 4,28%
Kazimir Partners şirkəti - 2,45%
Yusufov Fərzulla (ailə üzvləri daxil olmaqla) - 5,79%
Marçenko Qriqoriy - 8,30%
Səhmdarların ümumi sayı 83, minaritariyaların sayı 82 onların ümumi payları - 66,43%
Qeyd edək ki, mətbuatda Çingiz Əsədullayevin adı sabiq Milli təhlükəsizlik naziri Eldar Mahmudovla birgə çəkilir. Bildirilir ki, sabiq nazirlə sabiq deputatın biznes əlaqələri olub. Bu şəxslər arasındaki əlaqələr “Rabitə işi” üzrə cinayət işinin materiallarında da əks olunub. Baş Prokurorluq tərəfindən istintaqa təqdim edilən rəsmi məktubda göstərilir ki, Eldar Mahmudovun oğlu Anar Mahmudov və ortağı Ayaz Kərimovun pulları Çingiz Əsədullayevin bankında, onun qaynı Mişa tərəfindən saxlanılıb. Mişanın isə bankın Müşahidə şurasının üzvü Françev Mixail Yuryeviç olması müəyyən edilib. Ayaz Kərimovla Anar Mahmudovun “SMS” yazışmalarında Çingiz Əsədullayevin və “Mişa”nın adları keçir.

Nuru Əliyev kimdir?
Lisenziyası ləğv olunan banklardan biri də “NBC bank”dır. Bu bank 17 dekabr 1992-ci ildə “Ruzu” SKB Səhmdar Kommersiya Bankı kimi qeydiyyatdan keçib. 17 yanvar 2002-ci il tarixindən adında dəyişiklik edilərək “NBCBank” KB kimi bank sektorunda fəaliyyəti davam etdirib. “NBCBank”ASC-nin təsisçi şirkəti “Nurgün Qrup” MMM-dir. “Nurgun Group” şirkətinin sahibi Nuru Əliyevdir. Bank səhimlərinin əksəriyyəti də “Nurgün Qrup”a aiddir.
Digər səhmdarlar isə bunlar olub:
6,42% - Aynur Kamalova
6,42% - Aysel Usubova
6,16% - Nüşabə Səfiyeva
6,02% - Nurgun Group
4,30% - Surxay Əhmədov
2,72% - Caspian Insurance CO. Şirkəti
1,02% - Elnur Səfiyev
1,02% - Nicat Səfiyev
Qeyd edək ki, böyük biznes “imperiyasına” sahib olan Nuru Əliyev həm də başqa bir tanınmış iş adamı, Ziya Məmmədovla yaxınlığı heç kimə sirr olmayan “Hafka” ləqəbli Hafiz Məmmədovla quda olub. “Bello” Yuyucu Vasitələr Fabriki, Salyan süd zavodu, “Nurgün Trading”, “Kaspian Transport”, “Kontinental” mağazalar şəbəkəsi, “Ailə” supermarketlər şəbəkəsi, “Nicos” kosmetika məhsulları, “Active” qabyuyan mayeləri, “BIOSENSE” şampunları, “Rocchetta”, “Vittel” və “Erikli” suları, “Havoline” və “Ardeca” yağları kimi biznesə sahib olan Nuru Əliyev eyni zamnada “Rəvan” futbol klubunun da sahibi olub.
Bundan başqa “Nissan”, “Ford”, “Renault”, “İnfiniti” markalı avtomobillərin satışı ilə məşğul olan “Nurgun Motors” şirkəti də Nuru Əliyeva məxsusdur.
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM