5 icra başçısının 100 milyonlarla ölçülən varidatının necə satılacağı açıqlandı - GƏLİŞMƏ
Sosial
Oxunub: 352
16 may 2020 | 23:48
5 icra başçısının 100 milyonlarla ölçülən varidatının necə satılacağı açıqlandı - GƏLİŞMƏ


Həbs olunan icra başçılarının maaşları 880-1045 manat arası dəyişir. Bundan əlavə, başçıya dövlət hesabına ev, kommunal xidmətlər xərci, xidməti avtomobil, həmin avtomobilin təmir, yanacaq xərcləri və s xərclər üçün də əlavələr verilir, dövlət büdcəsindən ödənilir. Və günlərin birində başçının başı üstündə qara maskalı əməliyyatçı peyda olanda “balaca padşah”ların baş gicəlləndirən var dövlətləri, mal-mülkləri ortaya çıxır.

İmişlinin artıq keçmiş icra başçısı Vilyam Hacıyevin mənzilində aparılmış əməliyyat çəkilişi zamanı təkcə ortalıqda olan avro, dollar, manat bağlamaları göz qamaşdırıdı. Həmin məbləği saymamış da aydın idi ki, İmişlidə ehtiyacı olan hər kəsi 190 deyil, 290 manat da paylasalar, yenə də pul bitib-tükənməzdi.

İqtisadçı alim Qubad İbadoğlu İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin həbsi zamanı evindən müsadirə edilən maliyyə vəsaitlərini əks etdirən fotoları nəzərdə keçirib jurnalistlər demişdi ki, “Əgər bu şəkil tapılan pulların hamısını özündə əks etdirirsə, orada 2 milyon 480 min dollar, 450 min avro var”.

Ekspert əlavə etmişdi ki, “Əgər evdə xarici valyutada bu qədər vəsait nağd şəkildə gizlədilibsə, heç şübhəsiz ki, xarici və yerli banklarda yerləşdirilən vəsait bundan dəfələrlə çoxdur. Bundan əlavə pulların ondan da çox hissəsi biznesə və əmlaka yatırılır. Bu hesabla Vilyam Hacıyevın varidatı ən azından 10 milyonlarla dollarla ölçülə bilər. Bu da büdcə üçün əlavə maliyyə qaynağıdır”.

Təkcə Vilyam Hacıyevin deyil, həbsə alınan Ağstafanın icra başçısı Nizaməddin Quliyevin, Neftçala rayonu İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin, Yevlaxın icra başçısı Qoca Səmədovun, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin mal-mülk siyahıları o qədər genişdir və böyük coğrafiyanı əhatə edir ki, bu adamların böyük biznesmen olduğunu sanırsan. Faktiki isə bu siyahılarda yer alan hər bir mülkün, bahalı maşınların büdcə pulunun talanması hesabına əldə edildiyinə ciddi şübhələr yoxdur. Hər kəs istintaqsız-filansız da bilir ki, adamlar sadəcə bacardıqca oğurlayıblar, talayıb, mənimsəyiblər.

Hüquqşünas Əkrəm Həsənov deyir ki, həbs olunan icra başçılarının, məmurların mal-mülkləri dövlət nəfinə müsadirə olunmalıdır: “Qanuna görə, həbsə alınan şəxslərin mal-mülklərinin üzərinə həbs qoyulur, həmin əmlaklar həbsə alan orqanın sərəncamında olur. İstintaq dövründə həmin əmlaklar sübut növüdür. Əmlaklar məhkəmə hökmü çıxana qədər tutulan, ittiham olunan şəxslərin sayılır. Məhkəmənin hökmündən asılı olaraq həmin əmlaklar dövlət nəfinə keçə bilər və ya sahibi bəraət alarsa, onun üzünə qaytarılmalıdır. Hər şey son nəticədə məhkəmənin çıxardığı hökmdən asılıdır”.

Əkrəm Həsənov deyir ki, məmurlardan müsadirə olunmuş əmlaklar hərraca çıxarılır və oradan satılır: “Azərbaycanda hərraclar şəffaf deyil. Bilinmir ki, hərrac nə vaxt baş tutacaq, ilkin qiymət nə qədər qoyulur. Məsələn, Vilyam Hacıyevin həyətində dayanmış ”Bentli"nin real bazar qiyməti 200 min manatdır. Həmin maşının və başqa avtonəqliyyat vasitəsinin onun villiasının həyətində olduğunu gördük. Bax həmin maşınlaırn üst-üstə bazar qiyməıtləri də 400 min manata yaxındır. Bəs bu maşınları hansı hərracda, nə vaxt satacaqlar? Bu haqda informasiya çox dar çərçivəyə bəlli olacaq. Mümkündür ki, həmin maşınları “su qiymətinə” hərraca çıxarıb kimə istəsələr satsınlar. İndiki halda heç kim qarantiya verə bilməz ki, o maşınlar “Jiquli” qiymətinə satılmayacaq. Yəni dövlət büdcəsindən oğurlanan pullara alınan nəqliyyat vasitəsinin geri alınmasından dövlətin büdcəsinə qəpik-quruş qayıda bilər. Çünki Azərbaycanda hərraclar faktiki olaraq örtülü bazardır".

Əkrəm Həsənov deyir ki, Azərbaycanda müsadirə praktikası 2005-ci ildən başlayaraq tətbiq olunub: “Əli İnsanovun, Fərhad Əliyevin əmlakları müsadirə olundu və satıldı. Bilinmədi ki, həmin əmlaklar neçəyə satıldı. Dövlət büdcəsinin icrası haqda hesabat veriləndə bildiyim qədər ayrıca bənd olaraq bu haqda məlumat verilmir, göstərilmir. Amma yaxşı olardı ki, müsadirə olunmuş əmlaklarla bağlı ayrıca məlumat verilsin. Hər kəs bilsin ki, dövlətdən oğurlanan əmlak gec-tez geri alınır, dövlətə qaytarılır. Həm də sahibkardan, iş adamlarından alınan əmlaklar, pullar da həmin o müsadirə olunan əmlakların, pulların hesabına sahiblərinə qaytarılmalıdır”.

Əkrəm Həsənov deyir ki, bu gün həbsdə olan icra başçılarının rüşvət aldığı, əmlakını mənimsədiyi vətəndaşlar istintaq orqanına müraciət etməlidirlər: “Əgər vətəndaş könüllü şəkildə istintaqa - bu halda Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib məsələn Biləsuvarın icra başçısının ondan 10 min manat rüşvət tələb edib aldığını deyirsə, bu halda vətəndaş rüşvət vermə cinayəti ilə əlaqəli məsuliyyətdən azad olunur. Əks halda, yəni bu məsələni istintaq təsbit edərsə, bu halda vətəndaşı da rüşvət verməyə görə cəza gözləyir. Bu baxımdan həbs olunan icra başçılarına məcbur olub rüşvət vermiş vətəndaşlar ləngimədən istintaqa bu haqda xəbər verməlidirlər”.

Əkrəm Həsənova görə, icra başçılarının üzərinə həbs qoyulan əmlakları haqda məlumatlar da ictimailəşdirilməli, barələrində ittihamedici hökm çıxarılacağı halda həmin əmlakların şəffaf şəkildə hərracdan satılması üçün ləngidilmədən tədbirlər görülməlidir. Əks halda antikorrupsiya əməliyyatlarından dövlət büdcəsinə daxilolmalar dəfələrlə azala bilər.
“Yeni Müsavat”
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE