Əli Həsənov Azərbaycanda FETÖ-nü necə qoruyub? — ŞOK FAKTLAR ÜZƏ ÇIXDI
Sosial
Oxunub: 410
21 may 2020 | 21:46
Əli Həsənov Azərbaycanda FETÖ-nü necə qoruyub? — ŞOK FAKTLAR ÜZƏ ÇIXDI


Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən sonra Azərbaycanda da FETÖ-yə qarşı mübarizə başlandı. Bu mübarizənin başında dayanan şəxs isə Prezidentin keçmiş köməkçisi Əli Həsənov idi. Özünü hakimiyyətin ideoloqu kimi təqdim edən Əli Həsənov bütün medianı bu istiqamətdə səfərbər etmişdi. Mənzərə ortada idi: ölkədə FETÖ ilə aktiv mübarizə gedir, bu şəbəkənin üzvləri dövlətin strukturlarından təmizlənir, ictimai rəyin formalaşdırılması ilə bağlı müvafiq addımlar atılır. Bu prosesin görünən tərəfi idi...

Bəs qaranlıq tərəfdə nələr var idi?

FETÖ ilə mübarizəyə “liderlik” edən Əli Həsənov əslində nəyin mübarizəsini aparırdı?

Bu suallar hələ də açıq qalır və Əli Həsənovun əslində FETÖ ilə mübarizədə manipulyasiya etdiyi, şəbəkənin aparıcı siması olması haqda informasiyalara hələ də inanmayanlar var. Hadisələrin inkişafı və ortaya çıxan nəticə buna inanmağa çətinlik yaradır. Necə olur ki, Prezidentin köməkçisi postunda dövlətin həyata keçirdiyi mübarizəni həm bu şəbəkənin, həm də şəxsi maraqlarının naminə manipulyasiya edə biləsən?

Yaxud FETÖ Əli Həsənovun timsalında hansı planı həyata keçirirdi?

Bu gün vəzifədə olarkən Əli Həsənova yaxın şəxslər, o cümlədən, Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın bir tədbirdə iştirakı zamanı çəkilmiş fotolar yayıldı. Fotolarda Fətullah Gülənə bağlı olan “Çağ Öğretim” təhsil müəssisələri şəbəkəsinin rəhbəri Enver Özeren, Dialoq Avrasiya Platformasının Azərbaycan Nümayəndəliyinin rəhbəri Mustafa Saatçı, keçmiş Qafqaz Universitetinin (Bakı Mühəndislik Universitet) rektoru Ahmet Sanıç, Sona Vəliyeva və Əli Həsənov şəbəkəsi kimi tanınan şəxslər ön cərgədə görüntülənir. Tədbirdə hətta Sona Vəliyevaya mükafat da təqdim olunur.

Enver Özeren, Mustafa Saatçı və Ahmet Sanıç Azərbaycanda FETÖ-nün maliyyə, media və təhsil proqramları üzrə 1 nömrəli nümayəndələri idilər. Onların rəhbərlik etdiyi qurumlarda şəbəkənin lideri Fətullah Gülənin təbliğ edildiyi, tələbələrin nurçuluğu qəbul etməsi üçün işlərin aparıldığı təsdiqini tapmış məlumatlardır. Hətta, keçmiş Qafqaz Universitetinin tələbələri rektor Ahmet Sanıçın göstərişi ilə konfrans salonuna toplanır, böyük ekranda Fətullah Gülənin Türkiyə Prezidentinə bəd dua oxumasına tamaşa etdirilir və hər bəd duadan sonra “Amin” deməyə məcbur edilirdi.

Bəs Əli Həsənovun şəbəkəsi və həyat yoldaşı Sona Vəliyevanın Ahmet Sanıçla, Enver Özerenlə bir arada nə işi var idi?

Təkcə bu detal Əli Həsənovun “mübarizə apardığı” FETÖ-nün əsas adamı olduğu versiyasını gücləndirir. “FETÖ istintaqı” zamanı Ahmet Sanıç Azərbaycanı tərk etdi, Qafqaz Universiteti də belə demək mümkünsə milliləşdirildi. Lakin FETÖ Azərbaycanı tərk etmişdimi?

Əli Həsənovun yüksək postda təmsil olunması bu sualın müsbət cavabını arxa plana keçirir. Həm də o versiyanı gündəmə gətirir ki, Əli Həsənov FETÖ məsələsi üzərindən manipulyasiya edib və öz gerçək kimliyini gizlətmək üçün mübarizəyə “öndərlik” edib.

Məsələni başqa cür qoysaq, deyə bilərik ki, FETÖ də əslində üzdə görünən üzvlərini qurban verərək, arxada qalan əsl adamını – Əli Həsənovu qoruyub və bununla fəaliyyətini gizli formada həyata keçirib.

Əli Həsənovun FETÖ ilə bağlantısı təkcə bununla yekunlaşmır. Misal üçün, onun oğlu Şamxal Həsənov Qafqaz gimnaziyasının məzunudur, Samanyolu TV (Xəzər TV-nin keçmiş adı və Fətullah Gülənin əsas təbliğatçısı) reklam çəkilişlərini həyata keçirirdi.

2013-cü ildə Türkiyədə FETÖ məsələsi gündəmə gələndə Samanyolu TV də bağlandı. Əslində bağlanmadı, sadəcə olaraq adı Xəzər TV olaraq dəyişdirildi və yenə əvvəlki missiyasına davam etməyə başladı. Bu dəfə rəhbərliyə Əli Həsənovun oğlu Şamxal Həsənov gətirildi. Lakin kanalda əsas aparıcı vəzifələri yenə FETÖ-çülər yerinə yetirirdi.

Mediada yayılan məlumatlara görə, Fətullah Gülənin sözçüsü Faruk Taban 2014-cü ilin 28 yanvar tarixində ABŞ-dan Bakıya gəlir və Xəzər TV-nin rəhbəri Hüseyn Dinləməzə belə deyir: “Kanal bizim yeni adama təhvil veriləcək...”.

Yeni adam kim idi? Əli Həsənovun oğlu Şamxal Həsənov. Təbii ki, Şamxal Həsənov Xəzər TV-nin rəhbəri olaraq təyin olundu, Faruk Tabanın “yeni adam” dediyi şəxs isə Əli Həsənovun özü idi.

Həsənovlar Xəzər TV-yə rəhbərlik etdikləri dövrdə FETÖ üzvləri kanalda daha da yüksəldilər. Misal üçün, Fətullah Gülənin Samanyolu TV-sinin reklam koordinatoru Mehmet Özkundakçının qardaşı Gökhan Özkundakçı Xəzər TV-nin vitse-prezidenti və reklam müdiri vəzifəsinə təyin olundu.

Sonradan Əli Həsənov FETÖ-çüləri “çirkli pulların yuyulması” kimi təmizə çıxarmağa başladı və dünənə qədər şəbəkənin ən aktiv üzvləri əsl simalarını gizlədərək, Azərbaycan və Türkiyə dövlətinin tərəfdarı kimi davranmağa başladılar.

Mediada yayılan məlumatlarda Əli Həsənovun FETÖ-çülərlə Avropa ölkələrində böyük biznes qurduğu da deyilir. Bu və digər informasiyalar Əli Həsənovun FETÖ-nün gizli adamı olduğu versiyasını gücləndirir.

Göründüyü kimi, keçmiş köməkçi “FETÖ-yə qarşı mübarizə” adı altında əslində şəbəkəni ifşa olunmaqdan xilas edərək, “təmizə çıxarılması” prosesini həyata keçirir, həm də özünü qorumaq üçün manipulyasiya edirmiş.

Mafiya filmlərini xatırladan bu hadisələrə yalnız belə ad vermək olar: "Quzu dərisi geyinmiş qurd"...
Demokrat.az
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"