Nəqliyyatın müəmmalı "Yol xətti": - Vüsal Kərimlinin tender labirinti
Sosial
Oxunub: 340
23 may 2020 | 19:41
Nəqliyyatın müəmmalı "Yol xətti": - Vüsal Kərimlinin tender labirinti


Nazirlər Kabineti yanında fəaliyyət göstərən Bakı Nəqliyyat Agentliyi 2015-ci ildə yaradılıb.

Agentliyin vəzifəsi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.

Publik hüquqi şəxs statusunda olan qurum paytaxtın küçə və prospektlərində yol nişanlarının yenilənməsi, mövcud çatışmazlıqların aradan qaldırılması işlərini də həyata keçirir.

Bakı Nəqliyyat Agentliyi fəaliyyətə başladığı gündən yol nişanlarının, tretuvarların və yol xətlərinin yenilənməsi və təmiri üçün xeyli sayda dövlət satınalalmaları həyata keçirib.

Agentliyin sifarişçi olduğu tenderlər içərisində smetasına görə Bakı şəhərinin yollarının xətlənməsi üzrə keçirilən tenderlər daha diqqətçəkicidir. Qurumun bu sahə üzrə sifarişçi olduğu tenderlərin məbləği bəzən bir neçə milyon manata qədər yüksəlir.

Müşahidələr onu göstərir ki, Bakı Nəqliyyat Agentliyinin sifarişçi olduğu satınalmalar da ölkədə fəaliyyət göstərən digər dövlət maliyyəli əksər qurumların tenderlərinə bənzəyir. Belə ki, Agentlik sifarişçi olduğu tenderlərdə şirkətləri təcrübəsinə, iş prinsipinə, maddi-texniki təklifinə deyil, şirkətin arxasında dayanan şəxs(lər)lə olan "münasibət"lərinə görə önəm verir.

Qlobal.az-ın Bakı Nəqliyyat Agentliyinin sifarişçi olduğu satınalmalar üzərində apardığı araşdırma bu iddiaları doğrulayır.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi yolların nişanlanması üzrə işlərin podratçısı qismində cəlb etdiyi "Yol Xətt" MMC 2017-ci ildə ümumi məbləği 4 mln. 843 min 923,6 manat olan iki müqavilə imzalayıb.

Bakı Nəqliyyat Agentliyi ilə "Yol Xətt" MMC-nin işbirliyi 2018-ci ildə də davam edib. Agentlik 2018-ci ilin sentyabr ayında "Yol Xətt" MMC ilə yol xəttlərinin çəkilməsi predmeti üzrə dəyəri isə 6 245 674 manat olan iki müqavilə imzalayıb.

Bakı Nəqliyyat Agentliyi "Yol Xətt" MMC ilə əməkdaşlıq etdiyi dövlərdə, şirkətin - "Yol Xətt" MMC-nin direktoru Həsənov Zaur Mail oğlu olub.

Nəqliyyatın müəmmalı "Yol xətti": - Vüsal Kərimlinin tender labirinti


Zaur Həsənovun "Yol Xətt" MMC-nin rəhbərliyindən ötən ilin dekabr ayında uzaqlaşıb.

Zaur Həsənov 2020-ci ilin yanvar ayından "1 N-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-yə rəhbərlik etməyə başlayıb.

Nəqliyyatın müəmmalı "Yol xətti": - Vüsal Kərimlinin tender labirinti


Bakı Nəqliyyat Agentliyi Zaur Həsənovun "1 N-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-yə rəhbərliyə başlamasından 3 ay sonra - 2020-ci ilin aprel ayının 21-də "Yol xətlənməsi, əl işlərinin satın alınması" lotu üzrə sifariş etdiyi tenderə yekun vurub. Məbləği 1.029.028 manat olan bu dəfəki tenderin qalibi "1 N-li Xüsusi Təyinatlı Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Nəqliyyatın müəmmalı "Yol xətti": - Vüsal Kərimlinin tender labirinti


Bakı Nəqliyyat Agentliyi 2020-ci ilin may ayının 19-da "Yol nişanları və dirəkləri, sürət məhdudlaşdırıcı süni maneələr, məlumat lövhələri və dirəkləri, tənzimləyici nəqliyyat güzgülərinin alınması və quraşdırılması xidməti" lotu üzrə daha bir tenderə yekun vurub. Bu tenderin smetası 4.779.364 manat, qalibi isə "Yol Xətt" MMC olub.

Nəqliyyatın müəmmalı "Yol xətti": - Vüsal Kərimlinin tender labirinti


Məlumata görə, hazırda "Yol Xətt" MMC-yə rəhbərliyi əslən Tərtər rayonundan olan şəxs həyata keçirsə də, bu şirkətin arxasında 2019-cu ilin dekabr ayına qədər şirkətə rəhbərlik edən Zaur Həsənovun dayandığı iddia olunur.

Yazıda adları çəkilən şəxs və ya qurumlar mövqe bildirə bilər.
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!