Virus böyük köç hazırlayır: İşsizlər ölkəyə geri qayıdacaq? - GƏLİŞMƏ
Sosial
Oxunub: 224
25 may 2020 | 12:10
Virus böyük köç hazırlayır: İşsizlər ölkəyə geri qayıdacaq? - GƏLİŞMƏ


Pandemiya ilə əlaqədar Avropa ölkələrində işsizlik sürətlə artır.

Avropa İttifaqının iş yerləri və sosial hüquqlar üzrə komissarı Nikolas Şmit keçirdiyi onlayn brifinqdə deyib ki, yaxın vaxtlarda İttifaqın 27 üzv ölkəsində 30 milyondan artıq adam iş yerlərini itirə bilər.

O, əlavə edib ki, “Təcili tədbirlər görülməsə, qismən məşğulluq tam bir işsizliklə əvəzlənə bilər. ABŞ işsizliklə bağlı vəziyyətin cəmi bir ay ərzində partlayışa düçar olduğunu bizə əyani göstərdi. Avropa belə bir şeyə yol verə bilməz”. Analoji vəziyyət Rusiyada da mövcuddur.

Bu məsələ isə Avropadan və Rusiyadan miqrantların öz vətənlərinə göndərilməsinin gözlənilən addım olduğunu gündəmə gətirib.

Maraqlıdır, azərbaycanlılar da Avropa və Rusiyadan geri göndərilə bilərmi?

“Cümhuriyət”- ə açıqlamasında politoloq Fikrət Sadıqov bildirib ki, Azərbaycan da bu problemlə üzləşə bilər:

“Məlumdur ki, koronavirus epidemiyasının yayılması ilə əlaqədar bir çox iş yerlərinin bağlanması nəticəsində qərb ölkələrini işsizlik bürüyür. Belə bir şəraitdə miqrantların öz ölkələrinə qaytarılması və ya başqa bir ölkəyə qayıtması reallıqdır. Əgər o işləmirsə, ailəsini də saxlaya, kirayə haqqı ödəyə bilməz. Belə gərgin şəraitdə miqrantların həmin ölkədə qalmasının da bir anlamı yoxdur. Çünki gəlir mənbəyi olmayacaq. Digər tərəfdən koronavirusun yaxın gələcəkdə yoxa çıxacağı gözlənilmir. Düşünürəm ki, ya məcburi, ya da könüllü formada miqrantların ölkələrinə qaytarılması baş verə bilər. Amma düşünmürəm ki, bu kütləvi xarakter alan bir proses olacaq. Amma aztəminatlı təbəqələr qayıda bilərlər. Ancaq burda da bir məqam olacaq. Belə ki, miqrantlar o ölkələrə qaytarıla bilər ki, orada müharibə getmir. Məsələn, Suriyaya qayıda bilməzlər. Çünki müharibə gedən rayonlarda iş yoxdu. Virus bütün ölkələrə yayılıb. Miqrantların öz vətənlərinə qaytarılması və ya qayıtması iki məsələni həll edə bilər. Birinci ondan ibarətdir ki, Qərb dövlətləri öz problemini qismən azaltmış olar. İkinci məsələ isə dur ki, qayıdan şəxslərin öz vətənlərində iş və ya digər məşğulluq fəaliyyəti daha çox mümkün ola bilər. Çünki həmin şəxslər qayıtdığı ölkənin vətəndaşlarıdır. Bu mənada azərbaycanlılar da qaytarıla bilər”.

Ekspert Rusiyada yaşayan azərbaycanlıların da qaytarıla biləcəyini də qeyd edib:

“Rusiyadakı vətəndaşlarımız artıq vətənə qaytarılır. Dağıstan-Azərbaycan sərhədində 600 mindən artıq vətəndaşımız məskunlaşıb ki, onların da 120 nəfəri artıq ölkəyə gətirilib. Digərləri də gəlmək üçün növbə gözləyirlər. Rusiyada bizim vətəndaşlarımızın sayı minlərlədir və onlar Azərbaycana göndərilir. Amma hazırda bu da kütləvi xarakter daşımır. Çünki Rusiyada imkanlı azərbaycanlılar var, orta təbəqə var. Amma aztəminatlı insanlar ailələri ilə birgə ölkəsinə gələcək. Bu birmənalıdır və artıq proses başlanıb. Müəyyən dərəcədə insan axını olacaq və bunu gözləməliyik. Düşünürəm ki, bu proses davam edəcək. Çünki iş üçün Rusiyaya gedən insanlar artıq işsizdir və pandemiya bu ölkədə geniş vüsət alıb. Əlacsız qalan azərbaycanlılar çıxışı vətənə qayıtmaqda görürlər. Rusiyanın özündə iqtisadi problem ciddiləşərsə, bu məsələ məcburi şəkil də ala bilər”.
Bu gün, 17:25
Hikmət Hacıyev: "Sülh heç vaxt olmadığı qədər yaxındır, lakin buna mane olurlar"
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)