Saleh Məmmədov bu layihədə ancaq PUL GÜDÜB... - FOTOFAKT
“Buradakı keçid olmadı, başımıza bəla oldu”. Bu cümlənin müəllifi karantindən çıxmış, evdə pulsuzluqdan əsəbləri gərilmiş taksi sürücüsüdür.
Söhbət Əhmədli qəsəbəsində, “Ukrayna dairəsi” deyilən ərazidə tikilən yerüstü keçiddən gedir. Onun taleyi hər kəsi maraqlandırır. Keçidi uzaqdan ilk dəfə görənləri isə bu nəhəng dəmir yığını təəccübləndirir. Kiminsə cibinə yarayacaq bu dəmir konstruksiyanın pulunu “yeyib”, özünü isə Allahın ümidinə qoyublar.
Uzun müddətdir, tikintisi gedən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) bu layihəsinin bitmə tarixi hələ də bəlli deyil. Bunu ərazidə, guya tamamlama işlərini görən işçilər deyirlər. Sualıma acıqla cavab verən işçilərdən biri belə dedi: “Bunu məndən niyə soruşursuz, gedin qurumdan (AAYDA – red.) soruşun”. Belə yəqin etmək oldu ki, bu binəvaların pulu da hələ verilməyib. Yoxsa, bu kobudluğa dəyərdimi?
Aylar əvvəl yerüstü keçidin aprel ayında istifadəyə veriləcəyinin anonsu verilmişdi. Pandemiya və karantin müddətində belə, həmin ərazidə iş aparılırdı. Maraqlıdır, bəs keçid niyə hələ də işimizə yaramır?
Təəssüf ki, AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin qəbuluna düşə bilmədik, zənglərimiz cavabsız qaldı. Görünür, başı əsas işinə - teleaparıcılığa qarışıb və Agentlikdəki vəzifəsinə hobbi kimi yanaşır. Daha çox telekanallara müsahibə verməyə həvəsli olan bu şəxsin elektron media marağında da deyil artıq.
Bir də ki, deyəcək sözü olmayanlar, adətən susurlar. Üstəlik, vaxtilə Nəcəflinin “Keçid tam bitməmiş tənqid etməyin. Orada qaldırıcı qurğular, elektron pandus, lift olacaq” vədlərinin reallaşdığını indiyədək görməmişik.
Bilirsiniz, bu, nədən irəli gəlir? Hesabatsızlıq və naşılıqdan. Mütəxəssis layihəsi olsaydı, keçidin istismarında bu boyda gecikmə olmazdı. Axı, layihənin başlama və bitmə müddəti dəqiq olmalıdır.
Qayıdaq yerüstü keçidin indiki vəziyyətinə. Tikintisinə başladığı gündən tənqid olunan bu bəxtiqara keçidi ən son gördüyümdə (bir neçə gün əvvəl) hələ də bəzəyirdilər, damını - şüşə konstruksiyasını səliqəyə salırdılar. Ümid edək ki, günlərdir, davam edən şiddətli külək həmin şüşə parçalarını başımıza uçurmaz!
Bir də maraqlısı ondadır ki, yerüstü keçiddə nəzərdə tutulan qaldırıcı qurğu da gözə dəymir. Zarafat deyil, keçidin 160 pilləsi var. Bu pilləkəni qalxmaq və o biri taya keçdikdən sonra yerə düşmək üçün yaxşı enerji verən məhsullarla qidalanmaq lazımdır, yaşlı insanlar isə...
Müstəqil memar Səməd Zamanov AYNA ilə söhbəti zamanı paytaxtdakı yerüstü keçidlərin yararsız halından gileylənib: “Qaraşıma çıxan belə keçidlərin heç birinin peşəkar inşaatçılar tərəfindən tikildiyinə inanmıram. Keçidin məqsədi tək yolun o tayına adlamaq deyil axı. Bunun layihəsi, yolun en ölçüsü, eniş, düşmə bucağı və başqa incəlikləri var ki, bunu da memarlar, tikinti işinə bələd olanlar bilərlər. Baxırsan ki, keçidin tikildiyi yer heç əlverişli deyil, nəyə hesablanıb bilinmir. Hündürlüyü nə məqsədlə göyə qaldırılıb? Bəzi keçidlərdə eskalator, yaxud qaldırıcı qurğular olmalıdır, amma yoxdur. Keçidlərin üzərinin bağlanması yersiz, israf olunmuş pul və əməkdir. Keçidin içində piyada nə qədər zaman qalır ki?!”.
Mütəxəssisin sözlərinə görə, tikilən keçid ətrafın vəziyyətinə, arxitekturasına xələl gətirməməlidir: “Ukrayna dairəsindəki yerüstü keçid bilirsiz, nəyə bənzəyir? Elə bil, uşaqlar oyuncaqları ilə nəsə tikmək istəyib və tikiblər. Bu boyda keçid həmin küçədə kimə lazımdır? Yersiz bər-bəzək, yersiz inşaat materialları. İnandırıram sizi ki, piyadaların çoxu heç ora qalxmayacaq, çünki insanların həyatını düşünən, onların rahatlığını da nəzərə almalıdır. Görünür, layihəni icra edənlər özləri piyada gəzmir və bu səbəbdən də piyadaların vəziyyətini anlamırlar”.
Bu gün, 16:00
Nikol Putini təbrik etmədi – bu, ölümcül səhvdir! - REAKSİYA
Bu gün, 15:30
Gözlənilən proses başlayır - Əliyev “çox yaxınıq” dedi
Bu gün, 14:22
Qərb İrəvanda buna imkan verməyəcək - Ekspert danışır...
Bu gün, 13:14
Ölkəyə gələn turistlərin sayı kəskin artıb
Bu gün, 13:08
Paşinyan Putini təbrik etdi
Bu gün, 13:02
Bayram gününün hava proqnozu açıqlanıb
Bu gün, 12:52
Fövqəladə Hallar Nazirliyindən əhaliyə MÜRACİƏT
Bu gün, 12:48
Paşinyan müharibənin vaxtını açıqlayıb
Bu gün, 11:48
"Sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq" - Avropa açıq-aşkar savaşa hazırlaşır
Bu gün, 10:30
DYP-dən hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT
Bu gün, 10:25
Paşinyanın Azərbaycan ərazisinə səfəri Ermənistanı bir-birinə vurub – Məsələ ciddiləşir
Bu gün, 10:21
Təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq - RƏSMİ
Bu gün, 10:00
Putin NATO-Rusiya və nüvə savaşlarını niyə anons etdi: Üçüncü dünya müharibəsi də olacaq
Bu gün, 09:48
“Azad” və “demokratik” Ermənistan mifinin sonu: Əcnəbi investorlar Paşinyana qarşı
Bu gün, 09:44
Paşinyandan diqqət çəkən açıqlama: Azərbaycanla praktiki mərhələ başlayır
Bu gün, 09:39
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
Bu gün, 09:34
Azərbaycana 5 milyardlıq silah verdik... – Karapetyan
Bu gün, 09:31
Azərbaycan xəritəsi: Zəngəzur da daxil edildi
Bu gün, 09:27
Əraziləri qaytarmalıyıq, müharibə olmamalıdır - Paşinyan
Bu gün, 09:00
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Dünən, 23:28
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Dünən, 16:00
Rəsmi Tiflis Ermənistanın silahlanmasında İŞTİRAK EDƏCƏKMİ? - AKTUAL
Dünən, 15:30
Tiflisin Bakıya ehtiyacı var... - ÇÜNKİ...
Dünən, 14:29
NATO-nun baş katibinin Azərbaycana səfəri başa çatdı - FOTO
Dünən, 14:24
İlham Əliyev Putini təbrik edib
Dünən, 14:22
Paşinyanın daş-kəsəkli və əzablı yolu - GƏLİŞMƏ
Dünən, 14:20
Pakistan Əfqanıstanı bombaladı: çoxlu ölü