Həbsxanaya sifarişlə gətirilən fahişələr, rüşvət və müalicə-GENERAL HƏBS OLUNA BİLƏR
Sosial / Dunya
Oxunub: 433
29 may 2020 | 15:40
Həbsxanaya sifarişlə gətirilən fahişələr, rüşvət və müalicə-GENERAL HƏBS OLUNA BİLƏR


Korrupsiyaya qarşı mübarizə davam edir. Həbslər artıq icra hakimiyyətlərinin başçıları ilə yekunlaşmır, hətta güc nazirliklərini belə əhatə edir.
Korrupsiyanın ən çox şaxələndiyi sahələrdən biri də Ədliyyə Nazirliyidir. Xüsusən də cəzaçəkmə müəssisələri.
Sosial şəbəkələrdə yayılan məlumatlar ürəkaçan deyil. Xəbər verilir ki, cəzaçəkmə müəssisələrində insanların əksəriyyətinin bədənində qızdırma, səpki, iyi və dad hissiyyatının zəifləməsi, eləcə də başqa koronavirus simptomları müşahidə olunmaqdadır. Simptomların müşahidə olunduğu məhbusların test olunma istəkləri isə müxtəlif bəhanələrlə geri çevrilir. Hal-hazırda vəziyyəti gərgin olan məhbuslarla heç bir simptom müşahidə olunmayan məhbuslar bir arada saxlanılır. Məhbusların birinin şikayətinə cavab olaraq "öləcəksə, aparıb basdıracağıq", deyiblər.
Gundelik-baku.com xəbər verir ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi tibb xidməti general-mayoru Rafail Mehdiyev qaldıqca vəziyyə düzələnə oxşamır.
Ramiz Mehdiyevin qohumu olan bu şəxs başçılıq etdiyi sahəni korrupsiya yuvasına döndərib.

Varlı məhkumlar üçün sanatoriya

Ədliyyə Nazirliyi Penitersiar Xidmətin Müalicə Müəssisəsinin Cərrahiyyə Şöbəsinin fəaliyyəti nəticəsində son zamanlarda həbsxanalarda ölüm halları artıb. Məhkumların iddiasına görə, Cərrahiyyə Şöbəsində cərrahiyyə əməliyyatları rüşvətlə aparılır. Bununla belə, həkimlərin yarıtmazlığı nəticəsində cərrahiyyə əməliyyatına məruz qalmış məhkumların səhhətlərində ağırlaşmalar baş verib. Məktubda bildirilir ki, hətta burada cərrahiyyə əməliyyatına məruz qalmış məhkumların bəziləri dünyalarını dəyişib, bəzilər isə ölümlə üz-üzə qalıblar.

Şikayətçilər iddia edir ki, səhhəti ağırlaşmış məhkumlar yenidən müayinə edilmək əvəzinə, əlavə pul verə bilmədikləri üçün yenidən Cəzaçəkmə Müəssisələrinə qaytarılırlar.

Şikayətdə bildirilir ki, imkansız xəstə məhkumların müayinə və müalicəsinə heç bir şərait yaradılmır. Əksinə, imkanlı sağlam məhkumlar isə rüşvət hesabına saxta xəstəlik sənədləri alaraq, uzun müddət xüsusi imtiyazlarla Müalicə Müəssisəsində qalırlar. Bəziləri babasil xəstəliyi müalicəsi adı ilə illərlə Müalicə Müəssisəsində rüşvət hesabına saxlayırlar.
Yəni hər şey pula bağlıdır, pulunu ver, müalicə müəssisəsində sanatoriya rejimində istirahət et.


“Əməliyyat üçün pul verməyən məhkumların öldüyünü gördüm”

Keçmiş məhkumlardan biri yazır:”Mən iki il bundan öncə şiddətli ağrıverici xəstəliyə düçar oldum. Xəstəliyimlə əlaqədar olaraq müalicə müəssisəsinə göndərildim. Müəssisəyə ilk daxil olduğum andan etibarən oranın müalicəvi istirahət mərkəzi olduğunu anladım. Yuxarıda qeyd etdiklərim kimi, məndən aylıq pul istənildi, aylıq hesabı ödəyib iki ay şəxsi hesabıma müalicə olundum. Müalicənin heç bir xeyirli nəticəsini görmədim, bu vaxt ərzində 50, 100 manata görə bir neçə məhkumun ayaqlarının kəsildiyini gördüm. Açığını deyim, əməliyyat üçün pul verməyən məhkumların öldüyünü gördüm.
Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin rəis müavini mənə dedi ki, ki, bizdən şikayət etdiyin üçün sənə pis olacaq. İnsan Hüquqları Qızıl Xaç, pentensiar xidmət və millət vəkillərinin oraya gələrək qapının ağzından öz paylarını alaraq geri çəkildiklərini eşitdim. Bu xəstəliyimlə dolayı mən 7 dəfəyə qədər müalicə müəssisəsində oldum, orada yaxşılığa doğru heç nə görmədim, yəni günü-gündən daha da pisləşir, orada çalışan həkimlər elə bil meşədən tutulub gətiriliblər, savadsız və bacarıqsızdırlar, yalnız pul qazanmaq barədə düşünürlər.”

“300 manata fahişələr gətizdirirlər”

Yadınızdadırsa bir ara harınlamış məmur balaları, general uşaqlarının həbsi olmuşdu. Görün Rəfail Mehdiyev onlara necə komfort şərait yaradıb.
Məhkumlar xatırlayır: “Müalicə müəssisənin rəisi rüşvəti başqa yolla da qazanır, yəni müəssisədə yerləşən milyonçu general balaları üçün nəzərdə tutulmuş ,ayı 3500-4000 manat olan otaqlardan, hansı ki, ciblərində telefon, otaqlarında kömpüterlər var, istədikləri vaxt rəisin köməyi ilə çöldən 300 manata fahişələr gətizdirirlər. Bunlardan biri hamımızın tanıdığı baş nazirin müavini Əli Həsənovun nəvəsi (O, artıq azad olunub – red.), biri isə Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə müəssisənin generalı Novruz müəllimin oğludur. Müəssisənin əsas qazancı telefon danışığı və maqazindir. Telefondan aylıq gəlir 20 min manat, maqazindən isə 30 min manatdır. Məhkumların yanına gəlmək istəyən yaxınları isə dövlət sərhəd keçid qapısını keçməli, yəni 50 manat pul ödəməli olurlar. Bu hallara isə pentensiar xidmət və tibb baş idarəsi göz yumur. Bu barədə bir neçə dəfə zəng vurub olanları demişdim. Mənə verdikləri cavab isə tibb baş idarəsi və pentensiar xidmətdən, “bu məsələləri həll edəcəyik” deyərək boş vədlər verilmişdir.”
Bu faktlar o qədərdir ki, yazmaqla qurtarmaz. İnanırıq ki, bunlıar araşdırılacaq və Rəfail Mehdiyev haqlı cəzasın alacaq.


Həbsxanaya sifarişlə gətirilən fahişələr, rüşvət və müalicə-GENERAL HƏBS OLUNA BİLƏR
Bu gün, 10:30
DYP-dən hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT
Bu gün, 10:25
Paşinyanın Azərbaycan ərazisinə səfəri Ermənistanı bir-birinə vurub – Məsələ ciddiləşir
Bu gün, 10:21
Təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq - RƏSMİ
Bu gün, 10:00
Putin NATO-Rusiya və nüvə savaşlarını niyə anons etdi: Üçüncü dünya müharibəsi də olacaq
Bu gün, 09:48
“Azad” və “demokratik” Ermənistan mifinin sonu: Əcnəbi investorlar Paşinyana qarşı
Bu gün, 09:44
Paşinyandan diqqət çəkən açıqlama: Azərbaycanla praktiki mərhələ başlayır
Bu gün, 09:39
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
Bu gün, 09:34
Azərbaycana 5 milyardlıq silah verdik... – Karapetyan
Bu gün, 09:31
Azərbaycan xəritəsi: Zəngəzur da daxil edildi
Bu gün, 09:27
Əraziləri qaytarmalıyıq, müharibə olmamalıdır - Paşinyan
Bu gün, 09:00
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Dünən, 23:28
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Dünən, 16:00
Rəsmi Tiflis Ermənistanın silahlanmasında İŞTİRAK EDƏCƏKMİ? - AKTUAL
Dünən, 15:30
Tiflisin Bakıya ehtiyacı var... - ÇÜNKİ...
Dünən, 14:29
NATO-nun baş katibinin Azərbaycana səfəri başa çatdı - FOTO
Dünən, 14:24
İlham Əliyev Putini təbrik edib
Dünən, 14:22
Paşinyanın daş-kəsəkli və əzablı yolu - GƏLİŞMƏ
Dünən, 14:20
Pakistan Əfqanıstanı bombaladı: çoxlu ölü
Dünən, 14:01
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb, Azərbaycan xalqını bayram münasibətilə təbrik edib - Yenilənib
Dünən, 14:00
Cənubi Qafqazda hind ehtirası - NƏ BAŞ VERİR?
Dünən, 12:37
Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı
Dünən, 12:27
Türkiyə nəhəngi Qurban Qurbanovla maraqlanır
Dünən, 12:21
Azərbaycana yaz gəlir
Dünən, 12:16
Avtomobil sahibləri üçün əla fürsət - Əldən verməyin!
Dünən, 12:11
Nüfuzlu ABŞ nəşri Ermənistanı qınadı: "Azərbaycana qarşı çıxır..."
Dünən, 10:10
Şad xəbər: Sosial müavinətlər qrafikdən əvvəl ödəniləcək
Dünən, 10:00
NATO indi də Cənubi Qafqaza can atır: Bu hərbi-siyasi alyansın hədəfləri Bakının mövqeyindən asılıdır