30-05-2020, 21:51 Oxunub: 527

Gömrük Komitəsinin rəis müavini 3 mərtəbəli obyekt tikir - FOTO

 Gömrük Komitəsinin rəis müavini 3 mərtəbəli obyekt tikir - FOTO


Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin müavini Üveysi İsmayılovun sifarişi əsasında Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 26a saylı binanın yaxınlığında 3 mərtəbəli qeyri-yaşayış binası inşa olunacaq.
Yeniavaz.com xəbər verir ki, Üveysi İsmayılov tikintiyə icazəni ötən ilin dekabr ayının 29-da alıb.
Tikinti obyektinə verilən rəsmi icazədə göstərilir ki, tikinti ərazisi 120 kv. metri əhatə edəcək. Binanın ümumi sahəsi 253,7 kv. Metr, binanın ümumi həcmi isə 1494 kub metr olacaq.
Qeyd edək ki, Üveysi İsmayılov bir həftə əvvəl vəzifədən çıxarılan Baş prokurorun sabiq birinci müavini Rüstəm Usubovun kürəkənidir. 1954-cü ildə anadan olan Rüstəm Usubov 12 avqust 2005-ci il tarixindən Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini vəzifəsində çalışıb.

 Gömrük Komitəsinin rəis müavini 3 mərtəbəli obyekt tikir - FOTO
Gömrük rəisinin müavini haqda iddia - milyonluq obyekti hansı vəsaitlə tikir? Gömrük rəisinin müavini haqda iddia - milyonluq obyekti hansı vəsaitlə tikir? Sosial 5 nəfərə general rütbəsi verildi — SİYAHI 5 nəfərə general rütbəsi verildi — SİYAHI Siyaset Bu da Səfər Mehdiyevin komandası... - DGK sədri daha çox yerliləri ilə işləyir... Bu da Səfər Mehdiyevin komandası... - DGK sədri daha çox yerliləri ilə işləyir... Siyaset DGK-nın kollegiyasının yeni tərkibi təsdiqləndi — SİYAHI DGK-nın kollegiyasının yeni tərkibi təsdiqləndi — SİYAHI Siyaset Gömrük Komitəsinin yeni sədri kimdir? — DOSYE Gömrük Komitəsinin yeni sədri kimdir? — DOSYE Sosial