Şərurlu İsfəndiyar üçün çətin dönəm başladı - Əvvəllər himayə olunurmuş?..
Sosial
Oxunub: 393
1 in 2020 | 22:50
Şərurlu İsfəndiyar üçün çətin dönəm başladı - Əvvəllər himayə olunurmuş?..


Baş Prokuror Kamran Əliyev məhkəmə qərarlarını ayaqlar altına atan iş adamı “Şərurlu İsfəndiyar” adı ilən tanınan İsfəndiyar Axundovun işini nəzarətə götürüb. Son dövrlər ölkədə korrupsiya halları ilə bağlı həbslərin intensivləşdiyi vaxta çoxsaylı şikayətlər nəticəsində iş adamı Şərurlu İsfəndiyar kimi tanınan İsfəndiyar Axundovun barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsində araşdırma başlayıb.
Bu barədə cumhuriyyet.az-a zərərçəkmişlər Müzəffər Məmmədli və Mahir Abbasov məlumat verib. Onların sözlərinə görə fırıldaqçı tikinti şirkəti olan “MUR-AY” MMC-nin vətəndaşlara vurduğu zərəri aradan qaldırmaq məqəsdi ilə Prezident İlham Əliyevin tapşırığı ilə Bakı Şəhər İcra Hakimiyyəti başda olmaqla 17 dövlət qurum və təşkilatları, həmçinin “Şərur” MTK da bu problemin həllinə cəlb olunaraq birgə müqavilə imzalamışlar. Tapşırığa əsasən “Şərur” MTK-ya Yasamal rayonu, Kənar dairəvi küçəsi ünvanda (hazırda Məhəmməd Xiyabani küçəsi 11) 4 hektar torpaq sahəsı və Milli Bankdan on milyon (10 000 0000) AZN maliyə yardımı ayırlmışdır. Bunun müqabilində “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov “MUR-AY” MMC zərərçəkənlərini 2 il müddətdə, mənzillə təmin etməli idi.
Zərərçəkənləri mənzillə təmin etmək üçün bütün təşkilatlar öhdəliklərinə düşən yardımları tam olaraq təqdim etmələrinə baxmayaraq qanuntanımaz İsfəndiyar Axundov bu günə kimi biz 15 nəfər zərərçəkmişi mənzillə təmin etməmişdir.Məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 iyul 2019-cu il tarixli qərarı bir ilə yaxındır qüvəyyə minsədə İ.Axundov qərarı icra etməkdən qərəzli şəkildə boyun qaçırır.
Bu müddət ərzində dəfələrlə şikayət etməyimizə baxmayaraq qərarın icra etməli olan Binəqədi rayon icra və probasiya şöbəsinin rəisi İlham Həsənov, nə də ona nəzarət edən İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayev “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundova məhkəmə qərarını icra etdirmək arzusunda olmadıqlarını göstərirlər. Əksinə adıçəkilən şəxslər sırf şəxsi maraqlar naminə müxtəlif bəhanələrlə onu müdafiə edirlər. Uzun illərin cəzasızlığından ruhlanan bu “iş adamı” o qədər cəsarətlənmişdir ki, hətda dövlət başçısının götərişi ilə ayrılmış vəsaitin böyük hissəsini şəxsi istək və arzuları üzrə mənimsəmişdir. Bunun sübutu üçün məhkəmə qərarı ilə işə cəlb edilmiş audit hesablamasının nəticələrinə baxmaq kifayət edir.Məhkəmənin təyin etdiyi audit “Şərur” MTK-nın sahibi “məğlub edilməz” iş adamı İsfəndiyar Axundovun törətdiyi təkzibedilməz cinayət tərkibli faktlar açıq-aşkar ortaya qoymuşdur. Lakin ona gözün üstündə qaşın var deyən belə tapılmır, əksinə Nurəddin Mustafayev kimi bürokratlar şəxsi maraqları naminə var gücləri ilə ona “krışalıq” edirlər. Auditorlar Palatasının 08 oktyabr 2018-ci iltarixli aktda “Şərur” MTK-nın sahibi “məğlub edilməz” iş adamı İsfəndiyar Axundovun törətdiyi təkzibedilməz mənimsəmə və cinayət tərkibli faktlar açıq-aşkar ortaya qoyulmuşdur.

İ.Axundov uzun illər keçmiş Baş Prokuror Zakir Qralovun himayəsinə sığınaraq vətəndaşların hüquqlarını ayaq altına ataraq dövlət tərəfindən ona ayrılmış külli miqdarda pulu və torpaq sahəsini mənimsəmişdir. Həmçinin “Mur-ay” zərəçəkmişlərinə ayrılmış Yasamal rayonu Kənar Dairəvi küçəsi ünvanda torpaq sahəsində Jasmine Park salaraq (hazırda tikinti işləri davam edir) inşa etdiyi ticarət mərkəzlərini ərəb iş adamlarına satmışdır. Lakin hazırda yeni Baş Prokuror Kamran Əliyev təyin ediləndən sonra artıq şikayətimiz nəzarətə götürülüb və şikayətçilərin izahatı alınıb. Sözügedən iş əvvəl Rəşad İsgəndərovun icraatında olmuş, hazırda isə Yusif Novruzovun icraatındadır. Bizim əlimizdə olan faktlar İ.Axundovun həbs edilərək cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər hüquqi zəmin yaradır. Odur ki, həmin şəxsin həbs ediləcəyini gözləyirik.
Bu gün, 14:22
Qərb İrəvanda buna imkan verməyəcək - Ekspert danışır...
Bu gün, 13:14
Ölkəyə gələn turistlərin sayı kəskin artıb
Bu gün, 13:08
Paşinyan Putini təbrik etdi
Bu gün, 13:02
Bayram gününün hava proqnozu açıqlanıb
Bu gün, 12:52
Fövqəladə Hallar Nazirliyindən əhaliyə MÜRACİƏT
Bu gün, 12:48
Paşinyan müharibənin vaxtını açıqlayıb
Bu gün, 11:48
"Sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq" - Avropa açıq-aşkar savaşa hazırlaşır
Bu gün, 10:30
DYP-dən hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT
Bu gün, 10:25
Paşinyanın Azərbaycan ərazisinə səfəri Ermənistanı bir-birinə vurub – Məsələ ciddiləşir
Bu gün, 10:21
Təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq - RƏSMİ
Bu gün, 10:00
Putin NATO-Rusiya və nüvə savaşlarını niyə anons etdi: Üçüncü dünya müharibəsi də olacaq
Bu gün, 09:48
“Azad” və “demokratik” Ermənistan mifinin sonu: Əcnəbi investorlar Paşinyana qarşı
Bu gün, 09:44
Paşinyandan diqqət çəkən açıqlama: Azərbaycanla praktiki mərhələ başlayır
Bu gün, 09:39
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
Bu gün, 09:34
Azərbaycana 5 milyardlıq silah verdik... – Karapetyan
Bu gün, 09:31
Azərbaycan xəritəsi: Zəngəzur da daxil edildi
Bu gün, 09:27
Əraziləri qaytarmalıyıq, müharibə olmamalıdır - Paşinyan
Bu gün, 09:00
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Dünən, 23:28
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Dünən, 16:00
Rəsmi Tiflis Ermənistanın silahlanmasında İŞTİRAK EDƏCƏKMİ? - AKTUAL
Dünən, 15:30
Tiflisin Bakıya ehtiyacı var... - ÇÜNKİ...
Dünən, 14:29
NATO-nun baş katibinin Azərbaycana səfəri başa çatdı - FOTO
Dünən, 14:24
İlham Əliyev Putini təbrik edib
Dünən, 14:22
Paşinyanın daş-kəsəkli və əzablı yolu - GƏLİŞMƏ
Dünən, 14:20
Pakistan Əfqanıstanı bombaladı: çoxlu ölü
Dünən, 14:01
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb, Azərbaycan xalqını bayram münasibətilə təbrik edib - Yenilənib
Dünən, 14:00
Cənubi Qafqazda hind ehtirası - NƏ BAŞ VERİR?