Azərbaycanda uşaq icarəsi: 50 manat ödə, 3 qatını çıxar - PROBLEM
Sosial
Oxunub: 351
9 in 2020 | 23:17
Azərbaycanda uşaq icarəsi: 50 manat ödə, 3 qatını çıxar - PROBLEM


Qədim Babilistanda borclarını verə bilməyən valideynlər məcbur olub borc əvəzinə öz uşaqlarını qul kimi verirdilər. Bu ənənə Babilistanda Hammurapi hakmiyyətə gələnə qədər davam etdi. Hammurapi tarixdə ilk dəfə dövlət idarəçiliyi sahəsində qanunlar toplusu hazırlatdıran hökmdar kimi yadda qaldı. Onun qanunları uşaqları borc əvəzinə qul kimi ödəməyi qəti qadağan edirdi. Hammurapinin qanunlarını pozanları ölüm cəzası gözləyirdi.

Bu günlərdə Azərbaycan Uşaqlar Birliyinin (AUB) və uşaq sığınacağının rəhbəri Kəmalə Ağazadə öz “Facebook” səhifəsində dilənçiliklə məşğul olan üç bacı barədə məlumat verdi. Bildirdi ki, həmin bacıları onun yanına polislər gətiriblər: “12, 6 və 3 yaşlı bacılar mənə danışdılar ki, dilənçiliklə pul yığmalarına səbəb analarının kiməsə olan borcudur. Onlar dilənərək, borc qaytarırlar”.

Mövzunu AYNA-ya açıqlamasında genişləndirən Ağazadənin sözlərinə görə, Azərbaycanda uşaq dilənçiliyi konveyer üsulu ilə çiçəklənir: “Uşaqları valideynlərindən “icarəyə” götürürlər və dilənçiliyə məcbur edirlər. Dilənçilər polis tərəfindən saxlanılan kimi, onlar yenidən valideynlərinə qaytarılır. Uşaqları qaytarma prosesində valideynləri 50 manat məbləğində cərimə edilir. Onlar isə öz növbəsində bu pulu həvəslə ödəyirlər. Çünki bu pulun neçə qatını uşaqları yenidən küçəyə dilənməyə çıxarmaqla qazanırlar. Məlumdur ki, dilənən uşaq gündə orta hesabla 40 manat “qazanır”. Amma bunun üçün uşaq küçədə, təxminən 9 saat keçirir. Bu isə, görünür ki, onların valideynlərini az narahat edir”.

AUB rəhbəri hesab edir ki, uşaq dilənçiliyinin qarşısını almaq üçün onları küçədən yığan kimi, valideynlərinə qaytarmaq əvəzinə xüsusi sığınacağa yerləşdirmək lazımdır: “Bu zaman uşaqlarını dilənməyə məcbur edən valideynləri isə cərmələmək deyil, onlara qarşı “insan alveri” maddəsi ilə cinayət işi açmaq lazımdır”.

“Ümid yeri” uşaq sığınacağının direktoru Nigar Mənsimova da AYNA-ya açıqlamasında deyib ki, küçədən yığılan uşaqları valideynlərinə qaytarmaq üçün tələsmək lazım deyil: “Əvvəlcə valideynlərin uşaqlarını hansı səbəbdən küçəyə göndərmələrinin səbələrini müəyyənləşdirmək lazımdır. Bundan sonra valideynlərlə psixoloji iş aparmaq lazımdır. Əgər bu fəaliyyət səmərəsiz olarsa, o zaman uşaqları xüsusi sığınacağa yerləşdirmək və valideynləri valideyn hüququndan məhrum etmək barədə məsələ qaldırmaq olar”.

Yazının əvvəlində nahaq yerə Hammurapidən misal çəkmədik. Onun hakimiyyətə gəlməsindən əvvəl də Babilistanda uşaqların qul kimi verilməsinin qarşısını almaq cəhdləri olurdu. Amma buna Hammurapi nail oldu. Görəsən, Hammurapinin qədim dövrdə nail olduğuna Azərbaycanda nə vaxt nail olunacaq? Təəssüf ki, sualın cavabı açıq qalır...
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb