Əhmədzadəyə qarşı gizli ittifaq: - Zakir Quliyevin faciə karxanasından FETO əlaqələrinədək
Sosial / Dunya
Oxunub: 604
20 in 2020 | 22:50
 Əhmədzadəyə qarşı gizli ittifaq: - Zakir Quliyevin faciə karxanasından FETO əlaqələrinədək


Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini, əslən Sabirabaddan olan Zakir Quliyevə məxsus rayonun Bəciravan kəndi ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanasında bir neçə gün əvvəl baş verən hadisə zamanı 6 nəfər faciənin sadəcə bir addımlığndan dönüblər. Belə ki, gözlənilmədən 6 nəfər işçi yüksək təzyiqlə yerin təkindən qum-çınqıl çıxaran borunun önündə yaranan burulğana düşüb. Digər işçilərin köməyi ilə burulğandan çətinliklə qurtulan 6 nəfər əraziyə çağrılan təcili yardım maşınları ilə rayon mərkəzinə – xəstəxanaya çatdırılıblar. Maraqlıdır ki, bir neçə gün əvvəl baş verən təhlükəli hadisə haqqında məlumatı bütün rayon əhalisi bilsə də, yerli hüquq-mühafizə orqanlarının məsələyə hüquqi münasibət bildirməsi ilə bağlı hər hansı məlumat yoxdur. Rayon prokurorluğu isə özünü heç nə olmamış kimi aparır.

Fətullahçı ittihamı

Məlumatda o da qeyd edilir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevə məxsus karyerə Elçin adlı qardaşı rəhbərlik edir. Elçin isə gündəlik fəaliyyətə nəzarət məqsədilə Sabirabaddan gətirdiyi Kamranı karyerə rəhbər təyin edib. Bütün bu məlumatlara onu da əlavə edək ki, Elçin Quliyevin Fətullahçı şəbəkəyə aid olması haqda da söz-söhbət dolaşır. Elçin Quliyevin 2015-ci il parlament seçkilərində nurçu şəbəkənin namizədi olduğunu ən müxtəliv detallarda öz əksini tapır. Məsələn, YAP- ın siyahısı elan olunmasından bir gün sonra Ceyhun Osmanlı respublika kütləvi informasiya vasitələrində bəyanat verərək Elçin Quliyevi dəstəklədi, onun ziyalı ailədən çıxdığını xüsusi qeyd elədi. Həmçinin Ceyhun Osmanlı deputat olduğu vaxtlarda rayona bir qayda olaraq “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini, əslən sabirabadlı olan Zakir Quliyevin xidməti avtomobilində, çox vaxt da onunla birlikdə gəlib getdiyini Sabirabadda hamı yaxşı bilir. Ceyhun Osmanlı rayonda qaldığı zaman da, onların evində qalırdı. Başqa bir nümunə, Feysbukda Elçin Quliyevin əsas təbliğatçılarından biri Nadir Peyman adlı şəxsdir. Bu həmin Nadir Peymandır Sabirabadda nurçu şəbəkənin maddi qaynaqlarından olan marketin sahibidir. Həmin marketin nurçulara məxsus olduğu Sabirabadda Ceyhuh Osmanlı peyda olmamışdan xeyli əvvəl danışılırdı.

Quliyevlər imperiyası
Göründüyü kimi Elçin Quliyevin seçki marafonu bütöv bir tayfanın, özü də vəzifələrdə əyləşmiş şəxslərdən ibarət bir tayfanın tədbirinə çevrilib. Yeri gəlmişkən, rayonda əhalinin pullarını talan edən, əkin sahələrini onminlərlə baş heyvanlarının otlaq sahələrinə çevirən, bütün qohumlarını vəzifəyə yerləşdirən Quliyevlər ailəsi haqqında cumhuriyyet.az-a daxil olan məlumatları diqqətinizə çatdıraq:
– Ən böyük vəzifəli Quliyev Zakirdir. O, Su Meliorasiya Cəmiyyətində sədrin, yəni Əhməd Əhmədzadənin müavini vəzifəsində işləyir. Bu yaxınlarda Sabirabaddan daxil olan məlumatlarda deyilirdi ki, Zakir Quliyev fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adından istifadə edərək Zəngənə kəndi yaxınlığında böyük bir balıq vətəgəsi yaradır. Və əhali arasında Quliyevlər iddia edirlər ki, bu vətəgə Kəmaləddin Heydərovundur.
– Elçin Quliyevin digər bir qardaşı Namiq Quliyev «Kapitalbank»ın Şirvan şəhər filialının rəhbəridir. Uzun müddət Sabirabad rayonunda «SənayeBank»ın rəhbəri vəzifəsində işləyən və son 5 ilə qədər işsiz qalan Namiq Quliyevi təbii ki, qardaşının hesabına banka rəhbər təyin ediblər. Əslində, Şirvan və Sabirabad rayonlarındakı «Kapitalbank»lar Zakir Quliyev tərəfindən idarə olunur.
– Zakir Quliyev komitə sədrinin müavini vəzifəsinə təyin ediləndən sonra köhnə iş yerini də əldən buraxmayıb. O, Su Meliorasiya Cəmiyyətinin Aran zonası üzrə idarəsinə bibisi oğlu Elman Nuriyevi təyin edib. Qeyd edək ki, Zakir Quliyev uzun müddət bu idarədə rəhbər vəzifədə işləyib.
– Quliyevlərin əmisi oğlu Şamil Qasımov artıq ikinci bələdiyyə seçkiləridir ki Sabirabad Şəhər Bələdiyyəsinin sədri təyin olunur.
– Elçin Quliyevin xalası oğlu Zamin Sabirabad rayon sığorta idarəsinin rəisi, dayıları Fazil Qasımov pambıq zavodunun müdiri, Murtuza Qasımov Cavad kənd bələdiyyəsinin sədri, Şamil Qasımovun oğlu Sabirabad rayon polis idarəsində pasport qeydiyyatı idarəsinin rəisi vəzifəsində işləyir.
Quliyevlərin rayondakı nüfuzu

Milli Məclis seçkilərində hakim partiya olan YAP -n namizədi kimi Elçin Quliyevin namizədliyi irəli Sabirabadda sürüləndə hamı təəcübləndi. Çünki bu tayfadan olub vəzifədə olanlara rayon camaatı yaxşı bələd idi. Uzun müddət Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsinin müdiri işləmiş Əlqəmə Quliyevin əməlləri mətbuata da yol açmışdı. Bundan başqa cumhuriyyet.az olaraq Elçin Quliyevə bağlı mediada yer almış başqa bir məlumat da diqqətimizi cəlb etdi: “Bütün ölülərə allahın rəməti olsun. Ancaq Elçin Quliyevin rəhmətlik atası Bəybala Quliyev nə vaxtdan ziyalı olub? Sabirabadda hamı bilir ki, Quliyev Zakir və Elçin qardaşlarının atası Bəybala Quliyev hələ Heydər Əliyevin birinci hakimiyyəti dövründə korrupsiyaya görə 15 il cəza almış, bunun 12 ilini həbsdə yatmış bir şəxsdir. Onu da, hamı bilir ki, Bəybala Quliyev həbsdən çıxdıqdan sonra neçə ağır maddi durumda idi. Onun dəfnin məclislərini də “Biyan” Qədir təşkil eləmişdi və indiki Elçin Quliyev sonralar rayon vergi idarəsinin rəisi işləyərkən həmin biyan Qədiri ilişdirib müflis elətdirdi”.

Meliorasiya və Su Təsərrüfatı ASC-də müxalifət?

Son zamanlar hakimiyyət daxilindəki “təmizləmə” əməliyyatı məmurlar arasında müxtəlif reaksiyalı hərəkətlənməyə səbəb olub. Belə ki, bir qrup öz postunu qorumaq, yaxud həbs təhlükəsindən yayınmaq haqda düşünərkən digər bir qrup postunu yeniləmək, daha yüksək vəzifəyə yiyələnmək mücadiləsinə başlayıb. Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin də “kadr islahatları”na qurban gedəcək vəzifəlilər sırasında olması ASC rəhbərinin müavinləri arasında gərginliyin yaranmasına səbəb olub.

Yarandığı gündən Əhməd Əhmədzadənin rəhbərliyi altında olan Meliorasiya və Su Təsərrüfatı ASC dövlətin ən çox korrupsiyalaşmış və büdcədən ən çox pul ayrılan qurumlarından biri hesab olunur. Meliorasiya və Su Təsərrüfatı ASC-dəki mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə Əhmədzadənin kreslosuna ən iddialı və daha çox maddi-siyasi gücə malik şəxs ASC-də «Cavad qruplaşması» kimi tanınan komandanın lideri Zakir Quliyev sayılır. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə Zakir Quliyevin sədrlik iddiasında əsas müttəfiqi Əhmədzadənin qaynı, Aparat rəhbərinin köməkçisi Ramiz müəllim və Suvarma sistemlərinin istismarı şöbəsinin müdiri Əjdər Cavadovdur. Zakir Quliyevin uzun illər boyu məhz Əjdər Cavadovun və Əhmədzadənin qaynı ilə əlbir şəraitdə çalışdığı və hər il bu üçülüyün milyonlarla manat dövlət vəsaitini mənimsədiyi iddia olunur.

Bundan başqa «Cavad qruplaşması»na aid olan idarə müdirləri başda vaxtı ilə Zakir Quliyevin özünün rəhbərlik etdiyi Kür Araz çaylarında Bəndlərin İstismar İdarəsinin müdiri Elman Nuriyev olmaqla hamısı bir mənalı olaraq öz hamilərini müdafiə edirlər

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Bu gün, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Bu gün, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO