Rəis oğlu AA seriyalı maşını ilə “at oynadır”
Sosial
Oxunub: 1 279
29 sen 2015 | 06:42
Rəis oğlu AA seriyalı maşını ilə “at oynadır”












Polis rəisinin oğlu Bakıda AA seriyalı maşınla «at oynadır», cərimələri isə ödəmir

Son günlər Bakıda dövlət yol polisi əməkdaşları ödənilməmiş cərimələri olan ən son model avtomobilləri də saxlayaraq cərimə meydançalarına aparırlar. Avtosfer.az-ın məlumatına görə, son bir ay ərzində saxlanılan avtomobillər arasında modeli və dövlət nömrə nişanı ilə diqqət çəkən avtomobillər də olub. Hətta onların arasında AA seriyalı nəqliyyat vasitələrinə də rast gəlinib.
Bəziləri belə güman edir ki, AA seriyası yalnız dövlət işində çalışanlara verilir. Lakin bu cür nömrələri istənilən hüquqi şəxs əldə edə bilər. Məhz bundan istifadə edən bəzi məmurlar özlərinin ailə maşınlarına da AA seriyalı nömrə ala bilirlər ki, bununla da onlar müəyyən «toxunulmazlıq» qazandıqlarını düşünürlər və bəzən belə də olur.
Bir neçə gün əvvəl Bakıda keçirilən reyd zamanı «Mercedes GL» markalı, 90 AA 774 dövlət nömrə nişanlı avtomobil də yol polisinin diqqətindən yayınmayıb. DYP-nin Mərkəzi Məlumat Xidməti sistemində aparılan yoxlama zamanı məlum olub ki, bu avtomobilin ödənilməmiş cərimələri olduğu üçün saxlanılaraq cərimə meydançasına aparılması barədə 11 dəfə qərar verilib. Yəni, loru dildə desək, bu avtomobilə 11 dəfə həbs qoyulub. Hazırda həmin nəqliyyat vasitəsinin 4 MMX radarı da var.
Reyd zamanı bu avtomobilin saxlanılmasına iki dəfə cəhd edilsə də, onu saxlamaq mümkün olmayıb.
Araşdırmalar zamanı məlum olub ki, 90 AA 774 dövlət nömrə nişanlı avtomobil «M-TND» MMC-yə məxsusdur. Hazırda isə həmin avtomobili respublikanın rayon polis idarələrindən birinin rəisinin oğlu idarə edir.
Yeri gəlmişkən, «M-TND» MMC ilə bağlı internet üzərindən apardığımız araşdırmalar zamanı belə bir müəissə qarşımıza çıxmadı. Deməli, bu müəssisə sadəcə olaraq AA seriyalı nömrə üçün yaradılmış formal MMC-dir.
Bu mövzü ilə bağlı araşdırmalarımızı davam etdiririk. Yaxın günlərdə bununla bağlı geniş məqaləni diqqətinizə çatdıracağıq.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi