““Qaçqınkom” evi olanlara mənzil paylayır, evsizlər kənarda qalır” - “BU EV MƏNƏ TİKİLİB, YERLİ SAKİNƏ DEYİL”
Sosial / Dunya
Oxunub: 912
30 in 2020 | 20:23
““Qaçqınkom” evi olanlara mənzil paylayır, evsizlər kənarda qalır” - “BU EV MƏNƏ TİKİLİB, YERLİ SAKİNƏ DEYİL”


Məcburi köçkünlərin sosial problemlərinin həllinə indiyədək ümumilikdə 7,7 milyard manata yaxın vəsait sərf edildiyi vurğulansa da, hazırda onların sosial şəraitinin tam olaraq yaxşıladırılmasından söhbət gedə bilməz. Belə ki, illərdir kirayələrdə yaşayan Ağdam rayonu, Novruzlu kəndindən məcburi köçkün düşən Səfayə Paşayeva “Hürriyyət”ə deyib ki, 33 ildir müəllim işləsə də, olduqca çətin şəraitdə yaşayır: “Ağdamda da müəllim işləmişəm. Bakıya gəldikdən sonra burada Sabunçu rayonunda 215 nömrəli məktəbdə müəllim işləyirəm. Mən 27 ildir ailəmlə bərabər yaşyıram, atam-anam, bir də xəstə qardaşım var idi, bir də öz övladımla birlikdə yaşamışam.

Biz ilk dəfə Bakıya gələndə Suraxanı rayonda Qaraçuxur qəsəbəsində Kərəm İsmayılov adına bir nömrəli yataqxanada yerləşmişik. Ağdamda evimizə “qrad” düşəndə atam da, qardaşım da qəlpə yarası almışdı. Atam uzun müddət Bakıda müalicə oldu. Onun səhhəti ilə əlaqədar həkim bizə yataqxanada yaşamağa icazə vermədi. Odur ki, biz məcbiriyyət qarşısında qalaraq kirayə evə çıxası olduq. Çünki 5-6 nəfər ailə hamımız bir otaqda qalırdıq”.

“27 ildir “Qaçqınkom”un sədrinə müraciət edirəm, bir dəfə də olsun bizim müraciətimizə baxılmayıb”

S.Paşayeva bildirib ki, yataqxanadan çıxandan sonra oradan qeydiyyatdan da çıxıblar: “Təxminən 1993-cü-ildən 2005-ci ilə kimi yataqxanada qeydiyyatda qalmışıq. 2004-cü ildə atamın vəziyyəti ağırlaşdı, biz ona görə oradan çıxası olduq. 2005-ci ildə atam, onun ardınca da qardaşım dünyasını dəyişdi. Sonra da anam dünyasını dəyişdi. Bundan sonra oğlumla bərabər qaldım və biz kirayələrdə yaşaya-yaşaya günümüzü keçirdik. Günəşlidə, Qaraçuxurda, Zabratda qaldıq, sonra Razinə (red. – Bakıxanov qəsəbəsi nəzərdə tutulur) köçdük. Ondan sonra oğlumu evləndirdim. Hazırda oğlumun 33 yaşı var. İkimizin də qaçqın vəsiqəmiz var. Yəni qanuni qaçqınıq, saxta qaçqınlıq vəsiqəsi almamışıq.

Mən 27 ildir “Qaçqınkom”un sədri Əli Həsənova müraciət edirəm, o, bir dəfə də olsun bizim müraciətimizə baxmayıb. Mən ölkə başçısına müraciət etmişəm. Təbii ki, bizim teleqramlarımız çatmayıb. Hörmətli, əziz Mehriban xanıma müraciət etmişəm, yəqin ki, yenə də çatmayıb. Amma mən yenə də müraciətlərimdə dayanmadım”.

“Məcburi köçkünlər üçün tikilən ev məcburi köçkünlərə aiddir”

S.Paşayeva qeyd edib ki, o, 2019-cu ilin sentyabr ayında bankdan 7 min 500 manat pul götürüb: “Oğlum xəstə idi, həkimlərim məsləhəti ilə onu xaricə müalicə üçün göndərdim. Oğlumun sümük xəstəliyi var. İki dəfə əməliyyat olunmalıdır. Hazırda Türkiyədə əməliyyatdadır. Mən bankdan götürdüyüm pulu dollara çevirdim, getdi. O da pandemiyaya düşdü, oğlum geri qayıda bilmədi. Yenə heç olmasa bankı ödəyərdik.

Hazırda 4 ildir “Razin”də kirayədə qalırdıq. Ev yiyəsi artıq nəvəsini evləndirdiyinə görə, mən oradan çıxası oldum və Kürdəxanıda ev tapdım. Bu da məcburi köçkünlərə tikilən bina idi. Ofisə gəldik, ora girəndə dedilər ki, məcburi köçkünlərə tikilən binada kirayə verirlər, mən şoka düşdüm. Çünki məcburi köçkünlər üçün tikilən ev məcburi köçkünlərə aiddir. Əgər bu, artıqdırsa, niyə kirayə verilir? Axırda məcbur olub, həmin evlərdən birində 200 manata kirayə yaşamalı oldum. Hansı ki, sahibi qaçqın deyil, yerli sakindir”.

“Bu şəhərciklərə 750 min qaçqın yerləşmədi?”

S.Paşayeva deyir ki, evi olanlara əlavə mənzil verilir, evsizlər kənarda qalır: “Rəfiqəm “Memar Əcəmi” metrosunun yanında, 3-cü mikrayonda olur. Onlar 4 nəfərdilər, 3 otaqlı evi var. Masazırdan ev paylandı, onlara da 3 otaqlı ev verdilər. Getdi Masazırdakı evinə yığışdı, mikrorayondakı evini kirayə verdi. “Qaçqınkom” bunu nəzərə almır, kimin evi var, ev verir, amma evsilər kənarda qalır.

Mən bildiyim qədər Azərbaycanda 750 minə yaxın qaçqın var. Mənim üçün maraqlı budur, Mehdibadda, Ramanıdakı Şuşa şəhərciyində, Kürdəxanıda, Savalan qəsəbəsində, Masazır qəsəbəsində, Azadlıqda qaçqın şəhərcikləri salınıb, bəs bu şəhərciklərə 750 min qaçqın yerləşmədi? Mingəçevirdə, Gəncədə, Yevlaxda, Bərdədə də var. Deməli, burada başqa məqsəd var”.

“Lənkəran sakini ev satır, mən evsiz-eşiksiz küçələrdə qalmışam”

S.Paşayeva deyir ki, bu ayın 5-də onlayn qaydada “Qaçqınkom” sədri Rövşən Rzayevin qəbulunda olub: “Dedim, mən burada kirayə qalıram, bir əncam çəkin, dedi ki, “ev yoxdur”. Mən Ağdamda 3 ev qoyub gəlmişəm, biri atamın, biri qardaşımın, biri də öz mülkümdür. Qardaşım da, atam da rəhmətə gedib, mən qalmışam. Birinin çertyoju təsadüfən əlimdə gəlib, 1978-ci ildə tikilib. Bu qədər evlər tikilir, amma yoxdur, canın sağ olsun, 3 mülkün kompensasiyasını mənə ödəyin. “Qobu Park-1”, “Qobu Park-2”, “Qobu Park-3”-hamısı da 15-16 bina, 9 mərtəbə, iki blokludur. Bu qədər evlərə 750 min qaçqın yerləşmədi?”.

“Cənab prezidentimiz “Qaçqınkom”a o qədər pul ayırır. Xahiş edirəm, 3 mülkün kompensasiyasını ayırsın, mən buradan çıxım. Ev yiyəsi may ayın 5-dən sonra mənim internet televiziyamı bağlayıb. Mən ona müraciət etdim, dedim mən müəlliməm, onlayn dərs deyirəm. Dedi ki, “ev mənimdi, mən bilərəm, get, əlin hara qəlbidir, ora qoy. Məni başqa şeylərə məcbur etmə”. Dedim, yaxşı, neynək. Bundan da keçdik. Getdim JEK-in müdirinə dedim ki, xahiş edirəm, interneti açın, mən dərs deyirəm, bir dəfə qonşuya keçirəm, bir dəfə müəllim yoldaşımgilə gedirəm, karantin dövrüdür, çətin vəziyyətdir, 2 saat vaxt verirlər, mən geri qayıtmalıyam.

Rövşən müəllim, eşidin, iyunun 14-nə qədər mən bu çətinliklə dərsi keçdim, amma bu insan yenə interneti açmadı”,- deyə şikayətçi üsyan edir.

“Mən tək insan evin içində nə edim, dəli olum, başıma hava gəlsin?”

S.Paşayevanın sözlərinə görə, hazrıda ev sahibi onun mənzilindən çıxmasını tələb edir: “Mən hara gedim? Özümü bu balkondan atıb intihar etməksə, mən bu evdən çıxmayacam. Bircə şeyi biləsiniz, Rövşən müəllim, özümü öldürəcəm, amma çıxmayacam. Ona görə ki, bu ev mənə tikilib, yerli sakinə deyil. Mən ev yiyəsinə dedim mayın 14-də 2020-ci ildə cənab prezidentimiz Rövşən Rzayevə təlimat verdi ki, məcburi köçkün məskunlaşdığı yerdə toxunulmazdır. Bəli, mən prezidentimizin sözünü dəstəkləyirəm. Prezidentimiz düzgün təlimat verdi, məcburi köçkün yerində qalmalıdır və toxunulmazdır”.

“Hörmətli Mehriban xanım, hara gedəcəyimi bilmirəm”

Sonda S.Paşayeva prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib: “Cənab prezident, xahiş edirəm, məni məcburi köçkün, şəhid ailəsi kimi nəzərə alın. Mənim iki gün vaxtım var. Mən dəfələrlə sizə müraciət etmişəm, teleqramlar, məktublar yazmışam. Xahiş edirəm, mənim məktublarımı, teleqramlarımı qəbul edin.

Hörmətli Mehriban xanım, hara gedəcəyimi bilmirəm. Xahiş edirəm, mənim məsələmə baxın. Əgər qaçqınlara, məcburi köçkünlərə verilən ev yoxdursa, xahiş edirəm, mənim 3 mülkümün kompensasiyasını ödəyin. Mən iki gün ərzində bu evi tərk etməliyəm, yoxsa iki gündən sonra mənim meyitimi aşağıda görəcəksiniz. Özümü balkondan atacam, intihar edəcəm. Bu, mənim son əhdimdir”.
Hurriyyet.org
Bu gün, 10:30
DYP-dən hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT
Bu gün, 10:25
Paşinyanın Azərbaycan ərazisinə səfəri Ermənistanı bir-birinə vurub – Məsələ ciddiləşir
Bu gün, 10:21
Təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq - RƏSMİ
Bu gün, 10:00
Putin NATO-Rusiya və nüvə savaşlarını niyə anons etdi: Üçüncü dünya müharibəsi də olacaq
Bu gün, 09:48
“Azad” və “demokratik” Ermənistan mifinin sonu: Əcnəbi investorlar Paşinyana qarşı
Bu gün, 09:44
Paşinyandan diqqət çəkən açıqlama: Azərbaycanla praktiki mərhələ başlayır
Bu gün, 09:39
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
Bu gün, 09:34
Azərbaycana 5 milyardlıq silah verdik... – Karapetyan
Bu gün, 09:31
Azərbaycan xəritəsi: Zəngəzur da daxil edildi
Bu gün, 09:27
Əraziləri qaytarmalıyıq, müharibə olmamalıdır - Paşinyan
Bu gün, 09:00
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Dünən, 23:28
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Dünən, 16:00
Rəsmi Tiflis Ermənistanın silahlanmasında İŞTİRAK EDƏCƏKMİ? - AKTUAL
Dünən, 15:30
Tiflisin Bakıya ehtiyacı var... - ÇÜNKİ...
Dünən, 14:29
NATO-nun baş katibinin Azərbaycana səfəri başa çatdı - FOTO
Dünən, 14:24
İlham Əliyev Putini təbrik edib
Dünən, 14:22
Paşinyanın daş-kəsəkli və əzablı yolu - GƏLİŞMƏ
Dünən, 14:20
Pakistan Əfqanıstanı bombaladı: çoxlu ölü
Dünən, 14:01
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb, Azərbaycan xalqını bayram münasibətilə təbrik edib - Yenilənib
Dünən, 14:00
Cənubi Qafqazda hind ehtirası - NƏ BAŞ VERİR?
Dünən, 12:37
Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı
Dünən, 12:27
Türkiyə nəhəngi Qurban Qurbanovla maraqlanır
Dünən, 12:21
Azərbaycana yaz gəlir
Dünən, 12:16
Avtomobil sahibləri üçün əla fürsət - Əldən verməyin!
Dünən, 12:11
Nüfuzlu ABŞ nəşri Ermənistanı qınadı: "Azərbaycana qarşı çıxır..."
Dünən, 10:10
Şad xəbər: Sosial müavinətlər qrafikdən əvvəl ödəniləcək
Dünən, 10:00
NATO indi də Cənubi Qafqaza can atır: Bu hərbi-siyasi alyansın hədəfləri Bakının mövqeyindən asılıdır