AMEA: Azərbaycan müstəqil olandan Nizaminin fars şairi olması haqda məqalələrin sayı çoxalıb
Sosial
Oxunub: 1 029
29 sen 2015 | 10:23
AMEA: Azərbaycan müstəqil olandan Nizaminin fars şairi olması haqda məqalələrin sayı çoxalıb "Dünya ədəbiyyatşünaslığında Nizaminin fars şairi kimi təqdim edilməsi keçən əsrin 30-cu illərinin sonundan başlayıb və təəssüf ki, bu gün də davam edir. Bu gün bizə İrandan və başqa yerlərdən Nizaminin fars şairi olması haqda məqalələr yollayırlar. 70-ci illərdə də belə məqalələr olub. Onlara o vaxt da cavab verilib, elə indi də cavab verilir". Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini Məmməd Əliyev deyib.
O, bildirib ki, Azərbaycan müstəqil olandan sonra başqa ölkələrdə Nizaminin fars şairi olması haqda yazılan məqalələrin sayı çoxalıb.
Direktor müavininin sözlərinə görə, həmin məqalələrdə Nizaminin fars şairi olmasını sübut edən sanballı mənbə yoxdur: "Onlar yazırlar ki, Nizaminin qəhrəmanları başqa millətin nümayəndələridir, hamısı hökmdarlar olub və buna görə də ölkədən qovulub və sair".
M. Əliyev qeyd edib ki, Bertels və Krimski kimi nüfuzlu alimlər öz əsərlərində Nizaminin Azərbaycan şairi olduğunu sübut ediblər: "Bertels və Krımskinin Nizami ilə bağlı əsərləri var. Nizaminin qəbri Gəncədədir. Nizaminin qəbrinin ilkin orta əsrlərdə tikilmiş şəkilləri var. O, Gəncə, Bərdə, Dərbənd haqqında yazıb. Biz Nizamiyə qarşı atılan böhtanlara qarşı sistematik şəkildə çalışırıq və bu iş çox uğurla davam etdirilir".
Qeyd edək ki, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində ədəbiyyatşünaslıq elminin perspektiv inkişaf istiqamətlərində Nizami Gəncəvi irsinin dünya ədəbiyyatşünaslığında öyrənilməsi problemlərini izləmək və köhnə stereotiplərin aradan qaldırılması üçün lazımi tədbirləri görmək qarşıya qoyulub.
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO
Dünən, 13:15
Paşinyandan Azərbaycanla bağlı qərar
Dünən, 13:10
İlham Əliyev Rusiyada səfərdədir
Dünən, 12:10
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA