Vətəndaş 190 manatı ala bilmir, nazirlik İŞ TƏKLİF EDİR — ŞİKAYƏT
Sosial
Oxunub: 282
2 iy 2020 | 16:44
Vətəndaş 190 manatı ala bilmir, nazirlik İŞ TƏKLİF EDİR — ŞİKAYƏT


Pandemiya dövründə işsiz qalan insanlara dövlət tərəfindən yardım məqsədi ilə 190 manat sosial yardım təyin edilib. Lakin buna baxmayaraq, bir çox insanlar haqqı olsa da, bu yardımı ala bilməyib. Şikayətçilər bununla bağlı daha çox sosial şəbəkələrdə etirazlarını bildiriblər.
Bu problemlə bağlı Həsənova Esmira Veysəl qızı da "Ölkə.Az"a müraciət edib. Şikayətçi bildirir ki, adına heç bir mülkiyyətin olmadığı və məşğulluq idarəsində qeydiyyatdan keçdiyi halda 190 manatlıq sosial yardımı ala bilməyib.

“Mən Həsənova Esmira Veysəl qızı 1961-ci ildə Mingəçevir şəhərində anadan olmuşam. Özüm Mingəçevirdə qeydiyyatdayam, ancaq 2005-ci ildən Bakıda Xırdalan şəhərində kirayədə yaşayıram.

Mən heç bir yerdə çalışmıram və adıma da heç bir mülkiyyət yoxdur. Bir müddət əvvəl işsiz kimi qeydiyyatdan keçmişəm. Mənə məşğulluq idarəsindən işsiz kimi qeydiyyata alınmağımla barədə sms gəldi. Sonra mənə ASAN xidmətdən 190 manat birdəfəlik ödəməni ala bilməyim üçün təsdiq kodu (155232,327698) gəldi. Bir müddət keçdikdən, təxmini 12-13 gündən sonra, mənə bu yardımı ala bilməyəcəyim haqqında 4.1.3 (sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri;) maddəsini rəhbər tutaraq, yenidən ASAN xidmətdən imtina kodu gəldi. Ancaq mən yenə də təkrarlayıram, mənim adıma heç bir torpaq sahəsi və ya ev, ümumiyyətlə heç bir mülkiyyət yoxdur. Bununla əlaqədar əvvəl Vergilər Nazirliyinə, sonra Məşğulluq idarəsinə gedib adımda hər hansı bir vergi borcunun və ya mülkiyyətin olub –olmadığını yoxlatdım. Hər iki qurum mənə bir daha təsdiqlədi ki, adımda heç nə yoxdur. Sonra Həsənbəy Zərdabi küçəsində yerləşən Dövlət Sosial Müdafiə Fonduna gedib, şəxsiyyət vəsiqəmlə yenə adımı yoxlatdırdım. Orada da eyni cavab adıma heç bir mülkiyyətin olmadığını aldım. Cavan bir oğlan idi, mənə dedi ki, sizə 190 manat birdəfəlik ödəmə verilməlidir, ola bilsin imtina haqqında sms- də yanlışlıq olub. Mən heç bir yerdə çalışmıram, təqaüd almıram və adıma da heç bir mülkiyyət yoxdur. Mənə çox maraqlıdır ki, hansı əsasla mənə imtina mesajı gəlib?”

Esmira xanım yoldaşının vəfatından sonra qaynı tərəfindən evdən qovulduğunu, hazırda 2 aydır kirayədə yaşadığı evin pulunu ödəyə bilmədiyini də deyib. Bundan əlavə o, tezliklə ev üçün ödəmə etmədiyi təqdirdə oranı tərk etmək məcburiyyətində olduğunu da qeyd edib.

“Yoldaşım rəhmətə getdikdən sonra qaynım Mingəçevirdə olan evimizi də əlimizdən aldı. Ev onun adına olduğu üçün bizi küçəyə atdı. Sonra mən Bakıya köçdüm. Hazırda oğlumla kirayədə yaşayıram. Oğlumdan başqa heç kəsim yoxdur. İndi mənim bu pula ehtiyacım var, iki aydır kirayə pulunu ödəyə bilmirəm. Heç yerdə iş yoxdur, ev sahibi də məndən ödəməni tələb edir. Sonra mənə dedilər ki, nazirliyin özünə müraciət edim. Ora da getdim, mənə ərizə yazdırdılar. Daha sonra məsələni araşdırıb, özləri mənimlə əlaqə saxlayacaqlarını dedilər. Lakin aprel ayından bəri heç bir xəbər yoxdur. Çox çarəsiz vəziyyətdə qalmışam. Bu mənim haqqım olan puldu, buna ehtiyacım var. Ödəməni etməsəm ev yiyəsi bizi evdən çıxaracaq, yenə küçələrdə qalacam. Dəfələrlə maraqlanmaq üçün, nazirliyə getmişəm. Ancaq hər zaman suallarım cavabsız qalıb”,- deyə o, qeyd edib.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE