KARANTİNDƏN KƏNARDA, PANDEMİYANIN ORTASINDA… – Qərb bölgəsi də hökumətdən dəstək gözləyir
Sosial
Oxunub: 368
6 iy 2020 | 18:44
KARANTİNDƏN KƏNARDA, PANDEMİYANIN ORTASINDA… – Qərb bölgəsi də hökumətdən dəstək gözləyir


Qərb bölgəsi Azərbaycanda koronavirusun ən az yayıldığı regionlardan biridir. Operativ Qərargahın məlumatına görə, ölkədə virusa ümumi yoluxanların cəmi 3 faizi sözügedən regionun payına düşür. Bu səbəbdən artıq iki aydır 4 rayonda – Şəmkir, Tovuz, Ağıstafa və Qazaxda sərtləşdirilmiş karantin rejimi elan olunmur.

Amma ölkədə pandemiyanın yaratdığı böhran bu bölgədən də yan keçməyib. Əhalinin sosial-iqtisadi vəziyyəti ağırlaşıb, xidmət sektorunun gəlirləri kəskin azalıb. Yay mövsümündə qələbəlik olan turizm mərkəzləri, istirahət yerlərinin çoxu indi bağlıdır, bəzilərində tək-tük müştərilər gözə dəyir.

Qərb bölgəsində əhalinin əsasən məşğuliyyəti kartofçuluq, bağçılıq və heyvandarlıqdır. Ölkədə istehsal olunun kartofun təxminən üçdə ikisi bu regionun payına düşür. Qubadan sonra ən böyük bağçılıq təsərrüfatları da bu zonada yerləşir.

Aqrar sektorun ən gəlirli sahəsi parnik təsərrüfatlarıdır ki, burada istehsal olunan məhsulların satış bazarları əsasən Rusiyadır. İstixanalarda maya dəyəri kifayət qədər yüksək qiymətə başa gələn tərəvəz, bostan məhsulları Moskva, Sank-Peterburq və Rusiyanın başqa iri şəhərlərindəki ticart mərkəzlərinə daşınır. Yerli əhalinin alıcılıq qabiliyyəti aşağı olduğuna görə, istehsalçılar yalnız ixrac hesabına ayaqda dura bilirlər.

Bölgədə heyvandarlıqla məşğul olan fermerlərin sayı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Yem məhsullarının baha olması, otlaq-örüş sahələrinin kiçilməsi, xaricdən gətirilən ətlik, südlük cinslərin əsasən ölkənin aran bölgəsində qurulan iri heyvandarlıq komplekslərində yetişdirilməsi Qərb bölgəsində fermerlərin satış bazarlarını xeyli azaldıb. Mal-qara daha çox şəxsi təsərrüfatlarda saxlanır, süd məhsulları əsasən istehlaka yönəldilir, çox az miqdarda yerli bazarlara çıxarılır.

Pandemiya haqqında bəhs edilən hər üç sahəyə ciddi zərbə vurub. Əsas problemlərdən biri istehsal olunan məhsulların iri şəhərlərdəki ticarət mərkəzinə aparılması ilə bağlıdır. Məsələn, fermerlərin sərtləşdirilmiş karantin rejimi elan olunmuş şəhərlərə çıxışı xeyli məhdudlaşıb. Kartof, meyvə-tərəvəz ticarəti ilə məşğul olanlar da karantin postlarını keçib məhsul satışı həyata keçirməkdə çətinlik çəkirlər. Belə vəziyyətdə şəhərdə meyvə-tərəvəzin qiyməti artır, amma bölgədə onun qiyməti daha da aşağı düşür.

İstixanalardan yığılan məhsulların da ölkədən çıxarılması əvvəlki kimi rahat deyil. Doğrudur, rəsmi qadağalar yoxdur. Ancaq daşıyıcı şirkətlər Azərbaycanda və Rusiyada pandemiya şəraitinindən doğan məhdudiyyətləri əsas gətirib, əvvəlki iş qrafiki ilə işləməkdən boyun qaçırırlar. Həm xarici, həm də yerli bazarlara çıxış imkanları azalan istehsalçılar bu vəziyyətdən narazılıq edirlər.

Kartofçuluq, tərəvəzçiliklə məşğul olanlarla yanaşı, bağçılıq təsərrüfatlarının üzləşdikləri əsas problemlərdən biri su qıtlığı ilə bağlıdır. Bölgəəhalisini su ilə təmin edən çayların bir çoxu az qala mənbəyinə qədər quruyub. İlin quraq keçməsi, çayları qidalandıran bulaqların quruması, habelə çayətrafı kəndlərdə məskunlaşmanın artması ciddi su qıtlığını yaradan səbəblərə daxildir.

Bəzi təsərrüfatlarda artezian quyuları hesabına su problemi qismən həll olunsa da, bu, əhalinin çox kiçin qismi üçün əlçatandır. Əksəriyyətin bağ-bağçası, əkini susuzluqdan yanıb məhv olur.

Su qıtlığı problemi ilə bağlı yerli əhali dəfələrlə aidiyyatı dövlət qurumlarına müraciət edib. Habelə Milli Məclisdə Tovuzu təmsil edən deputat Qənirə Paşayeva hökumətə müraciət edərək Zəyəm çayında iri su hövzəsinin tikilməsini təklif edib. Bu təklif həyata keçərsə, Qərb bölgəsinin əhəmiyyətli hissəsinin su problemi həll oluna bilər.

Koronavirusun heyvandarlığa vurduğu zərbə daha böyükdür. Məlumdur ki, pandemiyaya qədər istehsal olunan ətin əhəmiyyətli hissəsi paytaxtdakı kafe-restoranlara daşınıb. Bu sahə məhz bazar imkanlarına görə, kifayət qədər rentabelli sayılırdı. Amma indi karantin rejiminə görə beşinci aydır, Bakıda kafelər, şadlıq evləri, restoranlar fəaliyyət göstərmir. Habelə yas mərasimlərinə də qadağalar qoyulub və bu məhdudiyyətlər bütün ölkəərazisinə aiddir. Ət istehsalçıları bəslədikləri mal-qaranı necə satacaqlarını bilmirlər. Həm iri şəhərlərdəki, həm də bölgədəki alıcılar fəaliyyətlərini dayandırıblar. Bu sahənin dövlət tərəfindən necə dəstəklənəcəcyi ilə bağlı heç bir rəsmi qərar yoxdur.

Əhalinin sosial-iqtisadi vəziyyatını ağırlaşdıran ən mühüm faktorlardan biri Rusiydan gələn vəsaitlərin kəskin azalmasıdır. Qərb bölgəsindən qonşu ölkədə ticarət və s. fəaliyyətlə on minlərlə insan məşğul olur. Onların aylıq göndərdikləri vəsaitlər ailələrin dolanışığını təmin etməklə yanaşı iqtisadi fəallığı təmin edən əsas mənbələrdən biri sayılır. İndi vəziyyət dəyişib. Rusiyada olanlar belə orada çalışıb qazana bilmirlər, qonşu ölkəyə mövsümi ticarət üçün baş çəkənlərin bir hissəsi isə Azərbaycandan çıxa bilmir. Beləlikləəhali hər ay milyonlarla manat gəlirdən məhrum olub.

Bölgədə dolanışı nisbətən yaxşı olanlar – gündəlik təlabatını ödəyə bilənlər maaş, pensiya alanlar vəərzaq ticarəti ilə məşğul olanlardır. Bu da çox kiçik bir təbəqəni əhatə edir. Vətəndaşlar gözləyirlər ki, uzanan karantin aylarında dövlət onları dəstəkləmək üçün addımlar atacaq./azpolitika.info/
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!