AKİA-da daha bir müəmma: - media ilə bağlı satınalma "fermer"ə verilir
Sosial
Oxunub: 347
7 iy 2020 | 23:44
AKİA-da daha bir müəmma: - media ilə bağlı satınalma "fermer"ə verilir


Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən Aqrar Kredit İnkişaf Agentliyi (AKİA) sifarişçi olduğu daha bir satınalmaya yekun vurub.

Qurumun əvvəlki satınalmalarının əksəriyyətində olduğu kimi, bu satınalmanın qalibi elan edilən şirkətin nazirliyə yaxın şəxs olduğu deyilir.

Arqument.az xəbər verir ki, AKİA-nın "mətbuatda elan, bildiriş və reklamların verilməsi, reklam məqsədli təbliğat-təşviqat xarakterli video və audio materialların hazırlanması və yayılması, məlumatlandırıcı videoçarxların çəkilməsi işlərinin satın alınması" lotu üzrə sifarişçi olduğu satınalmanın məbləği 33.800 manat, qalibi isə "Jugaad" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

AKİA-da daha bir müəmma: - media ilə bağlı satınalma "fermer"ə verilir
AKİA-da daha bir müəmma: - media ilə bağlı satınalma "fermer"ə verilir


10 manat nizamnamə kapitalı olan "Jugaad" MMC 2018-ci ildə təsis edilib. Şirkətin qanuni təmsilçisi İlyasov Pərviz Əfqan oğludur.

"Jugaad" haqqında məlumatlara gəlincə, şirkətin rəqəmsal marketinq agentliyi kimi fəaliyyət göstərdiyi bildirilir. Şirkətin rəsmi saytında bu barədə yazılır: ""Jugaad" şirkətinin yaradıcısı kimi, Pərviz Azərelli artıq 10 ildir ki, rəqəmsal marketinq, marketinq strategiyaları, liderşip, satış konsultasiyaları və menecment təcrübəsinə malikdir".

Pərviz İlyasov həm də Azərbaycan Fermerlər Assosasiyasının sədridir. O, 2018-ci ildən Azərbaycan Fermerlər Assosasiyasını təsis edib.

2019-cu ildə mediaya açıqlamasında isə bildirib ki, Kənd Təsərrüfatı Nazirliyindən dəstək və qayğı görürük. (http://hafta.az/hal-hazirda-biz-dovletden-destek-ve-qaygi-goruruk-perviz-Ilyasov-1749-xeber.html)

AKİA-da daha bir müəmma: - media ilə bağlı satınalma "fermer"ə verilir


Buradan belə anlaşılır ki, AKİA-nın sifarişçi olduğu sözügedən satınalma Pərviz İlyasovun KTN-lə ilk işbirliyi deyil. Bundan başqa, Pərviz İlyasov sədri olduğu Azərbaycan Fermerlər Assosiasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Kənd Təsərrüfatı Nazirliyi ilə birgə keçirdiyi qrant müsabiqəsinin qalibi olub.


AKİA-da daha bir müəmma: - media ilə bağlı satınalma "fermer"ə verilir


"Fermerlərin Yeni Subsidiya Qaydaları Haqqında Maarifləndirilməsi" layihəsi üzrə Pərviz İlyasovun təşkilatına 7900 manat ödənilib.

Ötən il AKİA sifarişçi olduğu 1.278.977 manatlıq tenderi Agentliyin tabeliyində fəaliyyət göstərən AMAL-ın (Aqrar Məşğulluğun Artırılması Layihəsi) rəhbəri Nəbiyev Elvin Bahəddin oğlunun şirkətinə verməsi ilə gündəmə gəlmişdi. Lakin nə Kənd Təsərrüfatı Nazirliyi, nə də AKİA bu satınalma və tenderlərlə bağlı sorğularımızı ətraflı cavablandırmadı.

AKİA-da daha bir müəmma: - media ilə bağlı satınalma "fermer"ə verilir


Bununla yanaşı, AKİA-nın rəhbəri Mirzə Əliyevin qurumun sifarişçi olduğu satınalmaları məmurlara məxsus olan, rəhbərlərinin yüksək vəzifəli məmurlarla xüsusi münasibətləri olan şirkətlərə verməsi ciddi suallar doğrusa da, indiyə qədər qurum bununla bağlı cəmiyyətə əsaslı bir açıqlama verə bilməyib.

Mənbə: Arqument.az

Qarşı tərəf mövqe bildirə bilər.
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Dünən, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Dünən, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Dünən, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Dünən, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
22-04-2024, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
22-04-2024, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
22-04-2024, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
22-04-2024, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
22-04-2024, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO