“Oyal”da “Kölgə iqtisadiyyatı” və korrupsiya... - İTTİHAM
Sosial
Oxunub: 394
11 iy 2020 | 20:42
“Oyal”da “Kölgə iqtisadiyyatı” və korrupsiya... - İTTİHAM


Məktəb və ofis ləvazimatlarının istehsalı və satışı ilə məşğul olan “Oyal” şirkətində baş verən vergidən yayınma halları və pandemiya dövründə qanunsuz işdən çıxarmalarla bağlı Sozcu.az saytına şikayət daxil olub.

Şikayət edən şəxslər bildirirlər ki, “OYAL”-da çalışan insanlara verilən “yemək pulu” və əmək haqları iki mərhələli şəkildə – karta köçürmə və “paket maaş” şəklində ödənilir. “Yemək pullu” və maşların cüzi bir hissəsi maaş kartlarına köçürülsə də, qalan böyük məbləğ isə qeyri leqal maaş sistemi olan “paket” şəklində əldən-ələ verilir.

Şikayətçi daha sonra bildirir ki, onlar sabah təqaüdə çıxanda “paket maaş”ın miqdarı ilə yox, məhz aylıq aldıqları 150-200 manatla çıxacaqlar. Digər tərəfdən sözügedən qeyri-leqal maaş sistemi büdcəyə daxil olmaların qarşısını alır. Əgər milyonlarla vəsait “paket” maaş şəklində verilirsə, deməli həmin miqdarda vəsait də dövlət fondlarından yayındırılır. Bu korrupsiya halı şirkətdə işləyən insanları narahat etsə də, işlərini itirmək qorxusundan şirkət rəhbərindən qanuni iş tələb edə bilmirlər

Şirkətdə normal idarəçilik sistemi yoxdur. Çox vaxt işçiləri işlərində baş verən nöqsanlara görə yox, şirkətin vəzifəli şəxslərinin “gözünə yaxşı görünmədikləri” üçün işdən çıxarırlar. Şirkətdə cüzi də olsa haqqını tələb etmək işini itirmək deməkdir.

Şikayətçi bildirir ki, şirkətdə işə götürülən insanlara əvvəlcədən işə qəbul və öz ərizəsi ilə işdən azad edilməsi ilə bağlı tarix qoyulmayan sənədə qol çəkdirirlər. Bunun nəticəsidir ki, qanunsuz olaraq işdən çıxardıqları insanları “öz ərizəsi ilə işdən çıxdı” kimi qeyd edirlər.

Şikayətçi daha sonra bildirir ki, Prezident İlham Əliyevin pandemiya dövründə şirkətlərdə və müəssisələrdə, dövlət qurumlarında işdən çıxarmaları dayandırmaqla bağlı verdiyi tapşırıqlar “Oyal” -da nəzərə alınmır. Prezidentin tapşırığına baxmayaraq, pandemiya dövründə 10-larla insan qanunsuz şəkildə işdən çıxarılıbdır.

Redaksiyadan: Məsələnin maraqlı tərəfi budur ki, aylıq həcmi milyon dollarla ölçülən “paket maaş” hansı pullar hesabına ödənilir? Görünən odur ki, Azərbaycanın rəsmi iqtisadiyyatından başqa böyük “kölgə iqtisadiyyatı” da var. Bütün dünyada mənbəyi məlum olmayan bu tip pul dövriyyələri ilə mübarizə aparılır. Adətən, bu pullar iqtisadi cinayətlər nəticəsində əldə olunur və rəsmiləşmir”. Dəfələrlə yüksək çinli məmurların Azərbaycanda qeyri-leqal olan “paket maaş” sisteminin ləğv edldiyi bildirilsə də, görünür “kölgə iqtisadiyyatı” hələ də özünün gücünü qorumaqda davam edir.

P.S. Məsələ ilə bağlı “Oyal” şirkətinin rəsmi e-mail ünvanına sorğu ilə müraciət etsək də, sorğumuza cavab verilmədi.
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!