"Azərbaycan azacıq bizim səhvimizi təkrarladı" - Rusiyalı baş infeksionist
Sosial
Oxunub: 394
11 iy 2020 | 16:00
"Azərbaycan azacıq bizim səhvimizi təkrarladı" - Rusiyalı baş infeksionist


Azərbaycan koronavirusla mübarizədə metodiki-təlim yardımı və respublikadakı situasiyanın dəyərləndirilməsi üçün Rusiya Federal Tibbi-Bioloji Agentliyinə (FTBA) müraciət edib. Həkimlərimizlə öz təcrübələrini bölüşmək üçün FTBA-nın baş infeksionisti, Piroqov adına Rusiya Milli Tibbi Tədqiqat Universitetinin (RMTTU) infeksion xəstəliklər və epidemiologiya kafedrasının müdiri, professor, tibb elmləri doktoru Vladimir Nikiforovun başçılığı ilə rusiyalı mütəxəssislər ölkəmizə təşrif buyurublar.

Sputnik Azərbaycan-a müsahibəsində baş infeksionist bir sıra pandemiya xəstəxanalarında müşahidə etdiyi vəziyyətlə bölüşüb.

- Bizdə pandemiya xeyli əvvəl başladı və ona görə də təcrübəmiz daha çox oldu. Ümumiyyətlə isə demək olar ki, heç kimin təcrübəsi yoxdur. Sadəcə, bizdə o, bir qədər çoxdur – zamana, xəstələrə görə, çünki ölkəmiz özü də böyükdür. Hər şey isə sıfırdan başladı, üstəlik, xatirinizdədirsə, Çindən, ona görə də hər kəs üçün xəstəlik tamamilə yenidir. Heç kim indiyədək onu necə müalicə edəcəyini bilmir. Ancaq müalicənin bir neçə mümkün variantlarından açıq-aşkar səhv olanları istisna edilirdi. Son nəticədə biz əsas xəstə kontingentinin həyatını qurtarmaq üçün daha adekvat tədbirləri müəyyənləşdirə bildik. Biz bu xəstəliklə daha effektiv mübarizə aparmaq üçün tədbirlər kompleksi işləyib-hazırladıq.

Demək olmaz ki, biz ona qalib gəldik, amma istənilən halda, korononavirusdan artıq qorxmuruq və ondan nə gözləyəcəyimizi bilirik. Sizin həkimlərinizə gəldikdə isə onlar da heç nə ilə geridə qalmırlar, sadəcə, təcrübələri bir qədər azdır, sizin xəstələriniz də bir qədər az, həkimlərinizin vaxtı dar idi. Onların da maraqlı tədbirləri ortaya çıxıb.

Ümumi istiqamət düz götürülüb, biz öz azərbaycanlı həmkarlarımıza azacıq düzəlişlər verdik. Ümumilikdə isə epidemioloji proses adi qaydada gedir. Absolyut karantin yaratmaq mümkün deyil. Siz heç kimi evə tıxayıb qapılarını da lehimləyə bilməzsiniz – daha pis olacaq. Amma tamamilə buraxmaq da olmaz. Dərhal xəstəxanalarınıza axın artacaq, ölüm halları, özü də əsassız, çoxalacaq. Sizin səhiyyə sisteminiz boğulacaq. Ona görə də belə yumşaq variantı seçirik. Bu hətta heç karantin də deyil, belə desək, məhdudlaşdırıcı tədbirlərdir.
Yəni evdən bayıra süd və çörək almaq üçün çıxmaq olar. Bizdəki tədbirlər sizdəkindən də yumşaq idi. Bizdə metro işləyirdi. Məhdudlaşdırıcı tədbirlər xəstəliyin kütləvi yayılmasına, yəni birdən-birə minlərlə adamın yoluxmağına imklan vermir. İnsanlar onsuz da tədricən xəstələnəcəklər və müalicə müəssisələri də sakit rejimdə çalışacaq. Onsuz da xəstəxanalara pasiyentlər qəbul olunacaqkar və proses də uzanacaq.

- Siz yerli xəstələri müşahidə etmisiniz. Rusiyadakı və Azərbaycandakı xəstələr arasında hansısa kliniki fərqlər varmı?

- Yox-yox, Azərbaycanda və Rusiyada bu xəstəlikdə heç bir fərq yxdur. Hər şey tam eynidir – Çində də, Azərbaycanda da, İsraildə də, Rusiyada da. İnanın mənə. Eyni virusdur. Ola bilər ki, hansısa milli fərq olsun, amma biz belə bir şey görməmişik. Düzdür, virus mutasiyaya uğrayır, amma çox cüzi. Azərbaycanlıda da, moskvalıda da xəstəlik tamamilə eynidir.

- Rusiya Səhiyyə Nazirliyi “Avifavir” dərmanını təsdiq etdi, onu bizim ölkəyə də tövsiyə edirsinizmi? Məlumdur ki, hələ ki Azərbaycan onun alınması üçün müraciət etməyib.

- Mən bilirəm ki, sizdə, burada həmin dərman necəsə peyda olub. Yəni onun qutularını da Azərbaycanda görən olub. Ancaq adi vaxtlardakı kimi situasiya indi olmayacaq. Burada sadə yolla irəliləmək lazımdır. Yəqin ki, sizin rəhbərlik də məhz belə hərəkət edir.

- Siz Azərbaycanda istifadə olunan preparatları daha güclüləri ilə dəyişdirdinizmi?

- Biz dar peşəyönümlü bəzi məsələləri sadəcə korrektə etdik. Onlar prinsipial deyildi. Yəni elə bir dərman yoxdur ki, siz ondan istifadə edəsiniz, Rusiyada isə onu qəbul etməsinlər – ümumi yanaşmalar var. Bax, məsələn, bütün dünyada bir qrup preparatdan imtina etdilər, siz də eyni şeyi təkrar etdiniz.

- Son zamanlarda pasiyentləri xəstəliyin ağırlıq dərəcəsinə görə qruplara bölməyə başladılar, yəni əvvəllər yoluxanların hamısını xəstəxanaya yatırırdılarsa, indi elə deyil. Bu yeni təcrübəyə dair münasibətinizi bilmək istərdik.

- Siz, sadəcə, azacıq bizim səhvimizi təkrarladınız. Rusiyada da əvvəlcə ucdantutma hamını xəstəxanaya yerləşdirirdilər. Sonra anladılar ki, xəstəxanalar dolub-daşacaq. Xəstələrin səksən faizi koronavirusu yüngül keçirir. Yəni xəstəxanaya ağır xəstə gələndə görəcək ki, müalicə yatağında xəstəliyi yüngül keçirən insan uzanıb, hansının ki, sadəcə yaxması müsbət nəticə verib və terapiyaya elə də ehtiyacı yoxdur. Ona görə də biz Rusiyada pnevmoniyası olmayan xəstələri evdə saxlayırıq. Yəniz bizdə yoluxanların əksəriyyəti evdə ambulator nəzarət altında qalır və xəstəxana çarpayısını tutmur. Siz də bu nəticəyə gəldiniz.

- Siz pandemiya xəstəxanalarımızda oldunuz. Necə fikirləşirsiniz, ağciyərləri süni havalandırma cihazları Azərbaycanda kifayət qədərdirmi?

- Kifayət qədərdir, özü də ən müasirlərindəndir. Azərbaycan onları vaxt itirmədən aldı. Sizə düzünü deyim: Moskvanın bəzi xəstəxanaları daha pis təchiz olunub. Əhali həmişə düşünür ki, onun üçün kifayət qədər işlər görülmür, nəsə gizlədilir. Bizdə də deyirdilər ki, Moskvada insanlar kütləvi surətdə qırılırlar, guya meyitləri zirzəmidə gizlədirlər. Amma belə bir şey yox idi. Biz də əhalinin bu narazılıqlarını, şayiələri görüb-eşitmişik.

Biz sizin xəstəxanalarınızda olmuşuq, orada boş reanimasiya çarpayıları var, yəni xəstəxanalar “tıxanmayıb”. Heç kim dəhlizlərdə uzanmayıb, heç kimi yer olmadığından qeydiyyat şöbəsindən geri qaytarmırlar. İş adi rejimdə, sakit davam edir. İndi kifayət qədər çox xəstə gələr, amma xüsusiləşdirilmiş xəstəxanalar tamamilə COVID-19 xəstələri üçün işləyir. Biz tibbi administrasiyanın adekvat reaksiyasını görürük. Mən şəraiti müsbət qiymətləndirirəm.

- Siz bəzi xəstələri də ziyarət etmisiniz. Onların arasında “Parni iz Baku” ŞHK komandasının üzvü Bəhram Bağırzadə də vardımı?

- Biz onu bu gün gördük. Belə deyək, xəstə insan haqda nə qədər yaxşı demək olarsa, bir elə gözəl vəziyyətdə idi. Onunla danışdıq, tamamilə adekvat idi. Perspektivdə onun həyatı üçün heç bir təhlükə görmürəm. Onu ağciyərləri süni havalandırma sistemindən ayırıblar.

- Koronavirus nəticəsində ağciyərlərinin 90%-i zədələnmiş insan sağ qala bilərmi?

- Bilirsiniz, nə qədər maraqlı olsa da, bəli. İnsan nəhəng rezervlərə malikdir. Zədələnmə nə deməkdir? Bunu araşdırmaq lazımdır. Biri var, kompüterin çıxardığı şəkil. Bir də var, insanın daxilində gedən proses. Elə olub ki, 90%-li zədələnməsi olanları da o dünyadan qaytarmışıq. Əlbəttə, bu, pisdir, qarşısıalınmaz dəyişikliklər ola bilər. Ancaq 80-90% KT4 – artıq ölüm hökmüdür, heç müalicə etməyək, elə dərhal basdıraq demək olmaz. Təbii ki, müalicə baxımından bu, çox böyük problemdir, belə xəstələrin, təəsüf ki, ölüm şansı yüksəkdir. Ancaq hətta ən ağır xəstələri, ən ağır variantları olanlari da uğurla süni nəfəs aparatlarından ayırırlar. Amerikalılarda bu göstərici 12% təşkil edir. Sizdə isə həmin göstərici xeyli çoxdur – reanimasiya 50% sağqalma nümayiş etdirir. Xəstənin həyatı uğrunda sonadək mübarizə aparmaq lazımdır və heç vaxt ondan əlini üzmək olmaz.

- Necə bilirsiniz, 10 milyonluq əhali üçün 22 min xəstə çoxdur, yoxsa az?

- Mən statistik deyiləm, müalicə professoruyam. İşim müalicə etməkdir. Niyə bizdə, Rusiyada ölüm sayı belə azdır? Biz xeyli insanı test etdik, test olunanların 80%-i isə xəstəliyi əlamətsiz keçirənlərdir. Başqa ölkələrdə ancaq ağır xəstələri test edirlər, nəticədə də ölüm səviyyəsi yüksək alınır. Bilavasitə xəstəxanalarda nə qədər insanın öldüyünə diqqət yetirmək lazımdır, ancaq o zaman siz terapiyanın effektivliyindən danışa bilərsiniz.

- Azərbaycanlı həkimlər rusiyalı həmkarlarından nəyi əxz eləsələr, yaxşı olardı?

- Heç bir qəti fərq yoxdur ki, biz mübahisə edək, deyək ki, azərbaycanlılar düzgün müalicə etmirlər, belə bir şey yoxdur, olmayıb. Sadəcə biz müalicəni daha əvvəl başlamağı məsləhət gördük. Azərbaycanlı həkimlər bir qədər gözləmə mövqeyində idilər, bizdə, Rusiyada isə metodika daha aqressivdir, yəni biz aqressiv terapiyanı daha erkən başlayırıq. Biz anladıq ki, ciddi terapiyanı erkən başlamaq daha yaxşıdır ki, sonra vaxt itirməyək. Köhnə həkimlər deyirdilər ki, “Asan xəstəlik hələ çətinə dönməmişkən onun müalicəsinə başla”.

- Vaksin barədə nə deyə bilərsiniz?

- Bilirsiniz, spesifik və qeyri-spesifik profilaktika mövcuddur. Hazırda vaksin yoxdur. Rusiyada, səhv etmirəmsə, 17, yaxud 20 vaksin növü hazırlanır. Dünyada bunun sayı yüzdən çoxdur. Bizdə bir vaksin, demək olar ki, son mərhələ sınağından keçirilir. Ancaq istənilən halda bu, “nübar”dır. Yaxşı vaksin uzunmüddətli nəticə naminə çox ciddi və dəqiq yoxlanılmalıdır. O özü sizi öldürməməlidir, sizin üçün güclü immunitet yaratmalıdır. Məsələn, vaksin gələcək nəsildə hansısa nəticələrə səbəb ola bilər. Kliniki araşdırmaların vaxtını azaltmaq olmaz. Vaksinin boğaz heyvanlara hansı təsir göstərəcəyini yoxlamaq lazımdır, yəni görəsən ki, vaksin işləyirmi və doğulan nəsildə eybəcərlik, hansısa digər sapma varmı. İnsanda hamiləlik doqquz ay çəkir. COVID-19 isə cəmi bir neçə aydır ortaya çıxıb, heç 9 ayı olmayıb. Koronavirus daha öldürücü xassəyə malik çiçək xəstəliyi deyil. Ona görə də yoxlanmamış preparatla risk etməyə dəyməz. Mən qızılca, çiçək, difteriya kimi peyvəndlərin qatı tərəfdarıyam – onlar hamısı yoxlanmış, etibarlıdır. Vaksina, yəqin ki, peyda olacaq, amma tələsmək olmaz, hər şeyi yaxşıca götür-qoy etmək lazımdır. Bu, ölümcül xəstəlik deyil, ölüm səviyyəsi 1%-dən azdır. Amma nəhayətdə hamımız yoluxacağıq, kollektiv immunitet qazanacağıq, xəstəlik də itib gedəcək.
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan