Təhsil Nazirliyi gündəliklərlə bağlı açıqlama verdi
Sosial
Oxunub: 1 273
4 okt 2015 | 06:51
Təhsil Nazirliyi gündəliklərlə bağlı açıqlama verdi












Azərbaycan Təhsil Nazirliyi bəzi valideynlərin orta məktəblərdə müəllimlərin şagirdləri fərqli gündəliklərdən istifadəyə məcbur etməsi ilə bağlı narazılıqlarına cavab verib

Nazirliyin Tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev bildirib ki, məktəblərdə iki cür, yəni I-IX və X-XI və ya I-IV və V-XI siniflər üçün nəzərdə tutulmuş gündəliklər istifadə edilir.

Bu gündəliklərin bir-birindən ciddi şəkildə fərqlənmədiyini deyən nazirlik rəsmisi bildirib ki, yuxarı siniflərdə fənlərin sayı aşağı siniflərə nisbətən çoxdur. Bu da yuxarı siniflərin gündəliklərində nəzərə alınıb: “Gündəliklər vahid formada çap edilir. Gündəliklərdə fərq ola bilməz. Onlar eyni olur, burada cədvəllər yerləşdirilir, həftənin günləri, ayların tarixləri qeyd edilir. Yəni müvafiq bir formadır. Sovet dövründə də bu belə olub, indi də belədir. Ancaq indiki gündəliklərdə üstün cəhət odur ki, uşaqların onu xatırlaması üçün onlarda bəzi tarixi məlumatlar da yerləşdirilib”.

Gündəliklərə Təhsil Nazirliyi tərəfindən nəzarət olunmadığını deyən Ə.Quliyev əlavə edib ki, bu vəsaitlər özəl nəşriyyatlar tərəfindən nəşr edilir: “Kim də hansı gündəliyi istəyirsə, onu alıb istifadə edə bilər. Yəni bu, məcburi deyil. Nazirlik onun nə satışına, nə də yayılmasına müdaxilə edir”.

Qeyd edək ki, müraciət edən valideynlərin sözlərinə görə, onlar ibtidai sinif şagirdi olan övladlarına böyük siniflər üçün nəzərdə tutulmuş gündəliklər alıblar. Amma müəllimlər şagirdləri həmin gündəliklərdən istifadə etməyə icazə vermirlər və bildirirlər ki, onlar yalnız ibtidai sinif şagirdləri üçün nəzərdə tutulmuş gündəliklərdən istifadə etməlidirlər. Lakin gündəliklərin içində ciddi fərq olmadığından müəllimlərin bu tələbi valideynləri narazı salır.
Bu gün, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Bu gün, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Bu gün, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Bu gün, 14:34
Akademik Zərifə Əliyeva
Bu gün, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Bu gün, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Bu gün, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR