245 saylı məktəbin direktoru şagirlərə həyət süpürtdürürmüş - VİDEO
Sosial / Video
Oxunub: 656
10 avq 2020 | 23:39
245 saylı məktəbin direktoru şagirlərə həyət süpürtdürürmüş - VİDEO


Amerikalı mütəfəkkir Horas Mann deyirdi ki: “Tələbələrinə elm arzusu aşılamayan bir müəllim, soyuq dəmiri döyən dəmirçi kimidir.” Müəllimlik həm də Peyğəmbər sənətidir. Çünki hər iki halda təlqin var. Elmin, ürfanın, əxlaqın təlqini. Təsadüfi deyil ki, mərhum prezident Heydər Əliyev deyirdi ki: “Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır.” Təəssüflər olsun ki, ölkədəki bəzi təhsil müəssisələrində mərhum prezidentin təbirincə desək dəyərli vətəndaş hazırlamaq əvəzinə, insan şəxsiyyətinə mənfi təsir göstərən hərəkətlərə yol verilir.

Diqqətli oxucularımızın nəzərinə çatdıraq ki, bir neçə gün əvvəl paytaxtın Xətai rayonunda fəaliyyət göstərən 245№-li məktəbin direktoru Arzu Azadəliyevanın növbəti təhsil ilində övladları 10-cu sinifə hazırlaşan valideynlər üçün gözlənilmədən süni problem yaratması ilə bağlı məlumat dərc etmişdik. Xatırladaq ki, direktor 9-cu sinifi bitirmiş şagirdlərin kütləvi şəkildə məktəbdən çıxarılması ilə bağlı valideynlərə xəbərdarlıqlar edib. Onu da qeyd edək ki. məhz bu məsələ ilə bağlı redaksiyada kifayət qədər təkzibolunmaz faktlar var. Arzu Azadəliyeva atdığı addımı məktəbdə profil siniflərin yaradılması ilə əsaslanıdırır. Lakin unudur ki, çoxsaylı şagirdlərin yeniyetməlik dövründə taleyin ümidinə buraxılması isə dövlətə yaradılan ən böyük problemdir.

Biz Conflict.az olaraq ötən saylarımızın birində dərc etdiyimiz məlumatda qeyd etmişdik ki, valideynlərə süni problem yaradan məktəb direktorunun əməllərinə hüquqi qiymətin verilməsi üçün mütləq təhsil müəsisəsinə nazirlik tərəfindən rəsmi nümayəndə göndərilməlidir. Və həmin nümayəndə valideynləri məktəbə dəvət etməli, onlarla bu istiqamətdə söhbətlər aparılmalıdır. Görəsən aylardır ki, pandemiya səbəbindən övladının həyatda qalması üçün mücadilə aparan valideyinə yeni bir problem lazımdırmı? Əsla yox. Digər tərəfdən hətta şagird yekunda 2-3 qiymətlər alıbsa belə bu da səbəbsiz deyil. Çünki şagirdlər ötən tədris ilinin təxminən yarısını məktəbdən kənarda qaldılar. “Mənim öz prinsiplərim var” - deyən xanım direktor Aleksandr Puşkinin “Balıqçı və balıq nağılı ” əsərindəki personajlardan birini xatırladaraq, hələ də hökm etməkdə davam edir.
Bir neçə gün əvvəl Conflict.az-ın redaksiyasına göndərilən videogörüntüdən aydın olur ki, 245№-li məktəbin direktoru Arzu Azadəliyevanın yeni bir “prinsipidə” varmış. Belə ki, məktəb direktoru elm öyrənmək üçün təhsil ocağına gələn şagirdlərə sən demə həyətidə süpürtdürürmüş.

Bu gün məhz 245№-li məktəbin direktoru Arzu Azadəliyeva tərəfindən çarəsiz vəziyyətə salınan valideyn axı haradan biləydi ki, övladını məktəbə yalnız elm öyrənməyə deyil, həm də həyət süpürmək üçün göndərirmiş. “Yekunda 2-3 alan şagirdlər bu məktəbdə qala bilməz” - deyə iddia edən direktordan yəqin ki, Təhsil naziri Emin Əmrullayev və Bakı şəhər üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev soruşacaq: “Elm öyrənmək üçün məktəbə gələn şagird dərs saatlarında həyət süpürürsə, sizcə o neçə almalıdır?” Və yenə də xatırladaq. Mərhum prezident Heydər Əliyev deyirdi ki: “Təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Hər bir insan gərək, eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun. Dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun.”

Biz redaksiya olaraq Təhsil naziri Emin Əmrullayevə və Bakı şəhər üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevə saytımız vasitəsilə sual ünvanlayırıq: Feodal ənənələri ilə idarə edilən bir təhsil müəssisəsində dövlətinə, millətinə, xalqına, ənənələrinə sadiq vətəndaş hazırlana bilərmi?
Axı hələ yeniyetmə ikən həmin gəncin qüruru zədələnib.
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.245 saylı məktəbin direktoru şagirlərə həyət süpürtdürürmüş - VİDEO
Bu gün, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Bu gün, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Bu gün, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Bu gün, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Bu gün, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Bu gün, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Bu gün, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Bu gün, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Bu gün, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Bu gün, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Bu gün, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Bu gün, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Bu gün, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Bu gün, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Bu gün, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Bu gün, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Bu gün, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Bu gün, 09:22
Çin lideri Makronu belə alçaldıb
Bu gün, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Bu gün, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Bu gün, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Bu gün, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Bu gün, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh