ŞOK İDDİA! Texnologiya Universitetinin rektorunun gənc qız masajistləri…
Sosial
Oxunub: 1 214
8 okt 2015 | 05:39
ŞOK İDDİA! Texnologiya Universitetinin rektorunun gənc qız masajistləri…

















“Səhhətində problem olan rektorun neçə gənc qız beyin masajisti var, onlar kimlərdir və xidmətləri qaşılığında nə qədər, hansı adla pul alırlar…?”

Azərbaycan Texnologiya Universitetinə 2 il bundan əvvəl rektor təyin olunanda çoxları elə bildi ki, tarixən ziddiyyətlər və müxalifət məkanlı bu təhsil müəssisəsində köklü dəyişiklik olacaq. Ən azından narahat və tələbənin qənimi olan müəllimlər ordan uzaqlaşdırılacaq, universitetdə sağlam mühit formalaşacaq. Gəncədən adının çəkilməsini istəməyən mötəbər mənbədən aldığı məlumata görə çox təəssüf ki, təyin edilən rektor Akif Süleymanov ya bunu edə bilməyib, ya da etmək fikrinə düşməyib.
Təbii ki, hər iki hal birbaşa idarəetmədə səriştəsizlikdən xəbər verir. 1992-ci ildən universitetdə kök salan müxalifət indi də tədrisdə at oynadır, istədiyi formada öz ideyalarını çəkinmədən təbiğ edir. Təkcə Surət Hüseynovun qiyamı zamanı tam gücü ilə Heydər Əliyevə qarşı yönələn Namiq Əsgərovun hələ universitetdə aparıcı vəzifə daşıması-kafedra müdirliyində qalması deyilənin konkret təsdiqidir. Bu tendensiya seçkiqabağı daha təhlükəli vəziyyətdən xəbər verir.
Namiq Əsgərov 1993-94-cü illərdə rektor, 2013-cü ilə kimi Standartlaşdırma və Texnoloji Maşınlar fakültəsinin dekanı və hazırda isə kafedra müdiri kimi fəaliyyətdədir və Akif Süleymanovun sağ əlidir. Çünki bu adam almağı, verməyi, siyasi alveri çox gözəl bilir, bildiklərini də rektora səxavətlə öyrədir.
Akif Süleymanovun məsləhətçisi Rəfael Maçanov isə rektorun həmkənlisidir və özünün məsləhətə ehtiyacı olduğu halda məsləhətçi vəzifəsini tutub və yaşı 75-i haqlayıb. Bu gün Akif Süleymanovun rəhbərlik etdiyi universitetdə baş verən maliyyə pozuntuları haqqında onsuz da çox deyilib, rəsmi məlumatlar açıqlanıb. Bütün bunlardan sonra rektorun yenidən vəzifədə qalması və yalnız ondan aşığıların cəzalandırılması sadəcə bu şəxsin kifayət qədər güclü müdafiəyə malik olduğunu deyir. Olsun. Amma bəla burasındadır yenə yaxşılığa doğru heç nə dəyişmir və dəyişənə də oxşamır.
Ağrılı məsələrdən biri də bu universitetdə gəncləşmə siyasətinin aparılmamasıdır. Yeniliklərdən tam uzaq olan bu tədris müəssisəsi hələ də saralan dəftərlərdən mühazirə oxuyan müəllimlərin ümidinə qalıb. Bu isə olduqca təhlükəlidir. Müəllim heyəti gəncləşmir, tələbə saralmış dəftərlərdəki mühazirələrlə qane olmur və nəticədə bir-birini anlamayan tələb-müəllim arasında bazar söhbətləri yaranır.
Bu hələ son deyil və Gəncə müxbirimizin əldə etdiklərinin bir qismidir. Növbəti dəfə oxuyub biləcəksiniz səhhətində həddən artıq problemi olan rektorun neçə gənc qız beyin masajisti var, onlar kimlərdir və xidmətləri qaşılığında nə qədər, hansı adla pul alırlar…
Qeyd edək ki, xeyli vaxtdır universitetin rektorunun əlimizdə olan telefon nömrələrinə zəng edərək bizə daxil olan informasiyalarla bağlı mövqeyini öyrənməyə çalışsaq da təşəbbüslərimiz nəticə verməyib. Amma biz universitet rəhbərliyinin və şəxsən hörmətli Akif Süleymanovun fikirlərini saytda işıqlandırmağa hazırıq.(moderator.az)
Bu gün, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Bu gün, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Bu gün, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO