Fond sədri qaçqınların pulunu yeyir
Sosial
Oxunub: 997
9 okt 2015 | 06:34
Fond sədri qaçqınların pulunu yeyir






Fərhad Təhməzov özü məmur olduğu üçün mənimsədiyi milyonları qardaşlarının vasitəsilə özəl sahəyə yönəldir

Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun yeni rəhbəri öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün Fonda ayrılan dövlət vəsaitlərinin böyük bir qismini mənimsəyirlər.

Bu barədə AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun sədri Fərhad Təhməzov qardaşlarını başına yığaraq dövlətin qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün yaratdığı fondu özünün «ailə şirkətinə» çevirib.

Qeyd edək ki, daha əvvəllər Məcburi Köçkünlərin Sosial İnkişafı Fonduna millt vəkili Ayaz Orucov rəhbərlik edirdi. Ayaz Orucovun vəzifədən alınmasının səbəbi rəsmi olaraq açıqlanmasa da, millət vəkilinin məhz Fondda yaratdığı korrupsiya mühitinə görə vəzifədən alındığı heç kimə sirr deyil. Bəzi iddialara görə isə Ayaz Orucov Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun qəzəbinə tuş olub. Ayaz Orucovun yerinə təyinat alan Fərhad Təhməzovun Əli Həsənova yaxın şəxs olması da bu iddiaları daha da gücləndirir.

Fərhad Təhməzov fonda təyin olunarkən hər şeydən əvvəl fondun fəaliyyətindəki korrupsiyanın azalması gözlənilsə də, gözləntilər özünü doğrultmadı. Belə ki, elə ilk günlərdən “Qaçqınkom”un şöbə müdiri, Əli Həsənovun qohumu olan Elman İsmayılıovla əlbir olan Fərhad Təhməzov qaçqınlar və məcburi köçkünlər üçün qəsəbələrin tikilməsi üçün ayrılan vəsaitlər üzərində nəzarəti ələ keçirib. Həmin qəsəbələrin tikintisi zamanı isə mal və materialların, həmçinin əmək qüvvəsinin qiymətlərini bir neçə dəfə şişirtməklə külli miqdarda korrupsiyaya yol verdiyi qeyd olunur. Qeyd edək ki, qəsəbələrin tikilməsi üçünsə vəsaiti Dövlət Neft Fondu verir. Ümumiyytlə isə Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun əsas fəliyyətini Dövlət Neft Fondu maliyyələşdirir.

Tikilən binalara ayrılan vəsaitin demək olar ki, yarıdan çoxu mənimsənilir. Fərhad Təhməzov özü məmur olduğu üçün mənimsədiyi milyonları qardaşlarının vasitəsilə özəl sahəyə yönəldir. Belə demək mükünsə, Fərhad Təhməzov “çirkli pulları” qardaşları vasitəsilə “yuyur”.

Mənbə bildirir ki, Fərhad Təhməzovun qardaşlarından biri Ataş Təhməzov tikinti sahəsində, digər qardaş Qoşqar Təhməzov isə səhiyyə sahəsində kommersiya fəaliyyəti ilə məşğul olurlar. Neft Fondundan ayrılan pulların böyük əksəriyyəti də məhz Fərhad Təhməzovun qardaşlarının kommersiya qurumlarına yönləndirilir. Yəni Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu öz xərcləmələrini bir qayda olaraq Ataş və Qoşqar Təhməzovun kommersiya qurumları vasitəsi ilə həyata keçirirlər. Amma bu xərclərin daha qaranlıq tərəfi də var. Çünki mənimsənilən vəsaitlərin bir hissəsi ofşor zonalarına yönləndirilir və ordan da həmin vəsait xarici banklarda, xüsusən ərəb banklarında yerləşdirilir.

Həmçinin məlumata əsasən Fərhad Təhməzov “Qaçqınkom”un şöbə müdiri, Əli Həsənovun qohumu olan Elman İsmayılıovla əlbir olaraq Bərdədə də salınmış yeni qəsəbədə evlərin paylanması zamanı mənzillərin bir çoxunu satıb. Belə ki, Elman İsmayılıov və Fərhad Təhməzov 7 mərtəbəli binanın 1-ci və 7-ci mərtəbəsində olan mənzilləri qanunauyğun şəkildə, püşkatma yolu ilə, paylayıblar. Amma 2-ci, 3-cü, 4-cü, 5-ci və 6-cı mərtəbədəki mənzilləri köçkün olmayan şəxslərə satıblar. 2 otaqlı mənzillərin 5000 manata, 3-4 otaqlı mənzillərin isə 7000 manata satıldığı bildirlir.

Məlumatlı mənbəninin sözlərinə görə, alıcıların böyük əksəriyyəti köçkün olmayanlardır və onların da bir qismi orduda qulluq edən zabitlərdir. Həmin binada 50-yə qədər mənzil alan şəxsin isə köçkünlərlə heç bir əlaqəsi orlmadığı qeyd olunur. Həmin mənzillərə isə artıq order verildiyi bildirilir.
Bu gün, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi