15-09-2020, 23:51 Oxunub: 59

Ramiz Mehdiyevin şüşəsindəki "ÇİN KARQO"... - Sahibkarlar ETİRAZ EDİR

Ramiz Mehdiyevin şüşəsindəki "ÇİN KARQO"... - Sahibkarlar ETİRAZ EDİR


Ölkənin gömrük sistemində Ramiz Mehdiyevin dəstəyi ilə uzun illər böyük şəbəkə yarada bilən “Karqo Şamil” yükdaşımaların “kralı” sayılır. Onun sahibi olduğu çoxsaylı şirkətləri uzun illərdir gömrükdən heç bir problem yaradılmadan, daha tez və hətta bəyənnaməsiz keçib və bu gün də keçməkdədir. Gömrük sisteminin uzun illər iflic edilməsi, bütün sahələrin monopoliyada saxlanması prosessi məhz sözügedən şəxslərin, Ramiz Mehdiyev – “Karqo Şamil” və bu komandaya daxil olan digərlərinin (?) nəzarəti altında saxlanılıb.
Bizə daxil olan məlumata görə Azərbaycan Texniki Universiteti Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının müəllimi, “Karqo Şamil” kimi tanınan iş adamı, milyarder Şamil Heydərov yaxın günlərdə həbs ediləcək. İllər boyu qanunsuz işlər görmüş, milyonlarla manatı dövlət büdcəsindən yayındırmış bu adam yalnız Ramiz Mehdiyev sayəsində azadlıqda qala bilmişdi. Bir müddət öncə hüquq-mühafizə orqanları tərəfindən saxlanılsa da, hansı səbəbdənsə azadlığa çıxa bildi. Dost-tanışının yanında isə deyirmiş ki, cəzadan yayınmaq üçün külli miqdarda pul xərcləməli olub.
Karqoda insanların necə aldadıldığını sadə dillə izah edək. Bu yaxınlarda Azərbaycanda bir vətəndaşın karqo firması tərəfindən aldadıldığı mediada işiqlandırılmışdı. Belə ki, Çindən 10 kq çəkiyə malik mal sifariş edən həmin şəxs Bakıda malını təhvil alarkən karqo firması paketin 33 kq olduğunu bildirmişdi. Vətəndaşdan da 33 kq-a görə xidmət haqqı tələb ediblərmiş. Başqa sözlə desək, çatdırılma üçün şəxsin gözlədiyi kimi 150 yox, 520 manat tələb olunub. Sən demə karqo şirkəti mal Bakıya gəldikdən sonra onu ağır çəkili materialla büküb, yenidən paketləyib. Müştərinin paketini icazəsiz açmaq bir, çəkisini artırmaq iki günah.
“Karqo Şamil” sahibkarlara əcaib təkliflər verirdi. Yəni ölkəyə mal gətirən iş adamlarından tələb edirdi ki, öncə onun təklif etdiyi malı alsınlar, bundan sonra həmin həcmdə də xaricdən eyniadlı məhsulu gətirməsinə icazə verəcək. Bu məlumatı redaksiyamıza verən şəxsin sözlərinə görə, yeni qaydalar irili-xırdalı bütün iş adamlarına aid imiş: “Əks təqdirdə, həmin sahibkarın ölkəyə mal gətirməsinə imkan verilmirdi. Tutaq ki, 100 minlik mal gətirəndə, tələb olunan ”haqq”la yanaşı, 10 min manatlıq da Şamilin təklif etdiyi malı almalı idin. “
Ramiz Mehdiyevə arxalanan bu adam bir vaxtlar açıq-aşkar hamıya meydan oxuyurdu. İndi çirkab içində çabalayan bu şəxs onu tənqid edən medianı məhkəmələrdə susdurmaq qərarına gəlib. Tezbazar bir müraciət hazırlayıb, özü kimi siyasi mövqeyi bəlli olmayan saytlarda yayınlayıb. O saytlarda kı, Ramiz Mehdiyev hər gün “tənqid olunur”. Əslində isə görürük ki, “boz kardinal”ın adamlarına havadarlıq etməklə məşğuldur. Burdan “Karqo Şamilə” səslənirik: “Bizi də məhkəməyə verməkdənsə öz elədiyin qanunsuz əməllərə görə məsuliyyət hiss elə… Görəsən Möhtərəm Prezidentin əmisi oğlu İlqar Əliyevlə şərik olduğunu yalandan deyərək bu yolla qanunları pozmağına, vergidən yayınmağına və onun adından sui-istifadənə necə haqq qazandıracaqsan? Sənəd üzərində Azərbaycan Texniki Universiteti Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının sıravi müəllimi ola-ola, hansı yollarla qazandığın pullarla adi müəllimlikdən necə milyonçuya çevrilməyinə nə ad qoyacaqsan? İşə gəlməyə-gəlməyə adın işdə gedib. Sənə pul verməyən sahibkarları təhdid etmək üçün qoçu dəstəsi belə saxlamısan. “Binə” və “Sədərək” Tİcarət Mərkəzlərində bir reportaj hazırlamaq kifayət edər ki, sənin əməllərindən sahibkarların necə narazı olduqlarının bütün cəmiyyət və əlaqədar orqanlar şahidi olsun. Çünki “Karqo Şamil”dən narazı sahibkarlar cana doyduğundan aksiyalara hazırlaşırlar. O arxalandığın media ilk büdrəyişində səni vuracaq. Çünki onların xisləti belədir”.
Onun bu illər ərzində vergidən və digər dövlət orqanlarından nə qədər vəsait gizlədərək mənimsədiyini, tikdirdiyi binalarda sakinləri necə incitdiyini isə əlaqədar orqanlara göndərdiyimiz rəsmi sorğulara cavab aldıqdan sonra daha geniş məqaləni oxucularımıza təqdim edəcəyik. Şamil Heydərovun qanunsuz əməlləri ilə bağlı silsilə yazılarımızı izləyin.
Qarşı tərəfi də dinləməyə hazırıq. //aktualxeber.az//
"Karqo" Şamili Mehdiyevə bağladılar... - Ona görə bu gün meydan sulayır? Sosial Gömrükdə Ramiz Mehdiyev izləri... - Son gömrük güzəştləri ilə bağlı qərar lazım idimi? Gömrükdə Ramiz Mehdiyev izləri... - Son gömrük güzəştləri ilə bağlı qərar lazım idimi? Sosial / Dunya Ramiz Mehdiyev villasını fantastik qiymətə satışa çıxardı Ramiz Mehdiyev villasını fantastik qiymətə satışa çıxardı Bolge “Karqo Şamil” də Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib - O da gömrükdəki krallardandır... “Karqo Şamil” də Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib - O da gömrükdəki krallardandır... Sosial “Karqo Şamil”in obyektlərində əməliyyat - saxlananlar var “Karqo Şamil”in obyektlərində əməliyyat - saxlananlar var Sosial