ABŞ region üçün nə hazırlayır?: Hər şey iyunun 20-də bəlli olacaq - GƏLİŞMƏ
Siyaset
Oxunub: 429
29 apr 2021 | 18:50
ABŞ region üçün nə hazırlayır?: Hər şey iyunun 20-də bəlli olacaq - GƏLİŞMƏ


“Ermənistan və Türkiyə arasındakı barışıq bölgədəki hər kəsə - Ermənistan, Türkiyə, Azərbaycan, Gürcüstan üçün faydalı olacaq”.

ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi “Azadlıq” radiosuna müsahibəsində belə deyib. Diqqəti çəkən məqam ABŞ diplomatının Rusiyanın və İranın adını çəkməməsidir. Xanım Treysi münaqişədən sonra bölgənin yenidən qurulmasında ABŞ-ın maraqlarına uyğun format təkllif edir. Səfir münaqişədən sonra bölgədəki problemlərin aradan qaldırlmasında ATƏT-in Minsk Qrupunun rolunun vacibliyini vurğulamaqla ABŞ-ın bu prosesdə iştirakının vacibliyinə işarə edib.

Görünür, Vaşinqton Rusiyanın və İranın regional layihələrdə təmsil olunmasını istəmir. Yəni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi “3+3” formatından fərqli olaraq, ABŞ bu platformanı “Dördlük” şəklində görmək istəyir. ABŞ-ın özünün də bu prosesdə iştirakda maraqlı olduğunu nəzərə alsaq, Vaşinqtonun “4+1” formatının tərəfdarı olduğunu söyləmək olar. Gürcüstan isə Rusiya ilə əməkdaşlıq etmək istəmədiyini bəyan etdiyindən “Altılıq platforması” “Beşlik” formatına çevrilə bilər.

Ermənistanın özünün Türkiyə və Azərbaycanla əməkdaşlığının yaxın perspektivdə baş tutacağı isə sual altındadır. Çünki Ermənistanın Baş naziri Nikol Paşinyan bu məsələdə radikal müxalifətin ciddi təzyiqləri ilə üzləşir. Xüsusilə də növbədənkənar parlament seçkiləri öncəsi Paşinyanın Türkiyə və Azərbaycanla əməkdaşlıq qurması real görünmür.

Politoloq Elşən Manafov Cebhe.info-ya bildirib ki, Qarabağ münaqişəsindən sonra bölgədə nəqliyyat-kommunikasiya xətlərinin açılması, tranzit imkanlarının bərpası və genişlənməsi ABŞ-ın da maraqlarına uyğundur. Lakin ABŞ bu prosesdə Rusiyanın və İranın iştirakında maraqlı deyil. Regional əməkdaşlıq layihələrinin həyata keçirilməsi isə Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticəsindən asılı olacaq:

“Region ölkələri ikitərəfli və çox tərəfli ticarət imkanlarının bərpası və inkişafı, həmçinin bölgəyə investisiya layihələrinin cəlbi, yeni infrastruktur layihələrinin həyata keçirilməsi baxımından bu əməkdaşlıq geniş əhəmiyyət kəsb edəcək. Ancaq İran və Rusiya Qərbin, xüsusilə ABŞ-ın bu regiondakı maraqlarına ciddi siyasi qısqanclıq nümayiş etdirir. Xəzərin hüquqi statusu ilə bağlı əldə edilmiş razılaşmada da qeyd edilir ki, sahilyanı ölkələr üçüncü dövlətin hərbi qüvvələrin Xəzər dənizində yerləşdirilməsinə yol verməyəcək. Bu da görünür, Rusiyanın və İranın istəyi ilə qəbul edilib. Gürcüstanın mövqeyi 2008-ci ildə Rusiya ilə baş vermiş müharibə ilə bağlıdır. Amma Gürcüstan onu da anlayır ki, Rusiyanın Cənubi Qafqazla bağlı milli təhlükəsizlik maraqlarını nəzərə almadan regiona investisiyalar cəlb etmək, bu sərmayələrin təhlükəsizliyi ilə bağlı məsələləri həll etmək mümkün olmayacaq.

ABŞ isə uzun müddətdir bu region uğrunda mübarizə aparan fərqli tərəfdir. ABŞ Rusiyaya və İrana qarşı duran tərəf kimi çıxış edir. ABŞ çox istərdi ki, bölgədə Rusiyanın və İranın təsir imkanları nəzərəçarpacaq dərəcədə məhdudlaşsın. Amma ABŞ-ın bu siyasət ciddi real nəticələr vermir. Rusiyaya və İrana tətbiq edilən sanksiyalar hələ ki, ABŞ-ın maraqlarını doğrultmur. Eyni zamanda, Rusiya və İran bu regionda daha çox Çinlə əməkdaşlığa üstünlük verir. Çin ABŞ-ın əsas geoiqtisadi rəqibi, Rusiya isə ABŞ-ın əsas geosiaysi və hərbi rəqibidir. Ona görə də Cənubi Qafqazda Çin, Rusiya və İranın maraqlarının üst-üstə düşməsi ABŞ-ın regionla bağlı perspektiv layihələrdən kənarda qoymaq niyyətindən irəli gələ bilər. ABŞ Türkiyənin bölgədə mövqelərinin möhkəmlənməsinə çalışıb. Lakin Baydenin 1915-ci il hadisələrinə görə Osmanlı dövlətini ittiham etməsi Türkiyə-ABŞ münasibətlərində hələlik soyuqluq yaradıb. Əgər ABŞ NATO-nun və Avropa Birliyinin həm Cənubi Qafqazda, həm Mərkəzi Asiyada təsir imkanlarının genişlənməsini istəyirsə, Türkiyənin maraqlarını nəzərə almalıdır. Ancaqq ABŞ bunun əksinə olaraq, PKK-nı maliyyələşdirir. Bu da Türkiyə hakimiyyətinə təhddidir”.

Ekspert bildirib ki, Ermənistanın hazırkı iqtidarı və parlament seçkilərindən sonra hakimiyyətə gələcək siyasi qüvvə sağlam məntiqlə hərəkət edərək bu reallıqları nəzərə alsa, perspektivdə dayanıqlı sülhün bərqərar olmasına nail oluna bilər:

“Nəticədə, regiona yüz milyardlarla dollar investisiya cəlb oluna və nəqliyyat-kommunikasiya xətləri rentabelli vəziyyətə gətirilə bilər”.

Ekspert hesab edir ki, Prezident Ərdoğanın təklif etdiyi “Altılıq platforması”nın hələlik baş tutmaması Gürcüstanın mövqeyi ilə bağlıdır. Elşən Manafovun sözlərinə görə, Gürcüstanı belə addım atmağa sövq edən ABŞ-ın təziyqləridir:

“ABŞ-ın Türkiyə ilə münasibətlərində ikili standartlar qalmaqdadır. Amerika Pensilvaniya ştatında yaşayan Fətullah Güləni Türkiyəyə təhvil vermək istəmir. Bayden administrasiyasındakı mövqeyində ABŞ-ın dövlət maraqlarına cavab verməyən amillər var. Prezident Bayden türklərə qarşı subyektiv yanaşmasını ABŞ-ın dövlət maraqlarından üstün tutmamalıdır. Bu, onun konstitusion borcudur. ABŞ Türkiyə Prezidentinin İkinci Qarabağ Müharibəsindən sonra təklif etdiyi “3+3” formatını təqdir etmədi. Hesab edirəm ki, Ermənistanda iyunun 20-də keçiriləcək parlament seçkilərinin nəticələri bəlli olmayana qədər rəsmi İrəvanın Moskva razılaşması və “Altılıq platforması” ilə bağlı hansı addımlar atacağını söyləmək çətindir”.
Cebhe.info
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE