14-10-2020, 22:50 Oxunub: 155

“Neft Daşları”nda bazar açan kimdir? - GİLEY

 “Neft Daşları”nda bazar açan kimdir? - GİLEY


“Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan idarə və müəssisələrdə (xüsusilə də dəniz obyektlərində) iaşə xidməti göstərən “Xəzər İaşə” MMC-nin fəaliyyətindən narazı qalan neftçilər tədbir görülməsini istəyiblər. DİA.AZ bildirir ki, “Xəzər İaşə” MMC Xəzər rayonu, Pirallahı qəsəbəsində yerləşir. Şirkət sovetlər dönəmində fəaliyyət göstərmiş Fəhlə Təhcizatı İdarəsinin bazasında yaradılıb.

İşdən çıxarılma qorxusu ilə adlarının açıqlanmasını istəməyən neftçilər bildiriblər ki, illərdir şirkətin fəaliyyətindən şikayət etsələr də, Dövlət Neft Şirkətinin rəhbərliyi bu MMC ilə əməkdaşlığını davam etdirir.

Digər NQÇİ-lər kimi “Neft Daşları”nda da işçiləri “Xəzər İaşa” yeməklə təmin edir. İşçilər daima bu qurumun fəaliyyətindən narazılıq edərək yeməkxanadakı yeməklərin keyfiyyətinin aşağı, bu quruma daxil olan və Neft Daşlarında fəaliyyət göstərən mağazalardakı ərzaq mallarının sahildəki mağazalardakı qiymətdən qat-qat baha olduğunu da bildiriblər. Onların sözlərinə görə, evdən yemək, ərzaq gətirilməsi qadağan olunub, hazırda karantin vaxtı dənizdə daha çox qalmalı olduqlarından bu ərzaqları almağa məcburdurlar. “Məsələn, mövsümdə kartofun kiloqramı 1 manat 50 qəpikdən, soğan 1 manata, çəkisi 300 qramdan da az olan çörək 50 qəpiyədir. Adi litrlik su 1 manata satılır. Payız-qış aylarında qiymət daha da artırılır, amma biz ac qalmamaq üçün dəyərindən bir neçə dəfə baha satılan ərzaqları almağa məcburuq”, -şikayətçilərdən biri söyləyib.

İşçilər onu da bildiriblər ki, yataqxanalardakı mətbəxdən istifadə etməyə, işçilərin özləri üçün yemək bişirməyə icazələri yoxdur, məhz buna görə də “Xəzər İaşə”nin təklif etdiyi qidalardan başqa seçim qalmır.

Nefçi qeyd edib ki, zaman-zaman “Xəzər İaşə”nin satdığı yağın, isti yeməklərin içərisindən həşaratlar çıxıb. Çoxu həmin qidalardan iyrənir, amma ac qalmamaq üçün yeyir.
"“Xəzər İaşə”nin gətirdiyi yeməklərdən iyrənirik" - GİLEY Sosial “Neft daşları”ında neftçilərə baha qiymətə yararsız yemək sırıyan “Xəzər İaşə”... - Yeyinti ittihamı “Neft daşları”ında neftçilərə baha qiymətə yararsız yemək sırıyan “Xəzər İaşə”... - Yeyinti ittihamı Sosial “Günəşli” yatağı və “Neft Daşları”nda qəza zamanı həlak olmuş neftçilərin xatirəsi yad edilib - VİDEO “Günəşli” yatağı və “Neft Daşları”nda qəza zamanı həlak olmuş neftçilərin xatirəsi yad edilib - VİDEO Sosial Neft daşlarındakı faciə ilə bağlı yeni məlumat yayıldı (YENİLƏNİB) Neft daşlarındakı faciə ilə bağlı yeni məlumat yayıldı (YENİLƏNİB) Hadise Tufan “Neft daşları”nda faciəyə yol açdı Tufan “Neft daşları”nda faciəyə yol açdı Hadise