17-10-2020, 22:50 Oxunub: 146

“Biz yalnız Ermənistanla qarşı-qarşıya deyilik...” - GƏLİŞMƏ

“Biz yalnız Ermənistanla qarşı-qarşıya deyilik...” - GƏLİŞMƏ


Dövlət Təhlükəsizliyi Xidməti (DTX) oktyabrın 15-də əhaliyə ermənilərin Bakıda və ölkənin digər böyük şəhərlərində terror həyata keçirməyə hazırlaşdığı barədə xəbərdarlıq edib.

Xəbərdarlıqda deyilir: “Daxil olan məlumatlara əsasən, Ermənistan xüsusi xidmət orqanları cəbhədə öz ordularının silsilə məğlubiyyətlərini ört-basdır etmək məqsədilə böyük şəhərlərimizdə insanların sıx cəmləşdiyi yerlərdə, ictimai nəqliyyatda terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirmək, bununla da keçən əsrin 80-ci illərin sonu və 90-cı illərdə Bakıda və ölkəmizin başqa yerlərində dinc əhaliyə qarşı törətdikləri mənfur və insanlığa sığmayan qanlı terror əməllərini təkrarlamaq niyyətindədirlər. Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyən və terror əməllərini həyata keçirən dövlətdir. Hazırda Ermənistan silahlı qüvvələrinin və xüsusi xidmət orqanlarının tərkibində Yaxın Şərq ölkələrindən gətirilmiş terrorçular xidmət edirlər. Vətəndaşları gündəlik həyat və iş ahəngini pozmadan və təşvişə qapılmadan ayıq-sayıq olmağa çağırır, yaşadıqları ərazilərdə şübhəli şəxslər, hərəkət və əşyalar barədə məlumatları (012) 4059999 nömrəli telefonla Dövlət Təhlükəsizliyi Xidmətinə, eləcə də yerli polis və digər hüquq-mühafizə orqanlarına bildirmələri xahiş olunur. Eyni zamanda son dövrlərdə erməni terror təşkilatı olan ASALA-nın fəallaşdığını nəzərə alaraq, xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və diplomatik heyəti, diaspora təmsilçilərini və ölkəmizə aid şirkətlər və onların əməkdaşlarını ayıq-sayıq olmağa və şübhəli hallar müşahidə edildikdə yerləşdikləri ölkələrin hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edirik”.

1992-1993-cü illərdə milli təhlükəsizlik nazirinin birinci müavini işləyən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirdi ki, Dövlət Təhlükəsizlik Xidmətinin ermənilərin terror planları barədə rəsmi və daha əsaslı, tutarlı açıqlama verməsi və vətəndaşlarımızı ayıq-sayıq olmağa çağırması təqdirlayiqdir: “Şübhəsiz ki, DTX və digər xüsusi xidmət orqanları terror planlarının ifşa olunması, qarşısının alınması istiqamətində lazımi işlərini görür və görəcək. İctimai televiziyada bir neçə gün öncə çıxışımda bənzər bir xəbərdarlıq etmişdim. Xüsusi xidmət orqanlarını ayıq-sayıq olmağa çağırmışdım. Təqdirəlayiq haldır ki, artıq Dövlət Təhlükəsizlik Xidməti bu barədə rəsmi və daha əsaslı, tutarlı açıqlama verib və vətəndaşlarımızı ayıq-sayıq olmağa çağırıb. Mən təklifimi inkişaf etdirərək demək istəyirəm ki, birincisi, Azərbaycanda terror təhdid səviyyəsi yüksəldilməlidir. Çünki əvvəla, müharibə vəziyyətindəyik, digər tərəfdən də DTX-nın açıqlamasından da göründüyü kimi, konkret bu barədə bizim xüsusi xidmət orqanlarının əlində məlumatlar var. Bu halda ən azı təhdid səviyyəsi narıncı səviyyəyə qaldırılmalıdır. Qırmızı səviyyəyə də qaldırmaq olar, amma heç olmasa narıncı səviyyəyə qaldırılmalıdır. Təhdid səviyyəsi yüksəldikcə önləyici tədbirlər də sərtləşdirilir. Bundan ötəri də xüsusi protokollar, təlimatlar var. İkincisi, vətəndaşlarımız tətbiq olunan bu tədbirlərə anlayışla yanaşmalıdırlar, öz nəzərlərində ayıq-sayıq olmalıdırlar. Ayıq-sayıq olmaq o deməkdir ki, birincisi, dövlət və hökumət orqanlarının bu barədə verdiyi bütün təlimat, tapşırıq və göstərişlərə əməl eləmilidlər.

Əhalinin kütləvi toplaşma yerlərin mümkün olduğu qədər koronovirus pandemiyasını da nəzərə alıb mümkün olduğu qədər bağlanmalıdır. Sevindirici haldır ki, artıq səbəb pandemiya olsa da metro, təhsil müəssisələrinin bağlanması qərarı verildi. Bu da müsbət haldır. Vətəndaşlar çalışmalıdırlar bir yerə çox yığılmasınlar. Bilirsiniz ki, indiki zamanda texnologiyalar çox inkişaf edib, terrorçular çalışırlar ki, bu texnologiyalardan da yararlanaraq bir əməliyyat keçirməklə daha çox insan tələfatına yol açsınlar. Ona görə də insanlar bir yerə toplaşmamalıdırlar. Toplantılar təxirə salınmalıdır. Zərurət olanda belə ciddi ehtiyat tədbirləri görülməlidir sonra toplanmalıdırlar. Hər bir vətəndaş olduğu, hərəkət etdiyi yerlərdə ətrafa diqqətli olmalıdır. Məsələn, həmin yerə yad olan şəxslər gördükdə, fərqli davranış hiss etdikdə dərhal xüsusi xidmət orqanlarına müraciət etmək lazımdır. DTX bunun üçün bir əlaqə nömrəsi elan edib. Məncə, bundan başqa daha asan yığıla bilən iki və ya üç rəqəmli əlaqə nömrəsi müəyyən edilsə insanlar onu daha asan yadda saxlaya və dərhal zəng edə bilərlər. Necə ki, DİN-ə təcili məlumat vermək üçün asan yadda qalan az rəqəmli nömrə var, buna bənzər bir nömrəni də DTX ilə dərhal əlaqə üçün hazırlamaq olar".

Həmsöhbətimizin sözlərinə görə, strateji obyektlərin xüsusi qorunması rejimi sərtləşdirilməlidir: “Bütün mühüm strateji əhəmiyyətli obyektlər onsuz da xüsusi rejimlə qorunurlar. Qoruma, nəzarət rejimi şərtlərini daha da sərtləşdirmək lazımdır. Düşmən bir planla hərəkət eləmir. Ola bilər ki, düşmənin hədəfində yalnız insanlar deyil, mühüm strateji əhəmiyyətli obyektlər də var. Ona görə də bu cür obyektlər çox ciddi qorunma tədbirləri ilə əhatə olunmalıdır. Müvafiq qurumlar bunun üçün öz işlərini işlərini bilirlər”.

S.Əkbər dedi ki, bu tədbirlər görülərkən, təbii ki, əhalinin panikaya düşməsinə ehtiyac yoxdur. Çünki artıq xüsusi xidmət orqanlarımız, hərbi kəşfiyyatımız, əks-kəşfiyyatımız fəaliyyət göstərir. Amma onu da nəzərə almaq lazımdır ki, biz yalnız Ermənistanla qarşı-qarşıya deyilik, Ermənistanın arxasında dayanan bəzi dövlətlər, bəzi terrorçu qurumlar var. Yəni təhlükəni Ermənistanla yanaşı, həmin ünvanlardan da gözləməli və buna uyğun da çox ciddi tədbirlərimizi görməliyik: “Ona görə də bizim hər birimiz daha diqqətli olmalıyıq. Əslində pandemiyanın verdiyi bu məhdudlaşdırma fürsətlərindən DTX və DİN maksimum yararlanmalıdır. Azərbaycan cəmiyyətinin maarifçilik səviyyəsi yüksəkdir. Necə ki, milli ordumuzla həmrəylik və birlik nümayiş etdirirlər, terrorla mübarizədə də əhalimizin yüksək ictimai şüur nümayiş etdirib həmrəylik göstərəcəyinə inanıram”.

S.Əkbər onu da qeyd etdi ki, Azərbaycan terrorla mübarizə məsələsində dost və tərəfdaş ölkələrin xüsusi xidmət orqanları ilə informasiya mübadiləsini daha da aktivləşdirməlidir: “Burada əsasən Türkiyənin, Pakistanın, İsrailin, Böyük Britaniyanın xüsusi xidmət orqanlarının yardımından da istifadə etmək məncə faydalı olar”.
“Yeni Müsavat”
Ölkə başçısı: Ölkə başçısı: "Bu gün də müxtəlif ölkələrdən Ermənistana terrorçular axışır" Siyaset XİN: Tovuz istiqamətindəki təxribatlar Ermənistan tərəfindən törədilmiş terror aktıdır XİN: Tovuz istiqamətindəki təxribatlar Ermənistan tərəfindən törədilmiş terror aktıdır Siyaset Ermənilərin dinc əhaliyə qarşı törətdiyi əməllərlə bağlı cinayət işi açıldı — RƏSMİ Ermənilərin dinc əhaliyə qarşı törətdiyi əməllərlə bağlı cinayət işi açıldı — RƏSMİ Siyaset Ermənilər Zəngilanda terror edirlər – FOTO Ermənilər Zəngilanda terror edirlər – FOTO Hadise Türkiyə Ermənistanla sərhədi beton divarlarla bağlayır – ŞOK SƏBƏB Türkiyə Ermənistanla sərhədi beton divarlarla bağlayır – ŞOK SƏBƏB Dunya