19-10-2020, 21:17 Oxunub: 88

BMT özünün 4 qətnaməsinə TÜPÜRƏCƏKMİ? - İmkansızdır...

BMT özünün 4 qətnaməsinə TÜPÜRƏCƏKMİ? - İmkansızdır...


Bu gün BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qapalı iclas keçirəcək.

Bildirilir ki, iclas Minsk qrupunun həmsədrləri olan Rusiya, Fransa və ABŞ-ın təşəbbüsü ilə keçiriləcək.

Məsələyə münasibət bildirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında deyib ki, bundan öncəki müzakirələr hansı nəticəni verdisə, bu iclas da eyni nəticəni verəcək:

“Bu iscalda da çox guman ki, müharibəni necə dayandırmaq barədə fikirlər müzakirə olunacaq. Yenə də atəşkəs çağırışları səslənə bilər. Onların əllərində elə bir alət yoxdur ki, Azərbaycana təzyiq edib, prosesi dayandırsınlar. Sanksiya ilə bağlı da nə isə qəbul edilə bilməz. Mən bunu da istisna edirəm. Bundan öncəki müzakirələr hansı nəticəni verdisə, bu iclas da eyni nəticəni verəcək. Çünki gülməli olar ki, hazırda Azərbaycana nəsə qəbul etdirib, 90-cı illərdə özləri qəbul etdikləri 4 qətnaməni kənara qoymaq istəsinlər”.

Ekspert əlavə edib ki, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə yerinə yetirilmədən Azərbaycana qarşı hər hansısa təzyiqdən söhbət gedə bilməz:

“Əslində biz BMT-nin Təhlükəsizlik Şurasının keçirdiyi bu iclaslarda maraqlıyıq. Çünki hər dəfə biz onlara özlərinin qəbul etdiyi 4 qətnaməni xatırladacağıq. Bu qətnamələri kənara qoyub Azərbaycana müharibəni dayandırmaq üçün hər hansı bir sanksiya söhbəti ilə təzyiq göstərmək məntiqsiz olar. Hesab edirəm ki, bu danışıqların heç bir nəticəsi olmayacaq. Hər hansı sənədin də qəbul ediləcəyini guman etmirəm”.
Deputat: “Bələdiyyə sədrləri iclas keçirmədən qərarlar verirlər” Deputat: “Bələdiyyə sədrləri iclas keçirmədən qərarlar verirlər” Sosial Dəyişməyən Qarabağ siyasəti: İrəvan təxribata çəkir - TƏHLİL Dəyişməyən Qarabağ siyasəti: İrəvan təxribata çəkir - TƏHLİL Siyaset Ermənilər tarix istəyir: Qarabağla bağlı mübahisəli 5 faiz - TƏHLİL Ermənilər tarix istəyir: Qarabağla bağlı mübahisəli 5 faiz - TƏHLİL Hadise MTRŞ ANS-lə bağlı iclas keçirir MTRŞ ANS-lə bağlı iclas keçirir Sosial Ərdoğan təcili iclas çağırdı Ərdoğan təcili iclas çağırdı Dunya