19-10-2020, 19:20 Oxunub: 76

Özəl universitetlər tədrisi deyil, pulu seçiblər - Təhsildə acınacaqlı vəziyyət

Özəl universitetlər tədrisi deyil, pulu seçiblər - Təhsildə acınacaqlı vəziyyət


“Hər hansı sahə və fənn üzrə şagirdlərin bilik, bacarıqları olduqca aşağı olacaq”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndi mövcud vəziyyətə görə təhsil sistemində gözlənilən problemləri PİA.az-a şərh edərkən qeyd edib.

Pandemiyalı dönımində ödənişli təhsil sistemində ciddi problemlər ortaya çıxıb. Xüsusən özəl universitetlər tələbələrdən tam ödəniş almalarına baxmayaraq, demək olar ki, tədrislə məşğul olmurlar. Distant dərslər isə elə keçirilir ki, keçirilməsə daha yaxşıdır. Ödənişli oxuyan tələbələrin böyük əksəriyyəti isə tədrus olunan mövzulardan demək olar ki, xəbərsuz olsalar da imtahanlardan keçəcəklərinə əmindirlər. Sanki pandemiya dönəmində ödənişli təhsil alan tələbələr universitetlərə pulu təhsil almaq üçün deyil, imtahanlardan keçmək üçün verirlər.

Qeyd edək ki, pandemiya dönəmində ödənişli təhsildə imtahanlardan demək olar ki, kəsilən tələbə olmayıb. Bu barədə bizimlə danışan tələbələrdən biri bildirdi ki, tələbələr arasında imtahanlarla bağlı tam arxayınlıq yaranıb. Çünki kəsilməlıər olarsa, tələbələrin də universitetlərə çoxlu iradları ortaya çıxa bilər və hazırda qalmaqal heç bir özəl universitetə sərf eləmir. Yəni özəl universitetlər təhsili deyil, pulu seçdiiklərinə görə tədris ikinci plana keçib və bu da sonucda sadəcı dipıom almağı hədəfləyənlər üçün yaxşı fürsət kimi dəyərləndirilir. Onlar düşünür ki, hazırkı vəziyyətdə pulu təhsil almağa görə deyil, imtahanlardan jeçmək üçün verirlər.

Bu vəziyyıt faktiki olaraq Azərbaycanda yeni savadslz nəslin formalaşmasına yol açdığını nəzərə alarsaq, onda bu problemin həlli necə görünür?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Elçin Əfəndi ilə müzakirə edib.

Mövcud müharibə şəraitini və internetin olmamağını nəzərə alıb bir ay tətil elan edilməsini vacib bilən ekspert bildirib ki, buna görə də Təhsil Nazirliyi tədrusl müddətnin iyunun 14-də deyil, iyulun 14-də başa çatması ilə bağlı qərar qəbul etməlidir:

“Tək koronavirus pandemiyasına görə distant təhsilə keçid olanda universitetlər heç də yaxşı təhsil verə bilmirdilər. İndi isə ölkədə müharibə şəraiti ilə bağlı internet problemi var. Mövcud vəziyyətə görə isə universitetlərin distant təhsili lap pis vəziyyətə düşüb. Yəni tələbələrin dərslərdə iştirak edə bilməmələri ciddi sıxıntılar yaradır. Təssüflər olsun ki, bu ciddi sıxıntılar qarşıdakı vaxtlarda fəsadlar verəcək.

Hər hansı sahə və fənn üzrə şagirdlərin bilik, bacarıqları olduqca aşağı olacaq. Bu da o deməkdir ki, gələcəkdə həmin sahə üzrə mütəxəssislərin yetişməsində, kadr hazırlığında biz ciddi sıxıntılarla rastlaşacağıq.

Yeganə çıxış yolu odur ki, müvafiq dövr ərzində tətil elan edilsin. Yəni mövcud müharibə şəraitini və internetin olmamağını nəzərə alıb bir ay tətil elan etmək lazımdır. Təhsil Nazirliyi isə tədrus müddətnin iyunun 14-də deyil, iyulun 14-də başa çatması ilə bağlı qərar qəbul etməlidir:”.
Yeni dərs ilinə hazırlıqlar başlayıb, amma hələ də xeyli suallar var... - GƏLİŞMƏ Yeni dərs ilinə hazırlıqlar başlayıb, amma hələ də xeyli suallar var... - GƏLİŞMƏ Siyaset “Minlərlə təhsil işçisi işsiz qala bilər” - Universitetlərin taleyi sual altında... “Minlərlə təhsil işçisi işsiz qala bilər” - Universitetlərin taleyi sual altında... Sosial Baş Nazirin qərarı narahatlıqlara yol açıb: Təhsil haqları qalxacaq? - GƏLİŞMƏ Baş Nazirin qərarı narahatlıqlara yol açıb: Təhsil haqları qalxacaq? - GƏLİŞMƏ Sosial Azərbaycanda pulsuz ali təhsil dövrü arxada qaldı: Universitetlər tələbələri pulla oxudur - ARAŞDIRMA Azərbaycanda pulsuz ali təhsil dövrü arxada qaldı: Universitetlər tələbələri pulla oxudur - ARAŞDIRMA Sosial Universitetlər qapısını varlıların üzünə açır - Azərbaycanda hamı oxuyacaq Universitetlər qapısını varlıların üzünə açır - Azərbaycanda hamı oxuyacaq Sosial