24-10-2020, 20:45 Oxunub: 114

"Deyirdim necə gəlir-gəlsin, nəfəsi üstündə olsun" - Şəhid polkovnikin ailəsi

"Deyirdim necə gəlir-gəlsin, nəfəsi üstündə olsun" - Şəhid polkovnikin ailəsi


Xəbər verdiyimiz kimi, oktyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev Milli Qəhrəman, Qubadlının azadlığı uğrunda şəhid olan polkovnik Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışıb.

"MediaPost" xəbər verir ki, "Salnaməfilm studiyası" Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidov haqqında hazırladığı sənədli filmdə qəhrəmanın özü ilə yanaşı, atası Nəriman Həmidov və anası Şəriyə və digər ailə üzvləri də iştirak edib.

"Deyirdim necə gəlir-gəlsin, nəfəsi üstündə olsun" - Şəhid polkovnikin ailəsi


Nəriman Həmidov bildirib ki, Şükür 4 oğlan övladının ən kiçiyi olub: “Şükür uşaq vaxtı çox cansız və cılız idi. Amma o, çox qoçaq və fərasətli olub. Həmişə hansı işin arxasınca gedibsə, o işin öhdəsindən gəlirdi”.

Şükür Həmidovun həyat yoldaşı isə deyib: "Bilirdim ki, vətəninə bu qədər bağlı olan insan əlbəttəki, ailəsinə də bağlı qalır. Artıq şəhid xəbərləri gəldikcə (Aprel döyüşləri) mən dilə gətirmək istəmədiyim halda hislər keçirirdim. Aprel döyüşlərində Şükürün sağ qayıtmasını Allahdan arzulayırdım. Deyirdim necə gəlir-gəlsin, nəfəsi üstündə olsun. Mənim üçün heç bir fərqi yox idi. Zəng elədi və dedi ki, darvazanı aç. İnanırsız mən necə əsə-əsə gedib qapını açdım. Bircə Allahdan istəyim o idi, (Aprel döyüşlərində) onu da bizə qaytardı....".

Filmdə Şükür Həmidov özü də Aprel döyüşlərində keçdiyi qəhramanlıq yolundan danışıb:

"Düşmənə burada yaxşı dərs verdik. Ermənilər çaşqınlıq içində idi. Özlərini, başlarını itirmişdilər. Düşmən Lələtəpə istiqamətini “Ohanyan səddi”, yəni keçilməz adlandırırdılar. Guya ki oranı keçmək mümkün olmazdı. Amma, döyüşçülərimiz düşmənin “Ohanyan səddini” göz qırpımında keçdilər. 40 dəqiqə ərzində döyüşçülərimiz sözügedən əraziləri düşməndən azad etdilər. 1 saatın sonunda baxın, bayrağımız orada dalğalanmağa başladı”.
İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlığı verdi İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlığı verdi Siyaset İsgəndər Həmidov sağdır – CİTY Hospitaldan AÇIQLAMA İsgəndər Həmidov sağdır – CİTY Hospitaldan AÇIQLAMA Hadise Hakan Şükür ABŞ-da taksi sürür - Video Hakan Şükür ABŞ-da taksi sürür - Video Hadise Sağ qalan Milli Qəhrəmanlarımız — SİYAHI Sağ qalan Milli Qəhrəmanlarımız — SİYAHI Medeniyyet Hakan Şükürün həbsi ilə bağlı qərar verildi Hakan Şükürün həbsi ilə bağlı qərar verildi Idman