Hansı dövlət qurumları Prezidentin tapşırığını sabotaj edir? - FAKTLAR
Bolge
Oxunub: 385
10 in 2021 | 19:53
Hansı dövlət qurumları Prezidentin tapşırığını sabotaj edir? - FAKTLAR


Şirvan şəhərində fəaliyyət göstərən “XƏYYAM-2012” MMC qanunsuz şəhərlərarası sərnişindaşıma ilə məşğul olsa da, aidiyyatı qurumlar buna göz yumurlar.

Yenicag.az xəbər verir ki, prezident İlham Əliyevin təşəbbüsü ilə ölkənin nəqliyyat sisteminin təkmilləşdirilməsi, sərnişindaşıma xidmətinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm layihələr həyata keçirilməkdədir.

Lakin Şirvan şəhərində bu sahə ilə bağlı çoxdan həllini gözləyən ciddi problemlər mövcuddur. Qeyd etmək yerinə düşər ki, “Şirvan Avtovağzalı” ASC Şirvan Avtovağzalını özəlləşdirdikdən sonra şəhərin nəqliyyat infrastrukturunun inkişafına yönəlik müsbət işlər görülüb və bu çərçivədə xeyli vəsait sərf edilib.

“Şirvan Avtovağzalı” ASC tərəfindən şəhər Avtovağzal əsaslı stəmir olunub, ətraf sahə abadlaşdırılıb və əraziyə yeni asfalt çəkilib. Avtovağzal ərazisində sərnişinlər üçün gözləmə zalı, kassa zalı (bilet kassası), ana və uşaq otaqları, sürücülərin istirahət otaqları, inzibatı otaqlar, əl yükünün saxlanması üçün kameralar, tibbi yardım və polis məntəqələri, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müasir müşahidə sistemi, iaşə, mədəni-məişət, həmçinin universal rabitə xidmətlərinin göstərilməsi üçün xüsusi yerlər, habelə sanitar-gigiyenik təyinatlı otaqlar istifadəyə verilib.

“Şirvan Avtovağzalı” ASC öz fəaliyyətini Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarına uyğun qaydada həyata keçirir. Avtovağzala müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət göstərməsi üçün rəsmi sənəd hesab edilən pasport verilib. Müəssisə vergiləri və digər icbari ödənişləri vaxtında ödəyir.

Bununla belə, Şirvanda fəaliyyətə başlayan “XƏYYAM-2012” MMC (faktiki sahibkar Şirəliyev Misirxan) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”nin tələblərini pozaraq, avtovağzalın fəaliyyət göstərməsi üçün rəsmi sənəd hesab olunan pasport əldə etmədən qanunsuz fəaliyyət göstərməsinə baxmayaraq, Şirvanda şəhərlərarası sərnişin daşıma xidmətinin 70 faizini həyata keçirir.

Qeyd olunur ki, adıçıkilən MMC-nin sahibi dəmiryol xəttinin mühafizə zolağını qanunsuz olaraq, dəmir torla hasarlayaraq yüksək gərginlikli elektrik xəttinin altında “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”də tələb olunan struktur yaratmadan fəaliyyət göstərir. Bu zaman nə dövlət büdcəsinə vergi, nə də qanunla müəyyən edilmiş digər icbari ödənişləri ödəyir. Qanunsuz fəaliyyət göstərən avtovağzalın işçi heyəti, oradakı texnoloji proses və iş rejimi haqqında heç nə məlum deyil. Sərnişinlərə hər hansı mədəni-məişət xidmətləri göstərilmir.

Eyni zamanda, avtonəqliyyat vasitələrinin hərəkət sxemi tənzimlənmir, sorğu-məlumat xidməti təşkil edilmir. Bir sözlə, yuxarıda adı göstərilən şəxs ölkənin 6-cı ən böyük şəhərinin nəqliyyat və sərnişindaşıma sistemini bərbad vəziyyətə salıb. Şikayətçilərin sözlərinə görə, müvafiq icra hakimiyyəti orqanlarına dəfələrlə müraciət etmələrinə baxmayaraq, sadalanan qanunsuzluqlarla əlaqdəar heç bir tədbir görülməyib.

Şirvan şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasovun 06 may 2021-ci il tarixli 6 saylı sərəncamı ilə Şirvan şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üçün görüləcək işlərlə bağlı 2021-ci il üzrə şəhər İcra Hakimiyyətinin Tədbirlər Planı təsdiq edilib.

Tədbirlər Planının 17-ci bəndində Şəhər ərazisində pasport olmadan avtovağzal fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə və şəhərin müxtəlif küçələrindən qanunsuz olaraq dayanacaq kimi istifadə edərək bilet satışı həyata keçirmədən şəhərlərarası sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə (fiziki şəxslərə) qarşı qanunla müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub və bu işlərin icrası Şirvan Şəhər Polis Şöbəsi və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Regional şöbəsinə həvalə edilib.

Lakin Tədbirlər Planında yer alan tələblərə rəğmən, Şirvan Şəhər Polis Şöbəsi və DANX-ın Regional şöbəsi nə qanunsuz avtovağzal fəaliyyəti ilə məşğul şəxsə, nə də həmin avtovağzalda və şəhərin digər ərazilərində şəhərlərarası sərnişindaşıma fəaliyyəti göstərən sürücülərə qarşı qanuna uyğun tədbirlər görmür.

Bu səbəbdən, Şirvanda günün istənilən vaxtında qanunsuz avtovağzal fəaliyyəti və ayrı-ayrı sürücülər tərəfindən qanunsuz şəhərlərarası sərnişindaşıma fəaliyyətinin həyata keçirildiyini görmək mümkündür. İstər ölkə rəhbərliyinin, istərsə də şəhər icra başçısının verdiyi qərarlar kağız üzərində qalmaqdadır. Nəticədə Şirvan şəhərində qanunsuz sərnişindaşıma fəaliyyətinin miqyası leqal fəaliyyətin miqyasını xeyli üstələyir.

Baş verən bu qanunsuzlar barədə aidiyyatı dövlət qurumlarının məlumatlı olduqlarını, lakin heç bir ölçü götürmədiklərini nəzərə aldıqda, “XƏYYAM-2012” MMC və onun sahibi Misirxan Şirəliyevin hansısa “güclü əllər” tərəfindən himayə edildiyini söyləmək mümkündür.

Əks halda, Şirvanda sərnişindaşıma sahəsində qanunsuzluq bu qədər ayaq açıb “yeriyə” bilməzdi…

Hansı dövlət qurumları Prezidentin tapşırığını sabotaj edir? - FAKTLAR
Hansı dövlət qurumları Prezidentin tapşırığını sabotaj edir? - FAKTLAR
Hansı dövlət qurumları Prezidentin tapşırığını sabotaj edir? - FAKTLAR
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı