Məmur uşaqlarının sevimli və bahalı əyləncəsi - Bakının gizli kazinoları
Sosial
Oxunub: 1 513
16 okt 2015 | 21:12
Məmur uşaqlarının sevimli və bahalı əyləncəsi - Bakının gizli kazinoları

















Azərbaycanda qumar (kazino) fəaliyyəti rəsmi olaraq yasaqdır. Belə ki, mərhum dövlət başçısı Heydər Əliyevin Azərbaycanda bütün kazino və qumarxanaların bağlanması barədə 1998-ci ildə qərar verib

Qaynar.info xəbər verir ki, amma Bakının müxtəlif ünvanlarında hələ də kazino və qumarxanaların gizli şəkildə fəaliyyət göstərdiyi bəllidir. Onların sadiq müştəriləri arasında isə “papanın gül balaları” – pula pul deməyən məmur övladları kifayət qədərdir.

Bu barədə bir qədər sonra. Hələlik isə qumarxana və kazinoların Azərbaycanda yasaqlanmasının üzərindən 17 il keçməsinə rəğmən onların hələ də fəaliyytini bu və ya digər şəkildə davam etdirdiyinə dair bir neçə fakt.

Ötən ayın əvvəllərində Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakı şəhərində fəaliyyət göstərən qanunsuz qumarxana aşkar ediblər. Belə ki, Xətai rayonu, Zığ yolu, 15 ünvanında fəaliyyət göstərən kafedə qumar oyunlarının təşkil edilməsi bildirilib.

Keçirilən əməliyyat tədbiri nəticəsində iaşə obyektini icarə əsasında işlədən Süleyman Vəliyev, həmin kafenin administratorları Zəmanət Hüseynli, Vasif Hacıyev və orada qumar oynayan daha 5 nəfər şəxs saxlanılıb.

Dindirilmə zamanı adıçəkilən şəxslər həmin obyektdə qanunsuz qumar oyunları təşkil etdiklərini etiraf ediblər.

Baxış zamanı obyektdən “poker” oyun kart dəsti, qumar oyunlarına qoyulan pul vəsaiti maddi sübut kimi aşkar olunaraq götürülüb.

İlin əvvəllərində isə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ceyhun Xəlilovun M.Hadi küçəsində yerləşən çay evində qumarxana təşkil etməsi müəyyən edilib. Ora baxış zamanı 2 ədəd noutbuk və 12 ədəd prosessor aşkar edilərək götürülüb.

Ötən ilin yazında məlum olub ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları paytaxtın Nəsimi rayonu ərazisində müxtəlif obyektlərdə qumarxana təşkil edən iki qrupun ümumilikdə 15 üzvünü saxlayaraq istintaqa təhvil verib. “Çalı Quşu” kafesinə baxış keçirilərkən obyektin qumarxana kimi fəaliyyət göstərməsi müəyyən edilib.

Əməliyyatçılar ərazidəki “Parpali” kafesinə də baxış keçirərkən eyni durumu aşkarlayıblar. Araşdırmalarla müəyyən edilib ki, Türkiyə Respublikasının vətəndaşı 36 yaşlı Kənan Yıldırım ətrafına xeyli adam yığaraq 1 ilə yaxındır ki, qumar oyunları təşkil edir. Ona bu işdə həmyerliləri - İsa Karslı, Özgül Turqay, Ahmed Tuylu, Bircan Varol və Bakı şəhər sakinləri, Elçin Quliyev, Bağır Əliyoldaşov, Ehtiram Hüseynov, Elçin Abdullayev yardım ediblər.

Ötən ilin noyabrında isə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxtda qanunsuz qumarxana fəaliyyətinin qarşısını alınıb. Belə ki, Səbayel rayonu Bülbül prospektində yerləşən “Bikkers Club” çay evində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində “poker” kart qumar oyunları təşkil etməkdə və oynamaqda təqsirli bilinən şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunublar. Obyektə baxış zamanı bu oyunlar üçün istifadə olunan kart dəstələri və qumara qoyulmuş külli miqdarda pul aşkar olunaraq maddi sübut kimi götürülüb.

Araşdırmalar zamanı müəyyən edilib ki, Göyçay rayonunda anadan olmuş, 23 yaşlı İsmayıl Musayev Sabirabad rayon sakini, 24 yaşlı Nicat Məmmədovla əlbir olaraq kirayəyə götürdükləri obyektdə bir neçə aydır ki, qumarxana təşkil ediblər. Gündüzlər çay evi kimi fəaliyyət göstərən obyektdə gecə saat 2-dən sonra səhərə qədər qumar oyunları keçirilib.

Belə faktların siyahısını kifayət qədər artırmaq olar. Bir sözlə, Azərbaycanda, xüsusilə Bakıda kazino və qumarxanaların fəaliyyətinə qoyulan qadağa xeyli dərəcədə formal xarakter daşıyır. Paytaxtda özəlliklə də “çay evi” adı altında bu cür qanunsuz fəaliyyətlə məşğul olan kifayət qədər ünvan var.

Belə obyektlərin mütləq əksəriyyətinin fəaliyyətindən hüquq-mühafizə orqanları xəbərdardırlar, amma onların tamamilə yığışdırılmasına bir neçə faktor mane olur.

Bir: bu kazino sahiblərinin həmin orqanlarla “dil” tapması;

İki: bu kazino və qumarxanaların arxasında nüfuzlu məmurların dayanması – onlar ya həmin obyektlərin sahibi, ya da şərikləridirlər;

Üç: kazino və qumarxanaların daimi müştəriləri arasında məmur övladlarının olması. Onlar hüquq-mühafizə orqanlarını hər hansı əməliyyatdan, müdaxilədən çəkindirə bilirlər...

Əldə etdiyimiz məlumata görə, məmur övladlarının oynadığı kazino və qumarxanalarda uduşların məbləği kifayət qədər böyük olur. Bu məbləğlər bir “kruq”da ən azı 25-30 min manatdan başlayır və tədricən yüksəlir.

Hətta iki il öncə Azərbaycan məmurlarından birinin övladının qumarda 2 milyonluq mülk uduzduğu barədə söz-söhbətlər yayılmışdı.

Hazırda Azərbaycanda müxtəlif şəxslərin birbaşa və ya dolayı yolla nəzarəti altında fəaliyyət göstərən qumarxana və kazinoların ən çox rastlandığı yerlər bunlardır:

Bakı – Nərimanov, Binəqədi, Nəsimi, Yasamal və Səbayel rayonlarının ərazisi;

Qaradağ rayonu – Sahil və Lökbatan qəsəbələri;

Abşeron rayonu, Xırdalan şəhəri;

Sumqayıt şəhəri, Quba və Xaçmaz rayonları...

Bundan başqa, verilən məlumatlara görə, Azərbaycanın vəzifəli və imkanlı şəxslərin övladlarının, bir çox hallarda hətta məmur və iş adamlarının özləri daha təhlükəsiz şəkildə qumaroynaya bilmək üçün son vaxtlar qonşu Gürcüstan Respublikasına - Tiflis və Batumiyə, oradakı kazino və qumarxanalara üz tutmağa başlayıblar.

QEYD: Yaxın günlərdə Bakının gizli kazinoları ilə bağlı daha detallı və şok araşdırmamız oxucuların ixtiyarına veriləcək. Bizi izləyin...
Dünən, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
Dünən, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
Dünən, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Dünən, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Dünən, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Dünən, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Dünən, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Dünən, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Dünən, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Dünən, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Dünən, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Dünən, 13:29
İlham Əliyev Füzulidə
Dünən, 13:02
Putin komandasını yenidən formalaşdırır
Dünən, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Dünən, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Dünən, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR
Dünən, 11:35
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün
Dünən, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Dünən, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Dünən, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Dünən, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Dünən, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Dünən, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Dünən, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Dünən, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Dünən, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Dünən, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür