Rövşən Əkbərovun arxasındakı güclər onu XƏRCLƏYƏCƏKMİ? - GƏLİŞMƏ
Hadise
Oxunub: 329
7 iy 2021 | 19:42
Rövşən Əkbərovun arxasındakı güclər onu XƏRCLƏYƏCƏKMİ? - GƏLİŞMƏ


General Rövşən Əkbərovun barəsində cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub. Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası iyulun 16-na təyin olunub. Rövşən Əkbərovun cinayət işi üzrə ibtidai istintaq ötən həftə yekunlaşdırılıb və baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Cinayət işinə hakim Həbib Həsənovun sədrliyi ilə baxılacaq.

Rövşən Əkbərov 44 günlük Vətən müharibəsi dövründə vəzifəsindən uzaqlaşdırılıb. Düşmən darmadağın edilərək üzərində qələbə qazanıldıqdan bir neçə ay sonra, 2021-ci ilin martında o, Azərbaycanda istintaqa dəvət olundu, Ukraynada 20 il əvvəl törətdiyi qətl işinə görə barəsində həbs-qətimkan tədbiri seçildi.

2001-ci ildə Rövşən Əkbərov biznesmen Elçin Əliyevin ürəyinə hərbi bıçaqla zərbə endirməklə onu öldürmüş, daha bir şəxsi vəhşicəsinə döyüb xəsarət yetirmişdi. Qətldə əsas fiqurant olduğu bilinəndən sonra isə onun adı kef məclislərinin təşkilatçısı olaraq gündəmə gəlməyə başlamışdı. Halbuki həmin günlərdə Ukrayna Prokurorluğunda Rövşən Əkbərovun barəsində ölüm işindən dolayı cinayət işi istintaq olunurdu. Elçin Əliyevin valdeynləri də Rövşən Əkbərovu qətldə suçlayırdılar. Rövşən Əkbərov illərlə həbs olunmayacağına arxayınlığını gizlətməyib. Son illərdə isə istintaqa cəlbetmə müddətinin ötməsi Rövşən Əkbərovun cəzasız qalacağı haqda ictimai rəydə fikir formalaşdırmışdı. Buna baxmayaraq, o həbs olundu. Artıq onun cinayət işi üzrə dosye məhkəmədədir.

“Bakı Hüquq Şirkəti”nin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesinin qapalı keçirilməsi üçün əsaslar yoxdur: “Rövşən Əkbərova qarşı hərbi cinayətlər, vətənə xəyanət maddəsi ilə ittiham irəli sürülməyib. O, xuliqanlıq niyyəti ilə qətl törətməkdə təqsirli bilinir. Bu baxımdan onun cinayət işi üzrə məhkəmənin qapalı keçirilməsi üçün əsaslar yoxdur. Məlumdur ki, Elçin Əliyevin qətl işi üzrə Ukrayna prokurorluğunda ilkin olaraq qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Rövşən Əkbərova Azərbaycan Cinayət Məcəlləsinin 12.1,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham verilib. Cinayət Məcəlləsinin 12.1-ci maddəsi ölkə hüdudlarından kənarda cinayət törətməkdə təqsirləndirilən şəxslərin Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilməsinin əsaslarını nəzərdə tutur. Belə ki, Azərbaycan vətəndaşları ölkə hüdudlarından kənarda törətdikləri əmələ görə bu əməl həm Azərbaycanın, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, Azərbaycan Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.

Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinə görə 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Xüsusilə ağır cinayət hesab edilən bu əmələ görə məsuliyyətə cəlbetmə müddəti 20 ildir. 221.3-cü (xuliqanlıq) maddəsində təqsirli bilinən şəxslər isə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət qanunvericiliyinə əsasən, cinayətlərin məcmusuna görə cəza təyin edilərkən qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Hazırda istintaq 120.2.2 və 221.3-cü maddələri üzrə aparılır. 120.2.2 maddəsi xuliqanlıq niyyəti ilə adam öldürmədir. Yəni heç bir səbəb olmadan qətl törətmək. Bundan başqa, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb. Bu ittihamlar təsdiqlənərsə, Rövşən Əkbərova ağır cəza verilə bilər. İstintaqa cəlb etmə müddətinə gəlincə isə 120.2.2 maddəsi üzrə istintaqa cəlb etmə müddətinin təyini məhkəmənin səlahiyyətindədir. İttihama görə, Rövşən Əkbərov Elçin Əliyevi səbəbsiz öldürüb, digər şəxsi isə döyüb, xəsarət yetirib”.

Qeyd edək ki, Baş Prokurorluğun rəsmi məlumatına görə, Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü, Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci il tarixdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukrayna prokurorluq orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, bir sıra istintaq tədbirləri yerinə yetirilib, 2003-cü il tarixdə cinayətin törədilməsində Azərbaycan vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycana göndərilib. Həmin cinayət işi üzrə Azərbaycan Respublikasının Hərbi və Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində (əvvəlki) bir sıra istintaq hərəkətləri həyata keçirilib, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb. 2020-ci il tarixdə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə icraat təzələnib və Baş Prokurorluğun İstintaq İdarəsində çoxsaylı istintaq hərəkətləri aparılaraq iş üzrə kifayət qədər sübutlar toplanılaraq, həmin cinayət əməlinin Əkbərov Rövşən Telman oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Belə ki, Azərbaycan vətəndaşı, 1965-ci il təvəllüdlü, Əkbərov Rövşən Telman oğlunun 31.05.2001-ci il tarixdən 1 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat təxminən 3-4 radələrində həmin kafenin yaxınlığında Elçin Fəday oğlu Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib. 15 mart 2021-ci il tarixdə R.Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilib və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
“Yeni Müsavat”
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...