21-11-2020, 12:23 Oxunub: 104

50-dək ermənini məhv edib Şəhid oldu - Qəhrəmanımızı siz də tanıyın

50-dək ermənini məhv edib Şəhid oldu - Qəhrəmanımızı siz də tanıyın


İki oğlu ilə birgə döyüşlərə qatıldı və arzuladığı şəhidlik zirvəsinə ucaldı...
Söhbət iki oğlu ilə birlikdə ikinci Qarabağ müharibəsində iştirak edərək qəhrəmancasına şəhid olan Müşviq Abbasovdan gedir.

Vətən müharibəsinin ilk günlərində iki oğlu ilə cəbhəyə gedən igid və qorxmaz qəhrəmanımız övladları üçün həm ata, həm də komandir idi.

"Ölürüksə, heç olmasa normal məqsəd, vətən uğrunda ölək" deyən Müşviq Abbasov şəhid olmağı qarşısına məqsəd qoymuşdu.

Hələ gənc yaşlarından birinci Qarabağ müharibəsində qardaşları ilə birgə ermənilərə qan udduran Müşviq Abbasov ikinci Qarabağ müharibəsində üç oğlundan ikisini cəbhəyə aparıb. Əgər yaşı çatsaydı, digər oğlunu da özü ilə birlikdə aparacaqdı.

Gözünün qarşısında vurulan atasını çiynində daşımaq Şamilə asan olmasa da, o, atası ilə döyüşməyin qürurverici olduğunu deyir.

Müşviq Abbasovla döyüşənlərdən biri də onun yaxın dostu Elşən Hüseynov idi. O, Müşviqin vurulma anını xatırlayanda göz yaşlarına hakim ola bilmir. Deyir ki, şəhid dostu hər iki Qarabağ döyüşündə birlikdə 50-ə yaxın erməni öldürüb.

Ruhun şad, gözün aydın olsun, şəhidim! İllərdir həsrətini çəkdiyin torpaqlara artıq qovuşduq.

Deputatın oğlu Qarabağ uğrunda döyüşlərə qatılmaq üçün cəbhəyə yollanıb Deputatın oğlu Qarabağ uğrunda döyüşlərə qatılmaq üçün cəbhəyə yollanıb Siyaset “Fəxr edirəm ki, şəhidlik zirvəsinə ucaldı” – Generalın oğlu+Video “Fəxr edirəm ki, şəhidlik zirvəsinə ucaldı” – Generalın oğlu+Video Medeniyyet / Video Müşviq ata oldu — FOTO Müşviq ata oldu — FOTO Medeniyyet BDYPİ -də dəyişiklik - Müşviq Rəhimov, general Ramiz Zeynalovun yerinə GƏTİRİLİR BDYPİ -də dəyişiklik - Müşviq Rəhimov, general Ramiz Zeynalovun yerinə GƏTİRİLİR Siyaset Müşviq Şahverdiyev EVLƏNİR: ÖZÜ DƏ GÖRÜN KİMİNLƏ... Müşviq Şahverdiyev EVLƏNİR: ÖZÜ DƏ GÖRÜN KİMİNLƏ... Maraqli