Makron İrəvandan sonra Azərbaycana gəlməyəcək, demək... - XORUZUN GÖRÜNƏN QUYRUĞU
Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyətində deyil. Bu barədə son olaraq Azərbaycan Prezidenti İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə srağagün mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimindəki çıxışında deyib.
Sitat: “Mən bir neçə dəfə demişəm ki, biz Ermənistanla sülh müqaviləsini imzalamağa hazırıq. Yəni bu işlərin başlanmasına hazırıq. Ancaq Ermənistan tərəfindən buna reaksiya yoxdur, rəsmi reaksiya yoxdur. Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil. Hesab edirəm, bu, çox böyük bir səhv olacaq. Necə ki, müharibə ərəfəsində və müharibə zamanı Ermənistan tərəfi böyük səhvlər buraxıb, hərbi cinayətlər törədib. Bu, növbəti böyük səhv ola bilər”.
Prezident ardınca deyib: “Onu da bildirməliyəm ki, delimitasiya işləri ilə bağlı indi beynəlxalq təşkilatlar da müsbət reaksiya verirlər. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər. Necə ki, vaxtilə əgər öz xoşları ilə bizim torpaqlarımızdan çıxsaydılar, bu qədər rəzil duruma düşməzdilər. Bizim bu təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir. Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. Amma yenə də deyirəm, yenə peşman olacaqlar”.
*****
Şübhə yox ki, 44 günlük müharibədə darmadağın edilən Ermənistan regionda heç bir nüfuz, iradə və söz sahibi deyil. Onu kapitulyasiyadan sonra da radikal mövqedə durmağa körükləyın qüvvələr var. Lap dəqiqi, İrəvan məhz onlara - “konflikt hələ bitməyib” deyib duran bədniyyətli dövlətlərə, yaxın-uzaq havadarlarına arxayın olaraq, onlara güvənərək Böyük Sülh Sazişindən israrla qaçır - buna ən çox özünün ehtiyacı ola-ola!
Beləcə, İlham Əliyevin vurğuladığı kimi, növbəti böyük yanlışa yol verir, heç özü də bilmədən təzədən öz ayağının altını qazır, erməni xalqını növbəti fəlakətə sürükləyir. Çünki bu dəfə də altını çəkən havadarlar yox, qlobal güclərin əlində maşa olmağa öyrəşmiş ermənilər olacaq...
*****
Uzaq-yaxın havadarlardan söz düşmüşkən, bu arada Şuşa ətrafında mövqelərimiz Rusiya sülhməramlı qüvvələrinin nəzarətindəki ərazilərdə qalan erməni bandit dəstələri tərəfindən atəşə tutulmaqda davam edir. Artıq belə hallar sistematik xarakter almağa başlayıb. Belə ki, iyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri növbəti dəfə atıcı silahlardan atəşə tutulub.
Musavat.com-a Müdafiə Nazirliyindən verilən məlumatdan bir daha yəqinlik hasil olur ki, atəş sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazimizdəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Təbii ki, qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb. Ordumuzun şəxsi heyəti arasında itki və yaralanan yoxdur.
Məntiqli sual yaranır: Rusiya bu təxribatları niyə önləmir? Hələ üstəlik, olayla bağlı Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada “tərəflər arasında atışma olub”, “təmas xətti” ifadələri yer alır.
Hansı “tərəflər”, hansı “təmas xətti”? Bir ovuc quldur-separatçı nə vaxtdan Azərbaycan dövlətinə qarşı “tərəf” olub? Ölkə başçısı İlham Əliyev dəfələrə bəyan edib, srağagün bir də bəyan elədi ki, artıq konflikt çözülüb, heç bir “təmas xətti”, “status-kvo” da yoxdur. Təmas xətti indi yalnız Azərbaycanla Ermənistan arasında dövlət sərhədi sayılır, hansı ki, İrəvanın müqavimətinə rəğmən, SSRİ xəritələri əsasında dəqiqləşdirilməkdədir.
Bu azmış kimi, Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatlarında Qarabağdakı yaşayış məntəqələrimiz tez-tez ermənicə təqdim edilir, çoxdan ləğv olunmuş rayonlar erməni adları ilə göstərilir (“Martuni”, “Stepanakert” və s.) Belə çıxır, Moskva üçün DQMV, SSRİ hələ də mövcuddur? Halbuki SSRİ xəritəsi yuxarıda qeyd olunduğu kimi, yalnızca Azərbaycanla Ermənistan arasında sərhədlərin dəqiqləşdirilməsi işində kara gələ bilər. Vəssalam.
*****
Bütün bunlar Rusiya tərəfinin Qarabağda qalmış duldur dəstələrinə, tarixin zibilliyinə atılmış oyuncaq rejimə legitimlik vermək cəhdləri kimi görünür. Rusiya səfirinin Şuşaya getməməsi bu ehtimalı gücləndirir ki, zəiflətmir. Yəni bir yandan diplomat-səfir nümayişkaranə şəkildə Şuşanı ziyarətdən imtina edir, digər andan isə, bu azmış kimi, erməni bandit dəstələrinin - hansılar ki, çoxdan tərk-silah olunmalı idi - Şuşa ətrafındakı mövqelədimizi atəşə tutmasına şərait yarıdılır. Belə “sülhməramlılar” bizim nəyimizə gərəkdir? Nəhayət, biz haradan bilək ki, belə təxribatların iştirakçıları həm də elə silahlı rusların özləri deyil?
Qoyulan suallara cavablar özünü çox gözlədə bilməz. Əsas da o səbəbə ki, söhbət hər şeydən öncə Azərbaycan-Rusiya strateji tərəfdaşlıq münasibətlərinin taleyindən gedir. Azərbaycan Qarabağda xarici “dirijor çubuqları” ilə qurulan belə oyunları çox görüb. Odur ki, rəsmi Bakının, Prezident İlham Əliyevin “B planı”nln olduğuna şəkk-şübhə yoxdur.
Zatən Prezident srağagün bunun anonsunu da verdi. Ölkə rəhbərinin çıxış zamanı söylədiyi “Biz hər an müharibəyə hazır olmalıyıq” sözləri ən əvvəl “Dəmir yumruq”un saz vəziyyətdə olmasına işarədir. Eyni zamanda bu, təkcə separatçı ünsürlərə yox, onların arxasında dayanan, onları qızışdırıb üstümüzə saldırmağa çalışan xarici güclərə mesajdır.
Həmin mesaj-sitat belədir: “Əgər kimsə, mən oradan-buradan eşidirəm, yenə də başlayıb ki, məsələ öz həllini tapmalıdır, bu münaqişə həll olunmayıb. Çox yanlış və təhlükəli yoldadırlar. Əgər həll olunmayıbsa, onda qoy bizə izahat versinlər, necə həll olunmalıdır. Biz hesab edirik ki, bu, həll olunub, artıq müharibə dövrü arxada qalıb. Amma buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq”.
Əlbəttə ki, burada təkcə Rusiya nəzərdə tutulmur. İrəvana “status” məsələsində boş-boş vədlər verib, onun Bakıya qarşı barışmaz mövqeyə kökləyən, məğlub tərəf kimi deyil, qalib ədası ilə, həyasızcasına özünü aparmağa sövq edən, səfirlərini Şuşaya göndərməməklə erməni separatizminin yanında olduğunu göstərən, Minsk Qrupunu israrla diriltməyə çalışan ABŞ və Fransadan da söhbət gedir.
*****
Yeri gəlmişkən, Fransa prezidenti Emmanuel Makron tezliklə İrəvana səfər edəcək. Bu barədə məlumat artıq təsdiqlənib.
Yəqin ki, Makron İrəvandan sonra Bakıya gəlməyəcək. Hər halda, bu haqda heç nə deyilməyib. Hərçənd onun sələfi Fransua Olland 2015-ci ildə saxta soyqırımın 100-cü ildönümü ilə bağlı Ermənistanda olarkən balans xətrinə, Minsk Qrupunun həmsədr ölkəsinin rəhbəri olaraq, Bakıya da baş çəkmiş, Parisə məhz Azərbaycandan yola düşmüşdü.
Demək, Makronun İrəvana sayca ikinci səfəri də erməni revanşistləri bir az da azğınlaşdıracaq, sülh əleyhdarlarının “çörəyinin üzərinə yağ sürtəcək”, ölkəmizin ərazi bütövlüyünü tanımaqdan israrla imtina edən rəsmi İrəvanı və separatçı-terrorçuları daha da ruhlandıracaq. Demək ki, Bakının “B planı” qaçılmaza çevrilə bilər...
“Yeni Müsavat”
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Dünən, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO
Dünən, 11:14
Azərbaycan XİN Fransaya cavab verib
Dünən, 10:59
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
Dünən, 10:48
Əsgəran avtomobil yolunun inşasına start verilib
Dünən, 10:40
İlham Əliyev Kayrat Sarıbayı qəbul edib
Dünən, 10:35
Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...
Dünən, 10:27
Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA
Dünən, 10:06
Azərbaycan QHT-si Narkotiklər üzrə Vyana QHT Komitəsinə üzv qəbul edildi
Dünən, 09:55
Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır - VİDEO
Dünən, 09:37
Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli olub
Dünən, 09:18
Fransa səfiri Azərbaycandan geri çağırıldı
Dünən, 09:10
Hadı Rəcəbli vəfat edib - YENİLƏNİB - AÇIQLAMA
Dünən, 09:00
KİV: Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: TAM VƏ BİRDƏFƏLİK - VİDEO
16-04-2024, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
16-04-2024, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
16-04-2024, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
16-04-2024, 14:34
Akademik Zərifə Əliyeva
16-04-2024, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
16-04-2024, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”