Kanalizasiyaya görə rahat yeyib-içə bilməyənlər də var
Sosial
Oxunub: 1 041
19 okt 2015 | 13:47
Ağdaş şəhərinin bir hissəsində kanalizasiya sistemi ilə bağlı ciddi problem yaranıb.
Kanalizasiyaya görə rahat yeyib-içə bilməyənlər də var
Firdovsi Rafiqoğlu adlı Ağdaş rayon sakini Milli.Az-a müraciət edərək bildirib ki, Ağdaş şəhər Cəlil Məmmədquluzadə küçəsində kanalizasiya sistemi ilə bağlı bərbad vəziyyət yaranıb: "Küçədə kanalizasiya sistemi işləmir. Yağış yağır, su çəkilmir, yığılıb küçədəcə qalır. Bundan əlavə, kanalizasiya sistemi işləmədiyinə görə yağışdan sonra tullantı suları daşıb, ətrafı üfunət bürüyüb, dözülməz vəziyyət yaranıb. Artıq bir neçə ildir ki, vəziyyət bu cürdür. Məsələ ilə bağlı şəhərin kanalizasiya idarəsinə dəfələrlə müraciət etmişik. Maraqlısı budur ki, bizə vəziyyətin nə vaxt düzələcəyinə dair konkret heç bir söz deyilmir".

Vəziyyəti öyrənmək üçün Ağdaş Rayon İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər şöbəsinin müdiri Qalib Həsənovla əlaqə saxladıq. Q.Həsənov Milli.Az-a "məsləhət" gördü ki, əgər kimsə nəsə deyibsə, bunu qabartmaq lazım deyil: "Əgər bir nəfər deyirsə, problem var, bunu məgər qabartmaq lazımdır? Bütün ölkədə abadlıq işləri aparılır. Ağdaşda hər yeri qazırlar, işlər gedir. Bir dənə küçə ilə nə olacaq ki? Gedin saytınıza mövzu tapın".

Amma "Azərsu" ASC-nin Ağdaş Rayon Sukanal İdarəsinin rəisi Nəriman Rəhimov Milli.Az-a bildirdi ki, həqiqətən də şəhərin Cəlil Məmmədquluzadə küçəsində ara-sıra kanalizasiya sistemi ilə bağlı problemlər yaşanır: "Ümumiyyətlə, Cəlil Məmmədquluzadə kanalizasiya baxımından bir az problemli küçədir. Bizə oradakı kanalizasiya xətti ilə bağlı tez-tez müraciət olunur. Məsələ bundadır ki, əslində biz həmin ərazidə kanalizasiya xəttinin təmizlənməsi işlərinə ötən həftənin çərşənbə günündən bazar tərəfdən başlamışıq. C.Məmmədquluzadə küçəsinin sakinləri isə deyirlər ki, əvəlcə biz tərəfdən təmizləyin. Amma işin qaydası budur ki, axın hansı tərəfdəndirsə, əvvəlcə oradan başlanaraq ardıcıllıqla təmizlənməlidir. Aşağı hissədən təmizlənmənin heç bir səmərəsi olmayacaq. Məsələ bundadır ki, orada xətt dairəvidir və bəzi hissələr fərdi həyətlərdən keçir. Orada 3 həyətdə kanalizasiya quyuları qalıb ki, onlar da təmizlənəndən sonra C.Məmmədquluzadə küçəsinə çıxacağıq. Problem əslində kanalizasiyanın həyətlərdən keçən hissəsindədir. Vaxtilə orada torpaqlar zəbt olunub. Kanalizasiya quyuları həyətlərdə qalıb. Bəzi həyətlərdə quyunun ağzını açırlar, oraya nə gəldi atırlar. Nəticədə C.Məmmədquluzadə istiqamətindən gələn xətlər də oradan keçdiyindən tıxanma yaranır.
Buna baxmayaraq, hər hansı formada da olsa, problem ən qısa zamanda mütləq həll olunacaq. Hazırda Babək küçəsinin sonunda işlər görürük. C.Məmmədquluzadə küçəsindəki kanalizasiya problemi isə 1, maksimum 2 günə tam həll olunacaq".

İdarə rəisi onu da əlavə edib ki, Ağdaş şəhərində su və kanalizasiya sisteminin 67 faizi yenidən qurulur. Qalan 33 faizində yenidənqurmaya isə gələn ilin əvvəlində, növbəti tenderdən sonra başlanacaq. C.Məmmədquluzadə küçəsi də həmin layihələndirilən 33 faizin içindədir.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO