“Könüllülər Yurdu- Azərbaycan” layihəsi başa çatdı
Sosial
Oxunub: 1 043
20 okt 2015 | 09:34
İlin ən böyük layihəsi missiyasını başa vurub.
“ASAN Könüllüləri” təşkilatı ictimai birliyinin təşkilati dəstəyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilən “Könüllülər Yurdu –Azərbaycan” layihəsi başa çatıb.
Layihənin bağlanış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri cənab İnam Kərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru cənab Fərhad Hacıyev həmçinin layihənin baş tutuduğu regionlardan olan İcra Hakimiyyətinin nümayəndələri iştirak edib.
“ASAN Könüllüləri” təşkilatının sədri Fərid Sadıxlı layihə ilə bağlı məlumat verərək bildirib ki,layihənin keçirilməsində əsas məqsəd könüllü fəaliyyətini təbliğ etməklə gəncləri könüllü fəaliyətə cəlb etmək və bununla da sosial-ictimai sahədə regionda yaşayan gənclərinin rolunun artırılmasına nail olmaqdır
Açılış nitqi söyləyən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri cənab İnam Kərimov çıxışı zamanı bildirib ki, “ASAN xidmət”də könüllük fəaliyyəti elə “ASAN xidmət” fəaliyyətə başladığı gün başlamışdır. İlk dəfə “ASAN xidmət” mərkəzi fəaliyyətə başladığı zaman, cənab Prezident İlham Əliyev könüllülərlə görüşmüşdür.Belə demək olar ki, “ASAN xidmət”də könüllülük fəaliyyəti Cənab Prezidentin xeyir-duasıyla başlayıb.
Dövlət Agentliyinin sədri çıxışı zamanı onu da qeyd edib ki, ilk dəfə 15 nəfərlə fəaliyyətə başlayan ASAN könüllülərinin sayı bu gün 5000-dən çoxdur və bunu uğurlu gənclər siyasətini nəticəsi kimi göstərmək olar.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru cənab Fərhad Hacıyev çıxışı zamanı ilk öncə Azərbaycanın Müstəqillik günü münasibətilə mərasim iştirakçılarını təbrik edib.
Daha sonra bildirib ki, aparılan gənclər siyasətinin nəticəsidir ki, ölkəmizdə ideal gənclik yetişir, intellektual, vətənpərvər gənclər formalaşır. Avropa Oyunları ərəfəsində könüllülərin fəaliyyətinə toxunan icraçı direktor bildirib ki, bu oyunlar zamanı Azərbaycan gəncliyi bütün dünyaya öz vətənpərvərliklərini nümayiş etdirdi.
Mərasimin sonunda layihənin həyata keçirilməsində böyük dəstək göstərmiş İcra Hakimiyyətinin nümayəndələrinə mükafatlar təqdim olunub.
Əsas məqsədi Respublika miqyasında könüllük fəlsəfəsini təbliğ olunması və könüllülük hərakatını stimullaşdırması olan “Könüllülər Yurdu-Azərbaycan” layihəsi Bakı, Sumqayıt, Sabirabad, Bərdə, Gəncə, Qəbələ, Quba, Masallı və ətraf rayonları əhatə edib. Ümumilikdə 600-ə yaxın gəncin iştirak etdiyi layihədə iştirakçılara “Şəxsi inkişaf”, “Könüllülüyün fəlsəfəsi və tarixi”, “ASAN Könüllüləri” təşkilatı, “ASAN School” könüllülük məktəbi və “ASAN Kadr” karyera mərkəzi, “Dövlət orqanlarının şəxsi inkişaf üçün yaratdığı imkanlar” mövzularında müxtəlif təlimlər keçirilib.Layihə çərçivəsində uşaqlar və qocalar evinə ziyarət, az təminatlı ailələrin evinin abadlaşdırılması, ətraf mühitin tullantılardan təmizlənməsi, “Gəlin Kitab oxuyaq”, “Tütünə Yox” və bu kimi bir çox sosial yönümlü aksiyalar həyata keçirilib.
Layihə iştirakçıları üçün “ASAN xidmət” mərkəzlərinə ekskursiyalar təşkil olunub. Həmçinin layihə ərzində 10 000-dən artıq ailəyə könüllük fəaliyyəti ilə bağlı marifləndirici bukletlər (məlumat vərəqləri) paylanılıb.

Nicat Əmiraslanov

“Könüllülər Yurdu- Azərbaycan” layihəsi başa çatdı
“Könüllülər Yurdu- Azərbaycan” layihəsi başa çatdı
“Könüllülər Yurdu- Azərbaycan” layihəsi başa çatdı
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO