Azərbaycanda Aşura günü qeyd olunur
Sosial
Oxunub: 917
24 okt 2015 | 08:32
Azərbaycanda Aşura günü qeyd olunur

















Mərasim keçirilən məscidlərin siyahısı açıqlandı

Bütün müsəlman dünyasında, eləcə də Azərbaycanda bu gün Aşura günü kimi qeyd olunur.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən, Hicri-qəməri təqvimi ilə yeni Hicri 1437-ci ilin başlanğıcı - Məhərrəm ayının 1-i Miladi təqvimlə 2015-ci il oktyabr ayının 15-nə təsadüf edib.

Məhərrəm ayının 10-u - Aşura günü isə 2015-ci il oktyabr ayının 24-nə - bu günə düşür.

Fətvada deyilir ki, Aşura mərasimləri məscid ərazilərində, ibadət ocaqlarında, habelə müvafiq icra qurumları tərəfindən müəyyən edilmiş xüsusi məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının icazəsi əsasında təşkil oluna bilər. Təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmaqla Vətənimiz uğrunda şəhid olanların əziz xatirəsi də yad edilməlidir. Təziyə keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunaraq sinə vurmaq, zəncirlə və ya başqa alətlərlə qan çıxarmaq şəriətə uyğun deyil və qınağa səbəb olur. Əzadarlar özlərinə və başqalarına xəsarət yetirməməlidirlər.

“Son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu örnək din xadimləri tərəfindən təbliğ edilməlidir. Ümidvarıq ki, inşallah, dindarlarımız İmam Hüseyn (ə) təziyədarlığı zamanı bu humanist ənənəni davam etdirəcəklər. Din xadimlərimiz moizələrində Kərbəla hadisələri ilə bağlı tarixi həqiqətləri, Kərbəla şəhidliyinin mahiyyətini çatdırmaqla bərabər, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən, o cümlədən, Qarabağ, Xocalı şəhidlərinin fədakarlıq nümunəsini təlqin etməli, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan tezliklə azad olunması üçün dualar etməlidirlər”, - deyə fətvada qeyd olunur.

Bu gün son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən, tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyaların təşkili olacaq.

Qanvermə aksiyaları aşağıdakı məscidlərdə keçirilir:

Bakı şəhəri:

1. Yasamal rayonu - Təzəpir məscidi;

2. Yasamal rayonu - Hacı Soltanəli məscidi;

3. Səbail rayonu - Bibiheybət məscidi;

4. Səbail rayonu - İçərişəhər Cümə məscidi;

5. Suraxanı rayonu - Qaraçuxur məscidi;

6. Xəzər rayonu - Mir Mövsüm ağa məscidi;

7. Nizami rayonu - Keşlə qəsəbə məscidi;

8. Nəsimi rayonu - Əjdərbəy məscidi

9. Sumqayıt şəhəri - Cümə məscidi;

10. Gəncə şəhəri - İmamzadə məscidi;

11. Mingəçevir şəhəri - “Heydər məscidi;

12. Şəki şəhəri - Cümə məscidi;

13. Lənkəran şəhəri - Böyükbazar məscidi;

14. Bərdə şəhəri - Cümə məscidi;


QMİ onu da bildirib ki, Lənkəran şəhəri Böyükbazar məscidində qanvermə aksiyası Aşura günündən bir gün əvvəl, 23 oktyabr tarixində Tasua günündən başlayacaq.
Bu gün, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Bu gün, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Bu gün, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO