Telefon dinlənilməsi səlahiyyətinin polisə verilməsinin müdhiş sirri
Sosial
Oxunub: 1 138
27 okt 2015 | 08:06
Telefon dinlənilməsi səlahiyyətinin polisə verilməsinin müdhiş sirri










Məlum olduğu kimi, bugünlərdə Prezident İlham Əliyev «Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin strukturu»nda dəyişiklik edilməsi barədə fərman imzalayıb

Fərmanda dəyişikliklərin aid edildiyi bəzi sahələr və sənədlər məxfi xarakter daşıdığından, mətbuat yalnız məsələnin görünən tərəflərini işıqlandıra bildi.
Görünən isə yalnız o oldu ki, MTN-də birinci müavinlik postu təsis edildi və general Mədət Quliyev də məhz bu posta təyin olundu. Eyni zamanda, bu fərmanla indiyədək MTN-in daxilindəki bir çox idarələrin səlahiyyətlərinin və funksiyalarının məhdudlaşdırıldığı, fəaliyyət istiqamətlərinin və ya tabeçilik münasibətlərinin dəyişdirildiyi xəbəri yayıldı.
Medianın üzərində daha çox durduğu və sosial şəbəkələrdə də geniş müzakirəyə çıxarılan məsələ isə indiyədək MTN-də olan telefonların dinlənilməsi səlahiyyətinin hansı səbəbdən Daxili İşlər Nazirliyinə (DİN) də verilməsi mövzusu oldu.
Qeyd edək ki, Strateq.az hazırda da ciddi müzakirə mövzusu olan bu “telefon dinlənilməsində səlahiyyət” mövzusu ilə bağlı olduqca ilginc informasiyalar əldə edə bilib. Əvvəla, dəqiqləşdirilib ki, əməliyyat zərurəti ilə əlaqədar olaraq, telefonların dinlənilməsi səlahiyyəti ayrıca götürülmüş bir qurumda yox, bundan sonra paralel şəkildə hər iki qurumda – həm DİN-də, həm də MTN-də olacaq, onlara ümumi nəzarəti isə Xüsusi Dövlət Mühafizə Xidməti həyata keçirəcək.
Belə bir qərarın alınmasının səbəbinə gəldikdəsə, Strateq.az mötəbər mənbələrdən bununla bağlı da olduqca sensasion bilgilər əldə edib.
Məlumata görə, MTN-dəki məlum dəstənin fəaliyyətinin izlənməsi zamanı bu şəbəkənin təkcə ayrı-ayrı iş adamlarını, imkanlı və vəzifəli şəxsləri deyil, əməliyyat-axtarış fəaliyyəti ilə məşğul olan digər dövlət qurumlarının – xüsusən də Daxil İşlər Nazirliyinin və Respublika Prokurorluğunun əməkdaşlarını da dinlədikləri aşkarlanıb!
Konkret dəlil-sübutlarla müəyyən edilib ki, MTN-dəki məlum dəstə səlahiyyətlərindən və əllərində olan texniki imkanlardan, dinləmə qurğularından yararlanaraq, xüsusən DİN əməkdaşlarının hazırlayıb həyata keçirmək istədikləri məxfi əməliyyat tədbirləri, eləcə də gizli agentura şəbəkəsi barədə öncədən məlumatlı olaraq, bu informasiyalardan bir neçə məqsəd üçün istifadə ediblər:

1. Polisin əldə etdiyi informasiya özününküləşdirilərək, qabaqlayıcı addımlar atılıb;
2. Polisin bəzi əhəmiyyətli sektorlardakı (xüsusən cinayət aləmindəki, siyasi sferadakı, narkotik qaçaqmalçılığının mövcud olduğu ərazilərdə və s.) mühüm informasiya mənbələri öyrənilərək, o mənbələri müxtəlif şantaj vasitəsi ilə öz agentura şəbəkələrinə daxil etməyə və “ikili əməkdaşlığa” cəlb etməyə səy göstəriblər;
3. Bir çox hallarda polisin hər hansısa cinayətdə şübhəli bilib barəsində əməliyyat tədbiri apardığı vacib şəxslərə informasiya məqsədli şəkildə sızdırılmaqla, onları vaxtında duyuq salıblar və bunun qarşılığında da ya külli miqdarda qazanc əldə ediblər, ya da həmin şəxsləri məxfi əməkdaşlığa cəlb ediblər…


Onu da qeyd edək ki, MTN-dəki məlum dəstənin sabit şəkildə informasiya sızdırdığı şəxslər arasında xarici ölkə vətəndaşlarının da olduğunun müəyyənləşdirildiyi və onların bəzilərinin isə konkret ölkələrin xüsusi xidmət servisləriylə əlaqələrinin ola biləcəyi ehtimalının da hazırda istintaq qrupunun diqqətini çəkdiyi bildirilir…
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR
Dünən, 13:24
Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq
Dünən, 12:23
Astana İrəvanla Bakıya dəstək verməyə hazırdır - Tokayev
Dünən, 12:19
Təhlükə var: Çölə çıxmayın! - İki gün boyunca…
Dünən, 12:06
İsrail İranın hücumuna tezliklə cavab verəcək - WSJ
Dünən, 12:01
İrəvan və Astana qardaşlaşmış şəhərlər oldu
Dünən, 11:12
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək - RƏSMİ
Dünən, 11:08
Dollar bahalaşır - SƏBƏB
Dünən, 10:56
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım günüdür
Dünən, 10:38
May ayında 10 gün iş olmayacaq
Dünən, 10:31
Azərbaycanlı aparıcı həmcinsi ilə nişanlandı - FOTO
Dünən, 10:28
Türkiyədə bələdiyyə sədri həbs olundu - FOTO
Dünən, 10:00
Zelenskidən çoxmənalı paylaşım: Dünyada istənilən raketləri dayandırmaq üçün...
Dünən, 09:43
İranın hücumundan sonra neft qiymətləri düşür
Dünən, 09:39
Azərbaycanda zəlzələ olub
Dünən, 09:35
“Danışılmış savaş” iddiası – Aradakı sekundantların Vaşinqton və Ankara olduğu deyilir
Dünən, 09:19
ABŞ Rusiya və Çinin ortaq qatılacağı savaşdan çəkinir: Ağ Ev Yaxın Şərqdə yeni "qırmızı cizgiləri" təyin etdi