Elza Seyidcahan: Mənə sui-qəsd hazırlanıb
Sosial
Oxunub: 895
2 noy 2015 | 08:58
Elza Seyidcahan: Mənə sui-qəsd hazırlanıb












“Exit-polların gedib-gələn nəfəsləri də yalandır”

Seçkilərdə çox böyük saxtakarlıqlar oldu. Səsverməyə gələn bir nəfər qutuya 5, digəri isə 10 seçki bülleteni atdı. Din xadimləri gördüm ki, barmaqlarına boya vurmadılar ki, dəstəmaz almışıq.

Bunu Cebhe.info-ya 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən namizəd, müğənni Elza Seyidcahan səsvermənin nəticələri ilə bağlı açıqlamasında bildirib. Azərbaycan qanunlarına inandığını deyən müğənni səsvermə zamanı aşkarladığı qanun pozuntularının MSK tərəfindən araşdırılacağına əmin olduğunu deyib:

“Bu gün məntəqələrdə mənim müşahidəçilərimə təzyiqlər edildi. Hətta onlara rüşvət təklif olundu. Çox nöqsanlar oldu. Amma hamısını açıqlamaq istəmirəm. Bütün saxtakarlıqları qeyd etmişəm. Buna baxmayaraq, məntəqə sədrləri baş verən nöqsanlara göz yumdu. İnanıram ki, bu saxtakarlıqlar araşdırılacaq.

Mən MSK-dan xahiş edəcəyəm ki, bülletenlər orada sayılsın və bu böyük qanun pozuntusu aradan qaldırılsın. MSK qanun pozuntuları barədə ölçü götürəcək, necə ki, mənim imzalarımı saxtalaşdırmışdılar.

Əks halda bəstəkar və incəsənət xadimi kimi yaradıcılığımdan çox sınacağam. Şabran-Siyəzən camaatı deyirdi ki, biz sizə səs verəcəyik, amma qutudan Tahir Süleymanovun səsi cıxacaq. Bizi niyə incidirsiz? Elə də oldu. Mən MSK-nın ədalətli hüququna güvənib bura gəlmişəm.

Exit-polun 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən Tahir Süleymanovu elan etməsi məsələsinə gəlincə, Elza Seyidcahan:

“Exit-polların gedib-gələn nəfəsləri də yalandır. Mən bu yola gəlməyimə təəssüflənirəm, bir tərəfdən də peşman deyiləm. İnanıram ki, millət vəkili seçiləcəyəm. Tahir Süleymanovun səlahiyyətli nümayəndəsi Etibar Heydərov öz iddiasına çatmaq üçün, dövlətin adından istifadə edərək deyir ki, biz bura göndərilmişik. Amma mən buna inanmıram.

Onların saxtakarlıqlarının qarşısı alınacaq. Haqq öz sözünü deyəcək. Bu dairədən bütün səsləri mən toplamışam. Prezident İlham Əliyevə, xanımı Mehriban Əliyevaya, Milli Təhlükəsizlik Nazirliyinə, Mərkəzi Seçki Komissiyasına məktublarla müraciətlər etmişəm. Bildiyimə görə rayonun məktəblərində qapalı iclaslar keçirilib ki, Tahir Süleymanova səs verməyənlər işdən kənarlaşdırılacaq.

Buna baxmayaraq, bütün insanlar mənə səs veriblər. Onlar ağlaya-ağlaya qalıblar. Ona görə də Məzahir Pənahovun bu məsələdə ədalətli qərar verəcəyinə inanıram. Etibar Heydərov sadə insanlara təzyiq göstərib. Hətta o mənim müşahidəçilərimi otağa apararaq onlara bildirib ki, qutuları dəyişdirməliyik. Elza Seyidcahan bizdən deyil. Bura Tahir Süleymanov göndərilib. Bu nə deməkdir? Tahir Süleymanov millət vəkilliyini özəlləşdirib. Onun sağlamlığı da buna imkan vermir. Hətta seçicilər də etiraf edirlər ki, 15 il ərzində onlar bu millət vəkilini ümumiyyətlə görməyiblər”.

Müğənni onu da əlavə edib ki, təbliğat-təşviqat kampaniyası dövründə ona bir neçə dəfə sui-qəsd hazırlanıb:

“Məni bir ay ərzində ancaq izləyiblər. Bütün avtomobillər məni izlədiyi üçün bir neçə dəfə az qala maşın altına düşüm. Dəfələrlə qəzalardan sovuşmuşam. Azərbaycan demokratik ölkədir. Bizim qanunvericiliyimizin şəffaflığı qorunur. Əfsuslar olsun ki, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsində Etibar Heydərov kimilərin qorxusu altında qanunlar pozulur. Mərkəzi Seçki Komissiyasından böyük ümidlərlə cavab gözləyirəm”.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb