Sərdar Cəlaloğlu: Cənnətdəki qadının cinsiyyət orqanı yoxdur
Sosial
Oxunub: 1 126
4 noy 2015 | 09:08
Sərdar Cəlaloğlu: Cənnətdəki qadının cinsiyyət orqanı yoxdur












“Məhərrəmlik xristianlıqdan götürülmüş bir adətdir”

Cənnətdəki əbədi bakirənin bir orqan kimi qızlığı yoxdur. “Quran”da cənnətdə vəd olunan həmin qadının cinsiyyət orqanı yoxdur. Allah buyurur ki, cənnətdəki həmin varlıq adi həyatda bir qadının kişiyə verdiyi zövqdən də yüksək bir həzz yaşadacaq. Bu, bizim dünyamızda ülvi məhəbbətin kişilərdə yaratdığı zövqdən milyard dəfə böyük olacaq. Özü də şəhvət olmadan

Bunu Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu modern.az saytının “Siyasətçi və din” rubrikasına verdiyi müsahibəsində bildirib.

İslam dini ilə bağlı fikirlərini paylaşan partiya sədri bildirib ki, İslamda təriqətlərin yaranmasının yeganə səbəbi “Quran”ı düzgün başa düşməməkdir.

““Quran”da buyurulur ki, insan bu kitabı oxuduqda, hansısa çətinliyə rast gəlirsə, dayanmalıdır. Amma bəzi alimlər həmin çətin başa düşülən ayələri öz istədikləri kimi yozurlar...”, - deyə, o, bildirib.

Partiya sədri iddia edir ki, İslam alimləri, axundlar, mollalar bunu başa düşmürlər.

“Ona görə də başlayırlar axirəti bu dünya kimi təsəvvür etməyə. Deyirlər ki, o dünyada, cənnətdə qadınlar olacaq, kef olacaq. Allah bu dünyada kişi üçün arvad yaradıbsa, o biri dünyada qadına nə ehtiyac var?! Və ya hər iki dünyanın yaranmasının nə mənası var?!”, - deyə, o, bildirib.

Cəlaloğlu həmçinin bəyan edib ki, Məhərrəmlik xristianlıqdan götürülmüş bir adətdir.

“Xristianlar İncili təhrif ediblər. Bəzi xristianlar İsa peyğəmbərin çarmıxa çəkilməsini dəhşətli ağlaşma və özlərinə əzab verməklə qeyd edilər. Hətta bəziləri özlərini İsa peyğəmbər kimi çarmıxa çəkirlər.

Bizdə də şiələr başlarını yararaq qan çıxarırlar. Halbuki, imam Hüseynin başını kəsiblər. Onda kim ki özünü ona oxşatmaq istəyir, başını kəsməlidir. Xristianlıq İslamdan əvvəl olduğuna görə biz deyə bilmərik ki, onlar öz adətlərini Məhərrəmlikdən götürüblər. Deməli, Məhərrəmlik xristianlığın bəzi qollarından götürülüb. Ümumiyyətlə, şiəlik, xristianlığın, sünnilik isə yəhudiliyin İslam dininə tətbiqidir”, - deyə, o, iddia edir.

Partiya sədrinin sözlərinə görə, Misir alimləri müəyyənləşdiriblər ki, Dəccal Azərbaycan ərazisində peyda olacaq:

“Mən Misir alimlərinin qənaətini ona görə təsdiq edirəm ki, bunun 3 nümunəsi Azərbaycanda olub. Həsən Sabbah (Nizari İsmaililər dövlətinin ilk hökmdarı, hakimiyyət illəri 1090-1124 – red.) niyə məzh Azərbaycana gəlmişdi? Çünki onun ideyasının ayaq tutub yeriməsi, yayılması üçün şərtlər məzh Azərbaycanda idi. Babək İslam tarixində yeganə şəxs olub ki, özü müsəlman ola-olan İslam dininə qarşı mübarizə aparıb”.

Partiya sədri həmçinin bəyan edib ki, Babəkin, Azərbaycan xalqına, Azərbaycan tarixinə heç bir aidiyyatı yoxdur:

“Bizdə tarix təhrif edilir, Babək qəhrəman kimi təqdim olunur. Xürrəmi hərəkatı Hindistan, Pakistan, Əfqanıstanı əhatə edən bir təriqət olub. Bu təriqətin əsas mahiyyəti atəşpərəstliklə buddizmi İslama tətbiq etmək olub. Xürrəmilər atəşpərəstlikdən kef çəkməyi, buddizmdən isə ruhun keçməsi ilə təlimi əxz ediblər”.

Sərdar Cəlaloğlu həmçinin donuz ətinin islamda niyə haram buyrulması fikrinə aydınlıq gətirib:

“Allah deyir ki, o insanların bəzilərini meymuna və donuza çevirib. Deməli, Allah deyir ki, meymunların bəzi növləri insandan əmələ gəlib. Bu, həm də o deməkdir ki, insan varlığı iki yerə parçalanıb, onun bir formasından meymun, bir formasından isə donuz yaranıb.

Yəni, insanın mahiyyəti bu heyvanlara keçib. Donuzun İslamda yeyilməsinin qadağan olunmasının səbəbi də budur. Donuz insandan əmələ gəlib. Kim ki, donuz əti yeyirsə, deməli, o, insan əti yeyir”.
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO