Son 10 ilin ən soyuq qışı gəlir
Sosial
Oxunub: 1 367
8 noy 2015 | 09:02
Son 10 ilin ən soyuq qışı gəlir










"Əgər Bakıda 3-5 dərəcə şaxta olacaqsa, Bakı küləyi onu 15 dərəcəyə qaldıracaq"

Dünya son 10 ilin ən soyuq qışını gözləyir. Bu barədə ABŞ Milli Okean və Atmosfer Agentliyi məlumat yayıb.

Azerinfo.az Sputnik.az-a istinadən bildirir ki, qurumun apardığı müşahidələr nəticəsində bəlli olub ki, axırıncı dəfə 1997 - 98-ci ildə müşahidə olunan "Super El Nino" qasırğası bu qış da özünü göstərəcək. İntensiv qar, qasırğa, sel, torpaq sürüşməsi və quraqlığa səbəb olan "El Nino" bu qış dünyanın qütblərində pik həddə çatacaq. Xüsusilə yanvar və fevral aylarında dondurucu soyuqlar gözlənilir.

Milli ekoloji proqnozlaşdırma mərkəzinin prezidenti Telman Zeynalovun fikrincə, bu qış sərt deyil, soyuq keçəcək:

"Qış sərt keçməyəcək, qışımız soyuq keçəcək. Keçən il oktyabr ayında yağıntılar yağmırdı, amma hava çox soyuq idi. Bu, oktyabrın 25-dən başlamışdı, bu il isə oktyabrın beşindən başlayıb, yəni qabaqlayıb. Gördüyünüz kimi, havalar soyuq keçir. Oktyabrın axırıdır hələ də yağışlar səngimir; dağlara qar yağır, yerə isə yağış tökür, sürüşmələr baş verir. Xaricilər deyəndə ki, Azərbaycanda hava həddən artıq sərt keçəcək, 30 dərəcə şaxta olacaq - tamamilə cəfəngiyatdır, buna inanmayın.

Əgər Bakıda 3-5 dərəcə şaxta olacaqsa, Bakı küləyi onu 15 dərəcəyə qaldıracaq. Son ilə qədər Azərbaycanda yayın quraqlı, qışın isə mülayim keçməyinin səbəblərindən biri cənub küləklərinin əsməsi idi. Yayı da, qışı da bizdə əsasən cənub küləkləri əsirdi, ona görə də bizdə mülayim hava şəraiti var idi".

Qeyd etmək lazımdır ki, son vaxtlar əhali arasında yayılan "dəhşətli" proqnozlar tək qış ilə bağlı deyil. Azərbaycanda güclü zəlzələnin, eləcə də ciddi torpaq sürüşmələrinin baş verəcəyi haqda da xəbərlər yayılmışdı. Bəs bütün bu proqnozlar nə dərəcədə reallığa uyğundur? Telman Zeynalovun fikrincə, son günlər yayılan bu söhbətlər cəfəngiyatdan artıq bir şey deyil:

"İqlim dəyişikləri ilə əlaqədar həddən artıq çox pessimist və qorxuducu məlumatlar yayılır. Amma indiyənədək heç bir elm - hidrologiya, geologiya, metrologiya və ya baçqası bir həftə əvvəl proqnoz verə bilməz ki, dünyada nələr baş verəcək. Bu cəfəngiyatdır".

Qeyd edək ki, ekspert yayılan dezinformasiyalar səbəbindən əhalini təşvişə düşməməyə çağırıb.
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"