Azərbaycanda məktəblilərin saç düzümünü standartlaşdırmaq təklif olundu
Sosial
Oxunub: 999
10 noy 2015 | 09:19
Azərbaycanda məktəblilərin saç düzümünü standartlaşdırmaq təklif olundu











“Valideynlər məktəb rəhbərliyinə narazılıq edirlər”

Sovet dövründə şagirdlərin geyimləri ilə yanaşı, onların saç düzümlərinə də ciddi nəzarət edilirdi. Oğlanların və qızların saç düzümləri klassik formada olmalı idi. Həmin dövrdəki ciddi nəzarətin nəticəsi idi ki, saçlarını açıq formada qoyan, mövcud standartlarda məktəbə gəlməyən şagirdlər, alınlarını telləri ilə örtən qızların məktəb binasına daxil olmasına icazə verilmirdi. Lakin son dövlərdə bu sahədə nəzarətin zəifləməsi nəticəsində şagirdlər məktəbliyə yaraşmayan saç düzümlərinə üstünlük verərək istənilən saç forması ilə məktəb binasına daxil ola və dərslərdə iştirak edə bilirlər.

Təhsil üzrə ekspert Şahlar Əsgərov Trend-ə verdiyi açıqlamasında bildirib ki, liberal təhsildə təhsilalanlara azadlıq verilməlidir.

Amma orta məktəblərdə ümumi işin xeyrinə şagirdlərin geyimlərinə, onların sac düzümlərinə diqqət yetirilməli və onlarla bağlı müəyyən məhdudiyyətlər qoyulmalıdır: “Orta məktəblərdə vahid geyim formasından istifadə ediriksə, onda sac düzümünə də hansısa məhdudiyyət, sədd qoyulmalıdır. Əgər məktəblilərin sərbəst geyim forması olsa idi, onda onların saç düzümləri də sərbəst olardı. Geyimə məhdudiyyət qoyulursa, vahid forma geyimi tətbiq olunursa, onda sac düzümü də bu məntiqə uyğun olmalıdır”.

Bakının Xəzər rayonunun 230 saylı orta məktəbinin direktoru, təhsil eksperti Elşən Qafarov bildirib ki, məktəb sistemində məktəbli formasının tətbiqi, eyni zamanda, standart saç formasının olması, ümumilikdə şagirdin orta məktəbə gəlmə qaydası ilə bağlı konkret rəsmi təlimat olmalıdır.

E.Qafarov deyib ki, özəl məktəblərdə bununla bağlı təlimat olsa da, dövlət məktəblərində belə bir təlimat yoxdur:

"Bu isə məktəblərdə çox böyük çətinliklər yaradır. Bu gün əlimizdə elə bir təlimat yoxdur. Şagirdlərə saç forması ilə bağlı iradlar bildirəndə, valideynlər məktəb rəhbərliyinə narazılıq edirlər”.

E.Qafarov bildirib ki, sac forması ilə əlaqədar problem daha çox yetkinlik yaşına çatan qızlarla - 9-11-ci sinif şagirdləri ilə bağlı yaranır:

“Qızlar saç düzümlərini məktəbliyə uyğun olmayan formada edirlər. Oğlanlar arasında da məktəbli üçün uyğun olmayan müxtəlif sac düzümlərinin edilməsi halları artıb. Bu da məktəbdə təlim-tərbiyə işlərinin qurulmasında əlavə problemlər yaradır. Son zamanlar oğlanlar arasında yeni dəb düşüb. Oğlanlar göy rəngli şalvar geyinsələr də, onları daraldırlar, nəticədə isə çox eybəcər bir forma yaranır”.

E.Qafarovun fikrincə, məktəblinin saç düzümü sadə olmalı, oğlanlarda sacın uzunluğu 4-5 sm-dən artıq olmamalı və klassik formada olmalıdır:

"Qızların saçları isə hər hansı stildə deyil, sadə formada yığılmalı, xüsusi bəzəklərdən istifadə edilməməlidir. Hazırda bu bəzəklərdən çox istifadə edilir. Təəssüf ki, buna çox hallarda valideynlər özləri rəvac verirlər. Valldeyn qızını məktəbə yola salarkən onun sacına, geyiminə diqqət yetirməlidir”.

Ekspert hesab edir ki, hər bir məktəbin özünün nizamnaməsi olmalı və orada bu məsələlərin hamısı qeyd edilməli, çərçivə qaydaları müəyyənləşdirilməlidir.

Təhsil Nazirliyindən isə Trend-in sorğusuna cavab olaraq bildirilib ki, məktəblilər üçün vahid saç düzümünün tətbiqi mümkün deyil. Amma şagirdlərin məktəbə sadə saç düzümündə gəlmələri məqsədəuyğun hesab edilir.

Nazirlik hesab edir ki, bu məsələ məktəbin nizamnaməsi ilə müəyyən olunan daxili intizam qaydalarında da əks edilə bilər:

“Saç düzümü ilə bağlı qoyulan qaydanı pozan şagirdin cəzalandırılmasına gəlincə, hər hansı bir cəza növü heç də həmişə tərbiyə elementinə çevrilmir. Uşaqlara həssaslıqla yanaşma, izah və təbliğ vasitələrindən bacarıqla istifadə etmə onları hər hansı bir yanlışlıqdan çəkindirməkdə ən etibarlı təsir vasitəsidir”.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ