Pulsuz dərmanlar hansılardır və onları haradan almaq olar? – SİYAHI/ÜNVAN
Sosial
Oxunub: 2 594
20 noy 2015 | 10:32
Pulsuz dərmanlar hansılardır və onları haradan almaq olar? – SİYAHI/ÜNVAN







Bir neçə gün əvvəl Səhiyyə Nazirliyi “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları”na dəyişiklik etdi. Yeni qaydalara əsasən, bundan sonra həkim resepti əsasında buraxılan dərman vasitələrinin reseptsiz buraxılması qadağandır. Resept əsasında isə yalnız Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələri buraxılacaq

Dəyişiklikdə pulsuz verilməli olan dərmanlarla da bağlı bənd var. Göstərilir ki, ödənişsiz şərtlərlə dərman almaq hüququna malik olan şəxslərə dərman preparatı yazmaq üçün istifadə olunan ödənişsiz resept blanklarının bu qaydalara əlavə olunan forma (4 nömrəli əlavə) üzrə qeydiyyatı aparılacaq. Ödənişsiz dərman vasitələrinin buraxılışı Səhiyyə Nazirliyi və ya onun yerli idarə və müəssisələri tərəfindən müəyyən olunmuş aptek təşkilatlarında həyata keçiriləcək. Ödənişsiz dərman vasitələri buraxılarkən onlara yazılan resept blankının əsas hissəsi aptek təşkilatında qalır, kötük hissəsi isə alıcıya verilir. Ümumilikdə, dərman vasitələrinə yazılan reseptlərin etibarlılıq müddəti 90 gün, ödənişsiz dərman vasitələrinə isə 30 gündür.
Bunları nəzərə alaraq Publika.az, ümumiyyətlə, hansı dərmanların pulsuz verilməli və haradan alınmalı olduğunu araşdırıb.
Səhiyyə Nazirliyindən Publika.az-ın sorğusuna verilən cavabda bildirilir ki, Azərbaycanda dövlət səhiyyəsi əhaliyə ödənişsiz xidmət edir. Əhalinin pulsuz olaraq dərman vasitələri və ləvazimatları ilə təchiz edilməsi üçün bu və ya digər xəstəliklər üzrə Dövlət Proqramları qəbul edilib: “Bu gün ölkədə xəstələrin bir çox qrupu dövlət tərəfindən pulsuz dərman vasitələri ilə təmin olunurlar. Səhiyyə nazirinin 01.12.2005-ci il tarixli əmrinə əsasən stasionarda müalicə alan bütün xəstələrə 166 adda dərman vasitələri pulsuz verilir. Bundan başqa, müxtəlif imtiyazlı qruplara daxil olan xəstələrə (şəkər xəstələri, I, II qrup əlillər, Qarabağ və Böyük Vətən Müharibəsi əlilləri və s.) 99 adda dərman preparatları pulsuz paylanılır. Şəkərli diabet və onkoloji xəstələr də lazımi dərman vasitələri ilə dövlət tərəfindən pulsuz təmin olunurlar.
Xroniki böyrək çatışmazlığı olan xəstələrin müalicəsi üçün də lazımi dərman vasitələri tam həcmdə pulsuz verilir”.
Bu dərmanlar pulsuzdur
Şəkərli diabet üzrə Dövlət Proqramına uyğun nəzərdə tutulmuş dərman vasitələri:


dərman preparatının adı
1
İNS Aktrapid HM 100 TV 10 ml
2
İNS İnsulatard HM 100 TV 10 ml
3
İNS Mikstard HM 100TV 10 ml
4
İNS Lantus Solostar 100TV 3ml № 5
5
İNS Levemir flexpen 100TV 3ml № 5
6
İNS NovoMiks flexpen 100TV 3ml № 5
7
İNS Novorapid flexpen 100TV 3ml № 5
8
Metformin 500 mq N60
9
Metformin 850 mq N60
10
Qlikvidon 30mq N60
11
Qliklazid 60 mq N30
12
Qlimepirid 2mq N30
13
Qlimepirid 3 mq N30
14
Qlimepirid 4 mq N30
15
Şpris 1,0 insulin
16
Test stripi № 50 “Optimum” qlukometrinə uyğun
17
Test stripi № 25 “Medi Smatr Sapphire” qlukometrinə uyğun
18
Test stripi № 25 “Nova Sens” qlukometrinə uyğun
Imtiyazlı qruplara daxil olan xəstələrin təminatı üçün dərman vasitələri:

dərman preparatının adı
1
Adelfan ezidreks №10
2
Adenozinüçfosfor t-su (ATF) 1% 1ml №10
3
Aktivləşdirilmiş kömür 0,25qr N10
4
Aktoveqin 200mq 5ml №5
5
Allaxol Nq10
6
Almaqel (algeldrat+Mg hidroksid) 170ml
7
Aminofillin (eufillin) 0,15 №30
8
Aminofillin (eufillin) 2,4% 5ml №10
9
Amiodaron 200mq №30
10
Amlodipin 5mq №30 (vackorel)
11
Ampisillin Na 0,5qr
12
Ampisillin trihidrat 250mq Ns10
13
Askorbin turşusu 5% 2ml Nfi10
14
Aspirin (asetilsalisil t-su) 0,5qr N10
15
Baralqin5ml №5
16
Benzilpenisillin Na 1,0
17
Betametazon məlhəm 0,1% 30qr (diprosalik)
18
Bromqeksin 8mq Ns50
19
Bromqeksin 8mq/5ml 150ml
20
Deksametazon 4mq 1ml №5
21
Desmopressin nazal sprey 10mq 5ml (minirin)
22
Dibazol (bendazol q/xl) 1% 1ml N10
23
Difenhidramin h/xl (dimedrol) 1% 1ml Nq10
24
Difenhidramin h/xl (dimedrol) N10
25
Diklofenak Na 50mq №20
26
Diklofenak Na 75mq 3ml №5
27
Drotaverin h/xl 2% 2ml N°10
28
Drotaverin h/xl 0,04 Nfi20
29
Ekstrakt valerian 0,02 N50
30
Enalapril 10mq Nq20
31
Enalapril 20mq Ns20
32
Essensiale-H 250mq 5ml Nö5
33
Essensiale-forte H 300mq Nq30
34
Etamzilat 2ml Ns10
35
Fenoterol (Berotek) 10ml 100mkq 200 doz
36
Festal Ns10
37
Flukonazol 150mq Ns1
38
Furosemid 1%2ml Ns10
39
Furosemid 40mq Ns50
40
Intal(Kromolin-Natriy) 5mq 112 doz
41
Kalimin (piridostiqmin bromid) 60mq Ns100
42
Kalsium qlukonat 10% 10ml Ns10
43
Kaptopril 25mq Nq40
44
Kaptopril 50 mq Ns20
45
Kartan (L-kamitin) 5ml Ns5
46
Kokarboksilaza 50mq Ns5
47
Korqlükon 0,06% 1ml Ns10
48
Korvalol 25ml
49
Kvinaks (azapentasen) 15ml
50
Metamizol(analqin) 50% 2ml NqIO
51
Metamizol(analqin) 500mq N10
52
Metipred (metilprednizolon)4mq Ns30
53
Metoklopromid 0,5% 2ml №10
54
Metoprolol 50mq№30
55
Nifedipin 10mq№50
56
Niketamid (kordiamin) 25% 2ml N10
57
Nikotin turşusu 1% 1ml N10
58
Niserqolin (sermion) 4ml №4
59
Niserqolin (sermion) 5mq №30
60
Nandrolon 50mq/ml №1 (retabolil)
61
Oftan kataxrom 10 ml
62
0ksibral30mq Ns20
63
Omeprazol 20mq №30
64
Pananqin (K-Mq aspartat) 10ml №5
65
Pananqin (K-Mq aspartat) №50
66
Papaverin h/xl 2% 2ml №10
67
Pilokarpin h/xl 2% 5ml №2
68
Pirasetam 400mq №60
69
Pirasetam 20% 5ml №10
70
Piridoksin h\x5%1ml№10 (vit B6)
71
Platifillin hidrotartrat 0,2% 1m I№10
72
Polivitamin №30
73
Prednizolon 25mq 1ml N3
74
Prednizolon 5mq №60
75
Prokain h/xl(novokain) 0,5% 5ml №10
76
Qentamisin sulfat 4% 2ml №10
77
Riboksin (inozin) 0,2 qr №50
78
Riboksin (inozin)2% 5ml №10
79
Salbutamol 10ml 200doz
80
Serebrolizin 1ml N10
81
Seretid rotadisk 50/250mkq 60doz
82
Sianokobalamin 500mkq 1ml №10
83
Sinnarizin 25mq №50
84
Solkoseril 2ml №25
85
Solkoseril 5% məlhəm 20qr
86
Sulfokamfokain 10% 2ml №10
87
Xloropiramin 2% 1ml №5
88
Suprastin (xloropiramin) 25mq №20
89
Tlamin xlorid 5% 1ml №10
90
Timolol (timolol maleat) 0,5% 10ml
91
Tioqamma 600mq N«30
92
Tioqamma turbo 50ml
93
Trental (pentoksifillin) 100mq №60
94
Trental (pentoksifillin) 2% 5ml №5
95
Trental (pentoksifillin) 400mq №20
96
Triamsinolon (polkortolon) 4mq №50
97
Trimetazidin (PreduktalMR) 35mq Me60
98
Troksivazin 300mq №50
99
Troksivazin qel 2% 40qr
100
Veroşpiron (spironolakton) 25mq №20
101
Vinposetin (kavinton) 10mq 2ml N10
102
Vinposetin 5mq №50
103
Şpris 10.0
104
Şpris 2.0
105
Şpris 5.0


Səhiyyə Nazirliyi xəstələrə pulsuz dərmanların hansı apteklərdə, tibb müəssisələrində verilməsinə də aydınlıq gətirib.
Nazirlikdən Publika.az-ın sorğusuna verilən cavabda deyilir: “Təsdiq olunmuş dispanser qrup əsasında dövlət tərəfindən alınmış pulsuz dərman preparatları və ləvazimatlar əhaliyə qeydiyyatda olduqları yaşayış yeri üzrə poliklinikalarda təyin olunmuş mütəxəssislər tərəfindən yazılmış imtiyazlı reseptlər əsasında yerli poliklinikaların apteklərində təqdim olunur.
Dövlət xəstəxanalarında əhali pulsuz olaraq müalicə edilir, mütəxəssislərin təyinatı ilə dərman preparatları və ləvazimatlarla təmin olunur. Zəruri hallarda xəstəxananın konsiliumunun kollegial qərarı ilə xəstənin müalicəsi üçün dövlət hesabına pulsuz olaraq təqdim olunan dərmanların siyahısına daxil olmayan preparatlar xəstənin müalicəsi üçün təyin oluna bilər.
Eyni zamanda, bütün zəruri tibbi avadanlıqlarla təchiz edilmiş təcili təxirəsalınmaz tibbi yardım maşınlarında ehtiyacı olan vətəndaşlara geniş spektri əhatə edən dərman preparatları və ləvazimatlar tamamilə pulsuz təqdim edilir”.
Pulsuz dərmanları bu ünvanlardan almaq olar (Bakı):


rayon
tibb müəssisəsinin adı
ünvan
1
Səbail
1 saylı Şəhər Poliklinikası
Bülbül prospekti, 8
2
Səbail
33 saylı Şəhər Polikiinikası
Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi, 11/6
3
Nəsimi
20 saylı Şəhər Poliklinikası
3-cu mikrorayon, Cavadxan küçəsi, 22
4
Nəsimi
5 saylı Şəhər Poliklinikası
Bakıxanov küçəsi
5
Nərimanov
4 saylı Şəhər Poliklinikası
Təbriz küçəsi
6
Yasamal
3 saylı Şəhər Poliklinikası
C.Cabbarlı küçəsi
7
Yasamal
16 saylı Şəhər Poliklinikası
Inşaatçılar prospekti, 12/26 1
8
Yasamal
19 saylı Şəhər Poliklinikası
Zərdabi küçəsi, 61
9
Nizami
18 saylı Birləşmiş Şəhər Xəstəxanası
Nəsimi küçəsi, 11
10
Xətai
7 saylı Şəhər Poliklinikası
M.Rüstəmov küçəsi, 1
11
Binəqədi
9 saylı Şəhər Poliklinikası
9-cu mikrorayon, Mir Cəlal küçəsi
12
Xəzər
14 saylı Birləşmiş Şəhər Xəstəxanası
Buzovna qəsəbəsi, R.İmanov küçəsi, 2A
13
Xəzər
29 saylı Birləşmiş Şəhər Xəstəxanası
Binə qəsəbəsi, Fuad Aynulov küçəsi, 2
14
Xəzər
10 saylı Birləşmiş Şəhər Xəstəxanası
Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, keçid 22/13
15
Xəzər
26 saylı Birləşmiş Şəhər Xəstəxanası
Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsi, 6
16
Sabunçu
11 saylı Şəhər Poliklinikası
Bakıxanov qəsəbəsi 1, Səməd Vurğun küçəsi, 8
17
Sabunçu
3 saylı Klinik Xəstəxanası
Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi, 20
18
Sabunçu
7 saylı Birləşmiş Şəhər Xəstəxanası
Maştağa qəsəbəsi, N.Nərimanov küçəsi, 41
19
Sabunçu
21 saylı Şəhər Poliklinikası
Zabrat qəsəbəsi 1, A.Axundov küçəsi, 28
20
Sabunçu
Kürdəxanı Sağlamlıq Mərkəzi
Kürdəxanı qəsəbəsi, Məşədi Adil küçəsi, 5
21
Suraxanı
24 saylı Şəhər Poliklinikası
Bülbülə qəsəbəsi
22
Suraxanı
15 saylı Birləşmiş Şəhər Xəstəxanası
Qaraçuxur qəsəbəsi Ə.Mehbalıyev küç.14
23
Qaradağ
23 saylı Birləşmiş Şəhər Xəstəxanası
Sahil qəsəbəsi, Sahil küçəsi
24
Qaradağ
32 saylı Şəhər Poliklinikası
Ələt qəsəbəsi
25
Qaradağ
19 saylı Birləşmiş Şəhər Xəstəxanası
Lökbatan qəsəbəsi, Nizami küçəsi, 9
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO