Bakıda polis restorandan rüşvət istədi - ŞOK XƏBƏR
Sosial
Oxunub: 901
21 noy 2015 | 10:52
Bakıda polis restorandan rüşvət istədi - ŞOK XƏBƏR











Dünən gecə Bakının Səbail rayonunda fəaliyyət göstərən "Xoxo lounge" restoranına polis əməkdaşları gəlib

Bu barədə "Report"a həmin restorandan məlumat verilib.

Məlumata görə, Səbail Rayon Polis İdarəsinin (RPİ) 39-cu Polis Bölməsinin əməkdaşları restoran işçilərinə restoranı gecə saat 12:00-dan sonra işlətməmələrini istəyib. Restoran əməkdaşları bunun səbəbini soruşduqda, polislər bunu qonşuların səs-küydən şikayət etməsi ilə əsaslandırıb. Restorandan verilən məlumata görə, polis əməkdaşları onu da deyib ki, 2 500 manat pul ödəniləcəyi təqdirdə, restoranı gecə saat 12:00-dan sonra da işlətmək olar. Yaranan mübahisə nəticəsində restoranın mühafizə xidmətinin rəisi Bəhmən Məmmədov 39-cu Polis Bölməsinə aparılıb.

39-cu Polis Bölməsindən "Report"a bildirilib ki, B.Məmmədov sərbəst buraxılıb. Restoranla bağlı əhalidən neçə şikayət daxil olmasına gəlincə, polis bölməsindən bunları deyiblər: "Həmin restoranla bağlı rəsmi deyil, şifahi şikayət daxil oldu. Həmin ərazidə yaşayan vətəndaşlar gecə saat 12:00-dan sonra restoranın işləməsindən narazıdırlar. Çünkü gecə yarısından sonra oradan səs-küy gəlir. Bunun üçün də vətəndaşlar bizə müraciət ediblər. Bölmənin əməkdaşları da dünən gecə həmin restorana gedib onlara xəbərdarlıq ediblər. Restoranın mühafizə xidmətinin rəisi Bəhmən Məmmədovla polis əməkdaşları arasında mübahisə yaranıb. Həmin şəxs bölməyə gətirilib, onun izahatı alınıb. Daha sonra Bəhmən Məmmədov buraxılıb".

Bölmədən polis əməkdaşlarının restorandan hər hansı məbləğdə rüşvət istənilməsi iddiasına da münasibət bildirilib: "Bölmənin heç bir əməkdaşı restoran sahibindən rüşvət tələb etməyib. Bu məlumat düzgün deyil".

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a bildirilib ki, əgər sahibkardan rüşvət istənilməsi və əsassız müdaxilə halı varsa, sahibkar DİN-ə müraciət edə bilər.

Məsələyə münasibət bildirən Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədov "Report"a deyib ki, əgər hansısa istirahət müəssisəsində səs-küy yaranarsa, bununla bağlı İnzibati Xətalar Məcəlləsində (İXM) müvafiq cərimə nəzərdə tutulub: "Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları vətəndaşların rəsmi müraciəti olmadan hər hansı sahibkara xəbərdarlıq edə bilməz. Bu, ciddi qanun pozuntusudur. Qanunvericilikdə göstərilib ki, hüquq-mühafizə orqanları əməkdaşlarının sahibkarların fəaliyyətinə əsassız, qanunsuz müdaxilə etməsi yolverilməzdir. Ölkə prezidentinin sahibkarlara dəstək nümayiş etdirdiyi sonuncu çıxışlarda da öz əksini tapıb. Əgər bu çıxışlardan sonra hansısa polis əməkdaşları qanunvericiliyin tələblərinə əməl etmirsə, sahibkar, indiki halda restoran rəhbərliyi rəsmi qaydada hüquq-mühafizə orqanlarına, Daxili İşlər Nazirliyinə, Prezident Administrasiyasına və digər aidiyyəti dövlət qurumlarına müraciət edə bilər".
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO