İcra başçısı «Samir İstehsalat» MMC-nin başına hansı müsibəti açıb?
Sosial
Oxunub: 1 053
23 noy 2015 | 09:11
İcra başçısı «Samir İstehsalat» MMC-nin başına hansı müsibəti açıb?












Nəsrulla Nəzərov: «Vilyam Hacıyevin bizə 600 min manat borcu yaranmışdı, pulu verməmək üçün illərdir məhkəmələrdə süründürülürük»

Ötən gün xəbər vermişdik ki, İmişlinin icra başçısı ilə sahibkarlar arasında ciddi konflikt yaranıb. Bu konfliktə səbəb isə sifariş əsasında görülən işlərə görə pulların ödənilməməsidir.

Redaksiyamıza daxil olan məlumatlarda vurğulanırdı ki, icra başçısı Vilyam Hacıyevlə sahibkarlar arasındakı borc qalmaqalı təqribən 9 milyon manatlıq bir söhbətə bağlıdır. Yəni, icra başçısı iş adamlarına iş gördürərək, onlara qeyd olunan qədər borcu yaransa da, ödəməkdən imtina edib.

Dünən bununla bağlı redaksiyamıza müraciət edən «Samir İstehsalat» MMC-nin rəhbəri Nəsrulla Nəzərov bu qalmaqalın bir elementi barədə açıqlama verib. O bildirib ki, adıçəkilən şirkət 2004-cü ildə yaradılıb və ilk olaraq 20 nəfərlə işə başlayıb. «Heç bir il çəkmədi ki, iş yerlərinin sayını 200 nəfərə çatdırdıq. 2006-cı ilin sonunda Vilyam Hacıyevin Samux rayon icra başçısı təyin olunmasından sonra yaratdığımız «Samir İstehsalat» MMC-nin qara günlərə başladı. Belə ki, 2007-ci ilin sonuna qədər Samux rayon İcra Hakimiyyətinin bizim şirkətə 600 min manat borcu yarandı. Həmin pulu Vilyam Hacıyevdən istədikdə, icra başçısı bizə təzyiqlər etdirməyə başladı. Əsassız yoxlamalara satrt verildi».

Nəsrulla Nəzərov qeyd edir ki, bu əsassız yoxlamalar iki ildən sonra öz «bəhrəsini verib». Onun sözlərinə görə, baş verənlərdən sonra 200 nəfər şəxsin işlədiyi şirkət bağlanıb. «Vilyam Hacıyev 100 min manatı nağd şəkildə məndən aldı. İllərdir bizim şirkət məhkəmələrdə süründürülür. Bu gün də proses davam edir. Halal pulumuzu ala bilmirik. Dəfələrlə yuxarı instansiyalara müraciət etsək də, heç bir faydası yoxdur».

«Samir İstehsalat» MMC-nin rəhbəri Redaksiyamız vasitəsi ilə Prezident İlham Əliyevə müraciət edərək bildirib ki, o, əlindəki dəlil və sübutları dövlət başçısına təqdim etməyə hazırdır.

Qarşı tərəfi də dinləməyə hazırıq.
Bu gün, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi