Hacıbala Abutalıbovla bağlı şok iddia
Sosial
Oxunub: 972
23 noy 2015 | 15:09
Hacıbala Abutalıbovla bağlı şok iddia






“Rabitə mafiozu işi”ndə Hacıbala Abutalıbovla bağlı ilginc iddia Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin(RYTN) aparat rəhbəri, "MTN işi” ilə bağlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmiş Vidadi Zeynalovun korrupsiya əməlləri barədə ilginc məlumatlar yayılıb. RYTN-dəki məlumatlı mənbənin verdiyi bilgilərə görə, adıçəkilən qurum faktiki olaraq V.Zeynalov tərəfindən idarə olunub və nazir Əli Abbasov da xüsusi əhəmiyyətli məsələlərdə onun razılığı olmadan heç bir addım atmırmış.Yeri gəlmişkən, qeyd edək ki, Vidadi Zeynalov məhz Əli Abbasov tərəfindən naziriliyə gətirilib. Bundan əvvəl isə, o, İqtisad Universitetində prorektor vəzifəsində çalışıb

Məlumata görə, tarixçə belədir: V.Zeynalov 1995-1999-cu illər ərzində Bakı şəhər Maliyyə İdarəsinin rəsi vəzifəsində çalışıb. Lakin işdə yol verdiyi ciddi nöqsanlara görə Maliyyə Nazirliyinin Kollegiyasnın qərarı ilə işdən qovulub. Bir müddət sonra isə V.Zeynalov gözlənilmədən Azərbaycan Dövlət İqtisad Universitetində prorektor vəzifəsinə təyin olunub. O zaman Universitetə Əli Abbasov rəhbərlik edib və o, nazir postuna təyin olunandan sonra V.Zeynalovu nazirlikdə yüksək vəzifəyə təyin edib.
Məlumatlı mənbənin sözlərinə görə, V.Zeynalov nazirlikdə fəaliyyət göstərdiyi müddətdə əməlli-başlı oliqarxa çevrilib və çox qısa zamanda özünün varidatını milyardlarla ölçüləcək səviyyəyə çatdırıb: "Əgər Vidadiyə məxsus obyektlər, müxtəlif məqsədlər üçün istifadə olunan tikililər və onun dövlət əmlakı ilə şəxsi mülkiyyəti kimi davranması nəticəsində qurduğu nəhəng biznes şəbəkəsilə bağlı araşdırmalar aparılarsa, o zaman rabitəçi-oliqarxın milyardlıq səltənət sahibi olduğu üzə çıxar. Nazirlikdə çoxları bilir ki, Vidadi Zeynalov hansı imkanlara malik olub. Şübhə etmirik ki, istintaq qeyri-qanuni yollarla əldə olunmuş varidatı üzə çıxara biləcək. Təsəvvür edin ki, Vidadi Zeynalov işə gələndə mühafizə xidməti əvvəlcədən yolları bağlayırdı. Onu elə qarşılayırdılar ki, heç nazirə belə diqqət göstərilmirdi”.
Mənbə V.Zeynalovun nazirlikdəki adamlarından və yalnız onun tapşırıqlarını yerinə yetirən komandadan da danışıb: "Nazirlikdə Vidadi Zeynalovun adamları çoxdur. Onlar yalnız Vidadinin göstərişlərini yerinə yetiriblər. Nazir onlar üçün həmişə ikinci dərəcəli şəxs hesab olunub. Onlar hazırda da nazirlikdədirlər və ümid edirik ki, hüquq-mühafizə orqanları Zeynalovun buradakı adamlarını müəyyənləşdirməkdə çətinlik çəkməyəcək və onların da fəaliyyəti araşdırılacaq”. Məlumatın diqqətçəkən məqamlarından biri də, V.Zeynalovun Rabitə və Yüksək Texnologiyalar Nzirliyində oturub, Bakı şəhərinin mənzil kommunal təsərrüfat sisteminə də nəzarət etməsilə bağlıdır. Mənbə iddia edir ki, bu sahə 90-cı illərin ortalarından bu vaxtə qədər V.Zeynalovun təsir dairəsindədir və bu sahəyə ayrılan büdcə vəsaitlərinin xərclənməsinə qeyri-rəsmi olaraq məhz o nəzarət edib: "Sual oluna bilər ki, bunu necə edib? Çox sadə bir yolla. Vidadi Bakı şəhər Maliyyə İdarəsinin rəisi işləyərkən Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinin maliyyə şöbəsində öz yaxın qohumu Rəfail Mehralıyevi təyin etdirib. Məhz qohumunun bilavasitə iştirakı ilə Bakının mənzil kommunal təsərrüfat sahəsi birbaşa Vidadinin müəyyən etdiyi qaydalara uyğunlaşdırılıb. Onun Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə işdən qovulmasının əsas səbələrindən biri də elə Bakı şəhəri mənzil kommunal təsərrüfatı sahəsinə ayrılan büdcə vəsaitlərinin istifadə olunmasında yol verilən ciddi pozuntular olub.
“Rabitə mafiozu işi”ndə Hacıbala Abutalıbovla bağlı ilginc iddia Lakin Əli Abbasov Vidadinini nazirliyə gətirəndən sonra o, öz qohumu Rəfail Mehralıyevi Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə (İdarə sonradan Departamentə çevrilib – Red) rəis təyin etdirir. Həmin vaxt Əli Abbasov Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla quda idi. Sonradan Əli Abbasovun qızı Ülkər Abbasova merin oğlu İsrafil Abutalıbovdan boşanaraq bu qohumluğa son qoydu”.

Mənbə iddia edir ki, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehralıyev əsasən V.Zeynalovun göstərişlərini yerinə yetirib və işini yalnız onun məsləhətləri əsasında qurub: "Mənzil Kommunal Təsərrüfatı İdarəsinin fəaliyyət dairəsi kifayət qədər genişdir. Bura yol çəkilişi, məktəb və uşaq baxçaları, eləcə də digər sosial obyektlərin tikintisi və təmiri daxildir. Ümumiyyətlə, mənzil kommunal təsərrüfatı sahəsinə büdcədən kifayət qədər böyük həcmdə vəsait ayrılır və Vidadi Zeynalov da Rabitə Nazirliyində otura-otura MKT-na ayrılan pulların idarə olunmasında bilbaşa iştirak edib. Odur ki, hüquq-mühafizə orqanlarının Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafail Mehralıyevin də fəaliyyətini araşdırmasına ciddi zərurət var”.

Mənbə sonda onu da bildirib ki, V.Zeynalovun fəaliyyəti araşdırılarkən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin poçt şöbələri diqqətdən kənarda qalmamalıdır. "Belə şübhələr də var ki, poçt şöbələrindən bir neçəsinin binası özəlləşdirilərək sonradan dövlətə icarəyə verilib” – deyə, mənbə bildirib.(obyektiv.org)
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...