Ağsu rayon ƏSMM-də özbaşınalıq
Sosial / Bolge
Oxunub: 1 714
7 dek 2015 | 19:32
Ağsu rayon ƏSMM-də özbaşınalıq





















Ağsu rayon sosial müdafiə mərkəzində durum çox acınacaqlıdır

Seyidməmməd Məmmədov Səlim Müslümovun tapşırıqlarını qulaqardına vurur

Bu gün ölkə əhalisinin güzəranının yaxşılaşması, yoxsulluğun azaldılması istiqamətində mühum işlər görülür. Sosial sahənin inkişafı, əhalinin aztəminatlı ailələrinə dövlət qayğısının artması atılan addımların bir hissəsidir. Lakin bu gün dövlət tərəfindən görülən tədbirlərdən öz xeyirlərinə istifadə edənlər də az deyil. Xüsusilə də Azərbaycanın bir sıra rayonlarındakı dövlət qurumları öz mənafelərini güddüklərinə görə əhalinin sosial durumunu pis hala salıblar. Belə rayonlardan biri də Ağsu rayondur.

Çünki günbəgün artan şikayətlər bunu deməyə əsas verir. Belə mərkəzlərdən biri də Ağsu rayon əhalinin sosial müdafiə mərkəzidir. Mərkəzi öz qanunları ilə idarə edən Seyidməmməd Məmmədov vəziyyəti dözülməz həddə çatdırıb. Əhaliyə xidmətin aşagı düşməsi, vətəndaşlardan gərəksiz sənədlərin tələb olunması, bürokratik mühitin yaradılması adi hala çevrilib. Daxil olan şikayətlərdə bildirilir ki, ünvanlı sosial yardım alan vətəndaşlardan kartların saxlanılması və bu yolla aztəminatlı vətəndaşlardan külli miqdarda pul vəsaitlərinin mənimsənilməsi halları baş vermişdir.

Seyidməmməd Məmmədovun özünəməxsus qanunları o deməkdir ki, vətəndaş ilkin ödəniş etməlidir. Əgər buna imkanı yetmirsə "altı ayı" ona çatdırılmalıdır. Verilən digər məlumatlarda bildirilir ki, həttda imkanı olan vətəndaş minimum 500-1000 manat verdikdən sonra ünvanlı sosial yardım almaq imkanı əldə edir. "Təqdirəlayiq" işlər ancaq və ancaq Seyidməmməd müəllimin etibar etdiyi adamlar həyata keçirir.
İşsiz sakinlərin ümid yeri ünvanlı sosial yardım olsa da, onlar hələ bugünkü günə qədər ünvanlı sosial yardımdan bəhrələnə bilməyiblər. Görülən tədbirlər nəticəsində vətəndaşlara diqqət artırılsa da, bəzi yerlərdə hələ də, qanunsuzluq edən məmurlar qalmaqdadır. Mərkəzdə bəzi məsul şəxslər vətəndaşları süründürməçiliyə salır, onları bezdirir, insanlıqdan kənar əməllərə yol verirlər.

Ağsu rayon ƏSMM-də imkansız, maddi durumu ağır olan vətəndaşlara ünvanlı sosial yardımların verilməsi zamanı onlara hədsiz problemlər yaradılır. Bununla yanaşı, mərkəzdə saxta sənədlərlə təqaüd alınması, vəfat etmiş və ya ümumiyyətlə, mövcud olmayan şəxslərin adına sosial yardımların verilməsi ilə bağlı ciddi nöqsanlar var. Hətta vəziyyət o yerə çatıb ki, mərkəzin direktoru heç kimi saymır, öz bildiyini edir. Əldə olunan məlumatlara görə, sosial yardımlar indi də köhnə qayda ilə verilir. Ağsu rayonunda kifayət qədər imkansız, kasıb ailələr var. Onlara qanunla yardım düşsə də, ancaq dövlətin ayırdığı müavinətləri ala bilmirlər. Sənəd bəhanəsi ilə camaata süni problem yaradırlar ki, həmin müavinətləri ala bilməsinlər. Daha sonra deyilənə görə, Seyidməmməd Məmmədovun qəbuluna belə düşmək olmur. Düşənlər də kor-peşman geri qayıdırlar. Yardım ala bilməyən insanlar isə buna narazılıqlarını bildirəndə sədr onları hədələyir.

Çox təəssüflər ki, baş verən hadisələr onu göstərir ki, ölkəmizdə bu sahəyə nə qədər nəzarət edilsə də, bu kimi durumların qarşısını tam almaq olmur. Və bu səbəbdən də bəzi məmurlar istədikləri kimi hərəkət edirlər. Yalnız öz mənfəətlərini güdür və aztəminatlı ailələr üçün ayrılmış vəsaitə belə göz dikirlər. Ümid edirik ki, lazımi qurumlar Ağsu rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzində yaşananlarla bağlı ölçü götürəcək.

P.S Qarşı tərəfin münasibətini dərc etməyə hazırıq.
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB