“Eldar Mahmudovun dəstəsi oğlumu oğurlamağa cəhd etdi” – VİDEO
Sosial
Oxunub: 972
5 dek 2015 | 10:35
“Eldar Mahmudovun dəstəsi oğlumu oğurlamağa cəhd etdi” – VİDEO









“2004-cü ildən 2015-ci ilə kimi onun təşkil etdiyi kriminal qrup mənim 500 min manata qədər pulumu reketlik yolu ilə əlimdən alıb. Bu qrupa rəhbərlik edən MTN-in yüksək çinli məmurları, şəxsən Eldar Mahmudov olub”. Bu sözləri “Yeni Musavat”a müraciət edən Binəqədi rayon sakini Tufan Aydın oğlu İbadov belə deyib.
Bakının Dərnəgül qəsəbəsindəki bazarda metaldan olan tikinti materiallarının topdan və pərakəndə satışı ilə məşğul olduğunu deyən sahibkar quldurluq, reketlik, adam oğurluğuna cəhd, fiziki və mənəvi işgəncələrlə üz-üzə qaldığını diqqətə çatdırır


Bir neçə məktub təqdim edən T.İbadov deyir ki, Eldar Mahmudov vəzifədə olduğu vaxtda onun ətrafının əməllərindən dövlət orqanlarına şikayətlər edib. Amma şikayətləri onun özü üçün əməlli-başlı başağrısına çevrilib.
Baş prokuror Zakir Qalarova, Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, milli təhlükəsizlik nazirinin əvəzi general Mədət Quliyevə yazdığı məktubların surətini təqdim edən T.İbadov deyir ki, E.Mahmudovun işdən çıxarılması bir çox sahibkarları ümidləndirib:
“Bizim başımıza açdıqları oyunları Allah heç kimə göstərməsin. Çünki müstəqil Azərbaycan inkişaf etdiyi, ölkəmizin dünya ölkələri içərisində ən yüksək reytinq qazandığı bir vaxtda ”Alik” ləqəbli Almurad Şura oğlu Məmmədovun bir Azərbaycan ailəsinin başına gətirdiyi bəla, oyun nə Allah, nə də hüquq-mühafizə orqanları tərəfindən qəbuledilməzdir. Mən mətbuatda hörmətli prezidentimizin çıxışlarını diqqətlə izləyirəm. Möhtərəm prezidentimiz dəfələrlə deyir ki, sahibkarlara mane olan məmurlar və başqa şəxslər bu dövlətin, vətənin düşmənləridir. Ona görə də bütün bu deyilənlərdən belə nəticə çıxarıram ki, bir sahibkar kimi mənim başıma gətirilən bu oyunların başında MTN-in sabiq rəhbərliyi durub. Məni bu qrupun üzvləri, kriminal aləmdə “Alik” kimi tanınan Zəngilan rayon sakini, onun ətrafı – Qasım Bayramov, Ərşad, Fuad, Elnur və başqalarıdır. Bu adamlar sahibkarlara hədə-qorxu gəlir. Sonradan MTN-in sahibkarlardan haqq yığanı Məhərrəm ortaya çıxıb pul alır. Kriminal aləmlə və sabiq MTN rəhbərliyi ilə işləyən Qasım Bayramov məni ölümlə təhdid edərək 300 min manat pulumu alıb. Dəfələrlə şikayət etmək istəmişəm. Lakin sabiq MTN işçiləri şikayətlərimin qarşısını alıblar. Bu şəxslər MTN-in kassiri və qoçusu olan Qasım Bayramovun oğlu və qaynıdır”.
T.İbadov ölkə rəhbərliyinə və baş prokuror Zakir Qaralova müraciət edərək üzləşdiyi qanunsuzluqların araşdırılmasını istəyib: “Başıma gətirilən müsibətlər, üzləşdiyim reketliklərlə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində tam təfsilatı ilə izahat verməyə hazıram. Xahiş edirəm məni qəbul edib dinləsinlər, zərərçəkmiş kimi ifadəmi alsınlar. Bu adamlar onlara aylıq haqq vermədiyimə görə mənim övladımı oğurlamağa cəhd ediblər. Başında Eldar Mahmudovun dayandığı qoçu dəstəsi oğlumu oğurlamağa cəhd edib. 2015-ci il aprelin əvvəlində 16 yaşlı oğlum Yasən İbadov hazırlıqdan evə gələndə ona tanımadığı adamlar hücum edib. Oğlum qaçıb canını qurtarmasaydı, onu oğurlayacaqdılar. Həmin vaxt oğlumun telefonu əlindən düşüb. Bu adamlar da telefonu götürmüşdülər. Qonşular qışqır-bağır etməsəydi, oğlum oğurlanacaqdı.
Oğluma hücum etmələrinin videosunu müstəntiqə təqdim etmişdim. Baxmadı. O videoda açıq-aşkar ”Alik”in oğluma hücumu görünür. Oğlumu xeyli müddət gizlətməyə məcbur oldum. Onlar mənim ofisimə basqın edib başıma silah dirəyib “Land Cruzer” markalı, Az 99 CC 990 nömrə nişanlı maşınımı, “BMV-X5″ markalı, Az 90 MC 777 nömrə nişanlı maşınlarımı əlimdən aldılar. Sonradan isə zəng edib deyirdilər ki, gəl notariusa, maşınları adımıza keçir. Getmədim. Özləri yenidən ofisə basqın etdilər. Zorla özləri ilə notariusa aparmaq istədilər. Gördülər ki, müqavimət göstərirəm məni elektroşokla vurdular.
Sonradan bilmişəm ki, 2 saat özümdə olmamışam. Mənə dedilər ki, maşınları verməsən uşağını oğurlayacağıq. Mən də notariusa gedib onlara ”dovernost” verdim. Mənə deyirdilər ki, səni istədiyimiz vaxt öldürə bilərik. Eldar Mahmudova güvənən bu qoçu dəstəsi tanıdığım çoxsaylı sahibkarlardan aylıq haqq alırdı. Bu adamların hələ çox açılmayan cinayətləri var. Əfsuslar olsun Qasım Bayramov hələ də öz qoçu dəstəsi ilə dövlətə və dövlətçiliyə qarşı cinayətlər törətməkdə davam edir. Belə şəxslərin sahibkarlar üzərində etdikləri zorakılıq dövlətimizə və prezidentimizə qarşı təxribatdır. Bu adamlar Eldar Mahmudov işdən çıxarılsa da, öz mənfur niyyətlərini hələ də həyata keçirirlər. Onlar məni dəfələrlə fiziki, mənəvi təzyiqə məruz qoyublar”.
Sahibkar deyir ki, dəstə üzvlərinin əməlləri haqda şikayətlərindən biri Bakı Şəhər Baş Polis İdarəsində işləyən Məhərrəm adlı müstəntiq tərəfindən ört-basdır edilib: “Müstəntiq məni çağırıb ərizəmi geri götürməyimi tələb etdi. Hətta məndən 100 min manat da əlavə pul istədi. Dedi ki, get, başını aşağı sal, ora-bura şikayət etmə.
O, mənim tanıdığım sahibkarlardan bir neçəsindən də külli miqdarda rüşvət tələb edib və alıb. Onlar bu gün də mənim ailəmi ölümlə təhdid edirlər. Mən baş prokuror Zakir Qaralovdan, milli təhlükəsizlik naziri əvəzi Mədət Quliyevdən ailəmin və özümün təhlükəsizliyimizi təmin etmələrini xahiş edirəm”.

Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb