“4 saat qayıqda, yarım saat suyun içində gözlədim...” — Qazmaçı
Sosial
Oxunub: 1 114
6 dek 2015 | 09:34
“4 saat qayıqda, yarım saat suyun içində gözlədim...” — Qazmaçı









“Ailəm gözümün qarşısına gəldi, ölümü heç bu qədər yaxından hiss etməmişdim. Qəribə haldır”

Bu sözləri “Qafqazinfo”ya bölüşən qayıqdan sağ qurtulan Faiq Cəfərov deyib. Qazma ustasının sözlərinə görə hadisə baş verən zaman hava şəraiti həddindən artıq pis olub:

“Biz indiyə kimi belə bir şey görməmişik. Hava şəraiti çox pis idi. Əvvəlcə güclü partlayış oldu sonra yanğın başladı. Alov çox hündür olduğundan nə baş verdiyini anlamaq olmurdu. Çox güman ki, xətlərdən hansısa partlamışdı. Biz də göyərtəyə düşdük. Nəfəs almaq mümkün deyildi. Xilasedici qayıqlara mindik. Nəfəs almaq mümkün olsun deyə qayıqları aşağı endirdik. Təxminən 4 saat qayıqda gözlədik. Dalğalar çox güclüydü, qayığımızı vurub sındırdı. Biz də dənizə düşdük. Yarım saata yaxın suda gözləmişəm”.

F. Cəfərov bildirib ki, dənizə düşdükdən sonra dalğa onları bir-birlərindən ayırıb və o, digər neftçiləri görə bilməyib:

“Mən olduğum qayıqda təxminən 30 nəfərə yaxın adam var idi. Dalğa bizi vurduğu üçün qayıqda olan digər insanlardan xəbərim olmadı. Ölümə çox yaxın idim. Qayığın bir hissəsindən tutub sağ qalmağa çalışırdım. Qayığın parçasının üstündə durmağa çalışsam da, dalğalar suya atırdı. O vaxt insan heç nə fikirləşə bilmir. Ölümə heç belə yaxın olmamışdım. Bir anlıq ailəm ağlıma gəldi. Sadəcə məni Allah saxladı və sağ qaldım. Xilasedici qayıq ikimizi çıxarda bildi. Məni və Qənbər Əliyevi”.

Qayıqlarda hər hansı bir problem olmadığını qeyd edən qazmaçı qayıqların rezin və ya plastmas yox, hermetik olduğunu bildirib:

“Qayıqlarda hər hansı bir problem yox idi, tutumu da 40-45 nəfərdir. 30-a yaxın adamın bir qayığa minməsi normaldır”.

Qeyd edək ki, hazırda Faiq Cəfərovun vəziyyəti stabildir və o, özünü yaxşı hiss etdiyini deyir.
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...